Qısa Hekayələr
Paylaşılan hər bir hekayə izləyicilərimizin real həyat hekayəsidir. Anonimlik tam qorunur
Gey hekayəsi
Mən artıq 3 aya yaxın idi ki, geylərin çox olduğu bir saytdaydım. Desələr ki, zamanı geri qaytarsaydılar, hansı əməli etməzdin, mən “kəsinliklə o çata girməzdim" deyərdim… Yanvar ayının 13-ü idi və beynəlxalq hüquq imtahanını vermişdim. Çətin olmasına baxmayaraq, əla qiymət almışdım. Fərqliliyimi, gələcəyim üçün böyük potensiala malik olduğumu anladım və geyliyə həmin gün tövbə etdim. Amma bu hisslər də birdən-birə ölmür, təəssüf ki. Fevralın əvvəli həmin çatda yeni niklə qeydiyyatdan keçdim. Mən artıq ilk mesajında "canım", "ürəyim" və s. sözlər yazanları cavabsız qoyub iqnore edirdim. 2011-ci il fevralın axırları idi. Mənə biri bir nik yazdı, insanlara inamım olmadığından ötəri münasibət bəslədim. Sonra münasibət ciddiləşdi. Biz xətlərimizi bağladıq və yalnız ikimiz danışmağa başladıq. İnanmayacaqsan, amma aramızda çox böyük sevgi yarandı. Çünki bizim bilik səviyyəmiz də eyniydi. Mən bakir olmadığımı da ona söyləmişdim. Yəni həyatımda indiyədək sevgilimin olduğunu etiraf etmişdim. Çox qəribədir ki, o, nə nömrəsini, nə də şəkilini mənə göndərmədi. Amma onu sevdim. Çox sevdim. Aramızda kiçik skandallar da yaranırdı, hətta onun üçün təsəvvür edilməz dərəcədə çox göz yaşı tökürdüm. Bizim bir arzumuz var idi: birlikdə Azərbaycandan qaçmaq. İnan mənə, o da məni sevirdi. Bir müddət sonar ondan ayrıldım, çünki israrlarıma baxmayaraq, şəkilini mənə göndərmirdi. Ondan ayrıldığım günlərdə incildiyimdə, tənha qaldığımda yalnız onun üçün ağlayırdım. O, hal-hazırda Amerikadadır. Nyu-Yorkda... O, bu ölkədən gedə bildi, amma mənsiz. Mən ailəmi atıb gedə bilmədim. Buna cəsarətim çatmadı…