top of page

Tayvan Həmcins Evliliyin Leqallaşmasının 1 illiyini Qeyd Edir

2019-cu ilin mayın 17-də Homofobiya, Bifobiya, Transfobiya əlehinə Beynəlxalq Mübarizə Günündə Tayvan Asiya qitəsində həmcins evliliyi qanuniləşdirən ilk ölkə oldu.


Qanunun qüvvəyə mindiyi ilk gün, 24 mayda artıq 526 həmcins cütlük nikah üçün qeydiyatdan keçmişdilər.


Bu əlamətdar hadisənin ildönümündə Tayvan Daxili İşlər Nazirliyinin 1 may 2020-ci il tarixinə olan statistik göstəricilərinə əsasən bu bir il ərzində Tayvanda 1122 gey, 2431 lezbiyan cütlük olmaqla ümumilikdə 3553 həmcins cütlük nikaha daxil olub.


Tayvan DİN-in yayımladığı məlumata əsasən bu bir il ərzində ölkədə 188 həmcins cütlük boşanıb. Bunlardan 114 qadın, 74 kişi cütlüklər olub.


Onu da qeyd edək ki, ölkədə ilk boşanma halı qanunun qüvvəyə minməsi tarixindən üç həftə sonra yaşanıb. 24 mayda nikahı qeydə alınan gey cütlük evliliklərinin rəsmiləşdirilməsindən 3 həftə sonra boşanıblar. Ölkədə nikahı qeydə alınan ilk həmcins cütlük Shane Lin və Marc Luan hələ də evlidirlər.

 

Bunlara da bax:

18 görüntüleme

Comments


bottom of page