top of page

İranda Gey Olmaq: Ölüm ya da Cinsiyyət Dəyişdirmək

İranda homoseksual kişilər cinsyyət dəyişdirmə əməliyatı keçirməyə məcbur edilir. Əks təqdirdə, onları ölüm təhlükəsi gözləyir.

İranda Gey Olmaq

Transgender olmaq İranda 1987-ci ildə qanuniləşdirilib. Homoseksuallıq isə hələ də qeyri-qanuni olaraq qalır, cəzası isə ölümdür. İranlı fəal Sədi Aminin sözlərinə görə İran höküməti homoseksuallığın xəstəlik olduğunu düşünür və müalicəsini isə fərdin cinsini dəyişməkdə görür. "Hökümət düşünür ki, əgər sən geysənsə deməli qadın ruhuna sahibsən. Ona görə də cinsini dəyişib qadın olmalısan. Və beləliklə onlar homoseksuallıqla mübarizə aparmış olurlar. Cinsi dəyişdikdən sonra problem də həll olunur" Amin deyir. Amin həmçinin qeyd edir ki, hökümət homoseksual kişilərin qarşısına 2 seçim qoyur: ya cinsiyyətlərini dəyişib yeni bədəndə yaşamaq ya da ki, şiddət və ölümlə üzləşmək. İnsan haqqları üzrə fəal Peter Tatçel bildirir ki, bəzi geylər üzləşə biləcəkləri ölüm təhlükəsindən qorunmaq üçün cinsiyyətlərini dəyişdirməyə razı olurlar. Trans qadın olmaq istəməyən homoseksuallar isə hər zaman öldürülmək qorxusu ilə yaşamağa məcbur qalırlar. İran dünyada Taylanddan sonra cinsiyyət dəyişdirmə əməliyatı həyaya keçirən 2-ci dövlətdir. Rəsmilərin sözlərinə görə hər il İranda dörd mindən çox belə əməliyat keçirilir. Bu əməliyatların çoxu hökümət tərəfindən qarşılanır.

Amin deyir ki, hökümət əməliyat pulunu ödədikdən sonra həmin fərdlərə heç bir əlavə yardım göstərmir. Bu isə həmin şəxslərin sonradan seks işçilərinə çevrilmələrinə gətirib çıxarır. Maddi yardımdan savayı əməliyat keçirmiş şəxslərə psixoloji yardım da göstərilmir. Bütün hüququnu itirmiş şəxslər əsasən fiziki şiddətlə qarşılaşırlar. İran qanunlarında isə trans fərdlərə qarşı zorakılığı qadağa edən heç bir qanun yer almayıb. Tatçel əlavə edir ki, İranın cinsiyyət dəyişdirmə əməliyatlarına belə maraq göstərməsinin trans fərdləri dəstəkləməsi ilə heç bir əlaqəsi yoxdur. Bütün bunlar homoseksuallığı aradan qaldırmaq və ənənəvi kişi-qadın rollarını möhkəmləndirmək üçündür.

1979-cu ildən bəri İranda 4-6 min arası gey fərdin öldürülməsi təxmin olunur. Öldürülənlərin dəqiq sayı isə heç kimə məlum deyil.

 

Bunlara da bax:

83 görüntüleme

Comments


bottom of page