Macarıstan Parlamenti transgender fərdlərin rəsmi sənədlərdə bioloji cinslərini dəyişdirməyi qadağan edən qanun qəbul edib.
Sağ-qanad Fidesz partiyası tərəfindən irəli sürülən qanun 133-57 səs çoxluğu ilə qəbul olunub.
Fəallar bu qanunun ölkədə LGBTQ+ fərdlərinə qarşı ayrı-seçkiliyin daha da artmasına səbəb olacağını düşünürlər.
Yeni qanuna görə son üç il ərzində cins dəyişdirməyə görə edilən müraciətlər də imtina olunacaq.
Trans fərdlər və insan haqqları aktivistləri bu qanunun uzun illərdir davam edən sağçı qrupların yaratdıqları "ailə tablosuna" uyğun gəlməyən fərdləri sıradan çıxarmaq üçün addım olduğunu düşünür.
Trans fərdləri müdafiə qrupu "Transvanilla"-nın vitse-prezidenti Tina Korlos Orban: "intihar haqda düşünməyən insanlar bu qanundan sonra bu haqda düşünməyə başlayıblar. İnsanlar təlaş içindədirlər. Onlar ölkədən qaçıb cinsiyyətlərinin rəsmi tanındığı ölkəyə getmək istəyirlər" deyə müsahibəsində bildirib.
Qeyd edək ki, qəbul edilmiş qərar imzalanıb qüvvəyə minməsi üçün Fidesz partiyasının üzvü olan prezident Janos Aderə göndərilib. Hazırda fəalların tək ümidi onu bu qanunu imzalamamağa inandırmaqdır.
Bunlara da bax:
Comments