top of page

Nifrət Nitqi Nədir?


Nifrət nitqi

Müasir dövrdə internet dünyanın dörd bir yanında olan insanlarla ünsiyyət qurmağa şərait yaradıb. Ailə ya dostlarımızla hal-əhval tutmağımızdan, və ya yeni insanlarla tanış olmağımızdan asılı olmayaraq ən son texnologiya bizim üçün insanlarla fikr mübadiləsi aparmağı, məlumat əldə etməyi və kömək istəməyi işıq sürəti qədər asanlaşdırıb. Təəssüfki, bütün bu ünsiyyət hər zaman hörmət və xoşgörü çərçivəsində baş vermir. Təhqiramiz ifadələr, aşağılayıcı sözlər, ayrı-seçkilik yaradan fikrlər təkcə onlayn ünsiyyətdə deyil həmçinin gündəlik həyatımızdan tutmuş media portallarında, hətta milli siyasətdə belə biruza verir. Kimə qarşı yönəlməyindən və kimin qurbanı olmağından asılı olmayaraq nifrət nitqi qəbuledilməzdir. İctimai arenada güc qazanmaq uğrunda mübarizə azlıqlara, qaçqınlara, qadınlara, və bir sözlə "başqalarına" qarşı mübarizəyə çevrilir. Nifrət nitqi bu icmaları incidir və zəiflədir, onlarda qorxu, nifrət və inamsızlıq yaradır. Nəzarət edilmədikdə isə nifrət nitqi şiddətə və ən pis halda soyqırmına gətirib çıxarır.


Nifrət nitqi nədir?


Nifrət nitqinin qanunla müəyyən olunmuş tərifi olmasa da, BMT nifrət nitqini "Fərdin (və ya qrupun) dininə, etnik mənsubiyətinə, milliyətinə, irqinə, cinsinə və digər kimliyinə aid faktora əsaslanan və ayrı-seçkilik yaradan şifahi, yazılı və ya davranış komunikasiyalar toplusu" kimi tərif edir. Nifrət nitqi özünü onlayn və ya offlayn olmaqla sözdə, simvolda, şəkildə, zarafatda, və videoda biruzə verə bilir. Nəzarət edilmədiyi halda nifrət nitqi marginallaşdırılmış qrupa qarşı şiddət, zorakılıq və nifrət cinayətlərinə səbəb ola bilir. Nifrət nitqi bəzən hər hansı qrupa qarşı dərhal nifrət yaratmasa da bu nifrət toxumları əkir və tədricən şiddətə səbəb olur.


İrqi, dini, milli, cinsi vəs təhqiramiz sözlər olmayan alçaldıcı sözlərin istifadəsi də nifrət nitqi hesab olunur. Məsələn, qaçqınları "heyvan" ya "işğalçı" adlandırmaq, bir qrup insanı kimliklərinə əsaslanaraq "zibil"lə müqayisə etmək nifrət nitqinə daxildir.


Nifrət nitqi nə üçün zərərlidir?


Nifrət nitqi fərdləri, icmaları və cəmiyyətlərə ziyan verir. Araşdırmalar göstərirki nifrət nitqi qurbanları emosional, fiziki və mənəvi neqativ hallarla qarşılaşırlar. Bu hallara aşağı özgüvən, narahatlıq, qorxu, özünə zərərvermə və hətta özünə qəsd daxildir.


Nifrət nitqi bir-birimizlə olan əlaqələrimizə zərər vurur. Bu bizim digər insanlarla doğru şəkildə ünsiyyət və empatya qurmaq bacarıqlarımıza mənfi təsir göstərir. Nifrət nitqi adətən ümumiləşdirilmiş fikrlərə və stereotiplərə əsaslandığı üçün bizim sosial problemlərin kökünü tapmağımıza maneə olur. Beləliklə, fərdə qarşı yönəlmiş nifrət nitqi həmin fərdin aid olduğu bütöv icmanı zəiflədir.


İnternet üzərindən baş verən nifrət nitqi kənarda ciddi zərərlərə səbəb olur. Susan Beneşin "təhlükəli nitq" teoreminə əsasən bəzi nifrət nitqi növləri şiddət yaranmasında həlledici rol oynayır. Bu teoremə görə yerdən, zamandan və kimə qarşı yönəlməsindən asılı olaraq internet üzərində səsləndirilən nifrət nitqi səsləndirən şəxsin real həyatda şiddətə yönəlməsinə təsir göstərir. Misal olaraq ABŞ-ın Pitsburq şəhərində sinaqoqa daxil olaraq insanları güllələyən şəxslərin hadisədən öncə internet üzərində tez-tez yəhudilərə qarşı nifrət nitqi səsləndirməsi məlum olub. Teoremə əsasən nifrət nitqi səsləndirən hər kəs qatı cinayət əməlləri törətməsə də, zorakı cinayət törədənlərin əksəriyəti nifrət nitqi səsləndiriblər.


Nifrət nitqi hər kəsə zərər vurur. Azlıqlara qarşı səsləndirilən nifrət nitqi ayrı-seçkiliyi, nifrət cinayətini və hədəflənmiş şiddəti normallaşdırmaq üçün istifadə oluna bilər. Nifrət nitqi sadəcə buna şahidlik edən şəxslərin belə məlumatı doğru şəkildə qəbul etməsində problemlər yaradır. İnternet üzərində nifrət nitqinin artması isə bizim paylaşılan məlumatın doğru və yanlışlığını anlamamızda maneələr yaradır.


Bəs ifadə azadlığı ilə nifrət nitqinin fərqi nədir?


Nifrət nitqi və ifadə azadlığı

Bütün mənfi nitqlər nifrət nitqi deyil. Sizin müəyyən məsələ ilə nifrət nitqi səsləndirmədən də razılaşmaya bilərsiniz. Siz müəyyən qrupun törətdiyi əməlləri həmin qrupa aid olan şəxsləri alçaltmadan və hörmətsizlik etmədən də tənqid edə bilərsiniz. Lakin, ifadə azadlığını nifrət nitqindən fərqləndirmək bəzən heç də asan olmur. Bəzi ifadələr isə bir qrup tərəfindən ifadə azadlığı kimi qəbul edilsə də digərləri tərəfindən nifrət nitqi kimi təsvir oluna bilər.


Baxmayaraqki ifadə azadlığı beynəlxalq hüquq tərəfindən qorunur, dünya ictimaiyəti bəzi sərhədlərin olduğu qərarına gəlib. Beləki, özündə dini, irqi və cinsi nifrət ehtiva edən, və ya ayrı-seçkilik, düşmənçilik və şiddətə çağırış edən nitqlər ifadə azadlığına deyil nifrət nitqinə daxil edilir.


Nifrət nitqinin qarşısını necə almaq olar?


Baxmayaraq ki, vətəndaşların hüquqlarının qorunması dövlət rəsmilərinin birbaşa vəzifə öhdəliyidir, nifrət nitqinə qarşı mübarizə aparmaq hər bir kəsin borcudur.


Nifrət nitqinə qarşı mübarizə aparmağın və bunun qarşısın alınmasının bir çox həll yolu var:

  • Danışıq dilimizə, hərəkətlərimizə xüsusi diqqət yetirmək və hər hansısa qrup üçün həssas ola biləcək ifadələri/hərəkətləri istifadə etməmək

  • İcma daxilində fərqindəlik yaratmaq- müxtəlif seminar və treyninqlər təşkil etmək, və ailə və dostlarımızı nifrət, ayrı-seçkilik və qeyri-tolerantlığın zərərləri haqda məlumatlandırmaq

  • Yalan məlumat, nifrət və ayrı-seçkilik yayan paylaşımları şikayət etmək

  • Ətrafımızda xoşgörü və sülhü təbliğ etmək

  • Nifrət nitqinə məruz qalan fərdləri və qrupları dəstəkləmək

  • Siyasi qərarverici və qanun qəbuledən orqanları nifrət nitqinə qarşı mübarizə aparmağa səsləmək

 

Bunlara da bax:

441 görüntüleme

Comments


bottom of page