top of page

Dünyada Homoseksualların Hüquqları: Ölüm Cəzasından Nikaha



Dünyanın bir çox ölkələrində, özəlliklə də Yaxın Şərqdə və Asiyada homoseksuallığa görə ölüm cəzası nəzərdə tutulur. Bəzi ölkələrdə isə homoseksuallar arasında nikaha, övladlığa uşaq götürmələrinə də icazə verilir.

Sentyabrın 6-da Hindistanın Ali Məhkəməsi eynicinsli seksi dekriminallaşdırdı. Birlikdə dünyadakı dünyadakı duruma nəzər salaq.

Afrika


Afrikada homoseksuallıq əsasən cinayət sayılır. Afrikanın 30-dək ölkəsində bu qadağandır, Mavritaniya, Somali və Sudanda isə eynicinsli münasibətlərə görə ölüm hökmü nəzərdə tutulur.

Afrikanın azsaylı ölkəsində – Çad, Konqo Demokratik Respublikası, Qabon, Fil Dişi sahili, Mali və Mozambikdə geylər arasında intim əlaqə cinayət sayılmır.

Cənubi Afrika qitənin gey nikahlarına icazə verən yeganə ölkəsidir, 2006-cı ildə eynicinslilərin nikahı qanuniləşib.

Bu ölkədə homoseksualların övladlığa uşaq götürməsinə, tibbi yolla valideyn olmasına, həmçinin surroqatlığa icazə verilir.

YAXIN ŞƏRQ, ASİYA


Yaxın Şərqdə isə bir sıra ölkələrdə homoseksuallıq ölümlə cəzalandırılır, bu sıraya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri daxildir.

İsrail gey hüquqlarının təminatı sahəsində öndə gedir, başqa yerlərdə bağlanmış eynicinsli nikahları tanıyır, amma ölkənin özündə onların bağlanmasına icazə vermir. Gey cütlüklər övladlığa uşaq da götürə bilərlər.

İyulda Yerusəlimdə və Təl Əvivdə böyük nümayişlərə çıxanlar eynicinsli cütlüklərə surroqatlıq hüququnun verilməməsinə etiraz ediblər.

Ərəb ölkələri içində Livan daha tolerant sayılır.

Asiya homoseksuallığa əsasən dözümlüdür. 2017-ci ilin mayında Tayvan eynicinsli nikahlara icazə verən ilk ölkəyə çevrildi.

Filippin ali məhkəməsi iyunda bu cür nikahların leqallarışdırılması üzrə məhkəmə dinləməsinə başlayıb.

2001-ci ilədək Çində homoseksuallıq zehni xəstəlik, 1997-ci ilədək cinayət sayılıb. Bu ölkədə hələ gey məsələsinə mühafizəkar yanaşma və ayrıseçkilik geniş yayılıb.

Banqladeş, Malayziya və Pakistan kimi müsəlman ölkələrində homoseksuallıq qadağandır.

AVROPA


Avropa isə gey nikahları üzrə pionerdir. 2001-ci ildə Niderland gey və lesbian cütlüklərin mərasimlə evlənməsinə icazə verən ilk ölkə oldu.

Britaniya daxil olmaqla 15 ölkə onun yoluyla getdi. Şimali İrlandiya və Fransa isə buna icazə verməyib.

Homoseksuallıq 1993-cü ilədək Rusiyada cinayət, 1999-cu ilədək zehni xəstəlik sayılıb. 2013-cü ildə qəbul olunmuş qanun homoseksuallığın azyaşlılar arasında təbliğinə görə cəza nəzərdə tutur.

Qərbi Avropanın bəzi ölkələrində eynicinsli cütlüklərin övladlığa uşaq götürməsinə icazə verilir.

Amerika


Amerikaya gəlincə, Kanada 2005-ci ildə eynicinsli nikahları qanuniləşdirib, ABŞ 10 il sonra bu addımı atıb.

Meksikada gey nikahlarına, eləcə də belə cütlüklərin övladlığa uşaq götürməsinə 2009-cu ildə icazə verilib.

Argentina, Braziliya, Kolumbiya və Uruqvayda da homseksuallar nikaha girə bilirlər.

Kuba gələn ilin fevralında məsələni referenduma çıxaracaq.

45 görüntüleme

Comments


bottom of page