top of page

Hindistanda LGBT olmaq

15 ay bundan öncəyə qədər 20 yaşlı Tiş özünü cinayətkar kimi hiss edirdi.

20 yaşlı Tiş Anand

O, homoseksual olduğunu gizlətmədiyinə görə uzunmüddətli həbs cəzasına məhkum edilmişdi, lakin birdən onun həyatı dəyişdi.


Həmcins əlaqə Hindistan Ali Məhkəməsi tərəfindən 6 sentyabr 2018-ci ildə dekriminallaşdırıldı.


157 il Britaniya əsarəti altında həyata keçirilən qanun (377-ci bölmə) 2013-cü ildə qüvvəyə minmişdi.


Dekriminallaşdırılma bütün Hindistanda qeyd olunurdu, lakin sevgilisindən ayrılan Tiş gözyaşına boğulmuşdu.


"Bir xatırladımki mən artıq cinayətkar hesab olunmayacaq" o "Newsbeat" radiosuna müsahibəsi zamanı deyir.


"Mən hər zaman özümü ruhumun içinə həbs olunmuş kimi hesab edirdim"


Tişin sözlərinə görə paytaxt Dehlidə artıq bir neçə kafe və barlar LGBT fərdləri üçün dost məkana çevrilib. Lakin, bu hələ kütlənin öz rəftarını dəyişdiyi mənasına gəlmir.


"Hindistanda elə bir vəziyət yaradılmalıdırki mən ailəmi bunun tam normal olduğuna inandıra bilim" o əlavə edir.


O ümid edir ki, bir gün o özünü artıq qəfəsdəymiş kimi hiss etməyəcək və özünün əsl olduğu kimi küçəyə çıxa biləcək.

Kitty Su is one of the main LGBT nightlcubs in Delhi. It's in the basement of a five-star hotel
Paytaxt Dehlidə LGBT fərdləri üçün dost məkana çevrilmiş "Kitty Su"

Tiş tez-tez "Kitty Su" adlı gey kluba gedir, lakin klubdan çıxarkən başqalarının onu görməsindən və ətraf küçələrdə hücuma məruz qalmasından qorxur. Klubun sahibi gey biznesmen Keşav Suridir. Suri koloniya dövründən qalma qaydanın dəyişdirilməsi üçün Ali Məhkəməyə müraciət edənlərdir biridir.


"Mən elə bir mövqedə idim ki, öz imtiyazlarımdan istifadə edərək qanuni səviyədə dəyişikliklərin baş verməsinə töhvə verə biləcəyimi anladım" o mühasibəsində deyir.


"Bu hər şeyi düzəltməyib. Dəyişikliklər üçün zaman tələb olunur çünki bu bərabərlik üçün aparılan böyük mübarizədə kiçik bir addım idi".


Keşav deyir ki, bu qanun cəmiyyəti dəyişdirdiyi qədər LGBT turizmi sayəsində Hindistan iqtisadiyatına da töhvə verəcək.

Keşav Suri və fransız həyat yoldaşı Kiril Feullobois

Onun sözlərinə görə geridə buraxdığımız zaman ərzində artıq bir çox dəyişikliklər baş verib.


"Bu yaxınlarda ilk dəfə bir hindli cütlük otelə daxil olaraq 'Biz cütlüyük. Bizə iki ayrı çarpayı əvəzinə bir böyük taxt verin' deyiblər".


"Onlar deyiblər: 'biz bir cütlüyük və cütlük olaraqda qəbul olunmaq istəyirik'"


Bütün bu kiçik dəyişikliklərə baxmayaraq Hindistanın ən böyük LGBT təşkilatlarından biri düşünür ki, hələ də daha çox "qəbullanmağa" ehtiyac var.

Kiran Bobbi
Naz Fondunda çalışan transgender Kiran Bobbi

"Bir çox insan hələ də homoseksuallığın yalnış olduğunu düşünür" Naz Fondundan Kiran Bobbi deyir.


"Biz hələ də öz hüquqlarımız uğrunda mübarizə aparırıq" Kiran "Newsbeat"ə müsahibəsində deyir.


Hindistanın LGBT icmasının bir çox üzvləri kimi o da ölkədə bərabərliyin tam təmin olunması üçün hələ çox vaxt tələb oldunduğunu düşünür.


"Bizim evlilik hüququna, övladlığa uşaq götürmək hüququna ehtiyacımız var".


"Qanundakı dəyişiklik hələ bir çox lezbiyan və gey fərdin ailələrinə öz cinsi yönəlimləri ilə bağlı danışmaq imkanının olduğu mənasına gəlmir" deyə o qeyd edir.


"Hələ də ikili standardlar mövcuddur. Bəziləri LGBT fərdləri ilə dostluq etsələr də, öz qohumlarında və ailələrində belə insanları qəbul edə bilmirlər".


Kiran deyir ki, paytaxt şəhərdə transgender olmaq xeyli təhlükəlidir və o buna görə bir çox tədbirlərdə iştirak etməyəcək.


"Yeni il ərəfəsində 5 kişi məni maşına doğru sürüdülər. Məncə onlar mənə təcavüz etməyə çalışırdılar. Lakin, xoşbəxtlikdən qapını açaraq qaçmağı bacardım. Bu çox qorxulu idi".


Qeyd edək ki, ötən il Tomson Reuters Fondunun araşdırmasına görə Hindistan cinsi şiddətə görə dünyada qadınlar üçün ən təhlükəli ölkə hesab edilib.

 

Bunlara da bax:

63 görüntüleme

Comments


bottom of page