top of page

Həmcins Evliliklər İqtisadiyyata $3.8 milyard gəlir gətirib

ABŞ-da baş tutan həmcins evliliklər 5 il ərzində ABŞ iqtisadiyyatına təxminən 3.8 milyard dollar həcmində gəlir gətirib.

Kaliforniyanın UCLA Hüquq Məktəbi Viliams İnstitutunun araşdırmasına görə ABŞ Ali Məhkəməsinin 2015-ci ildə həmcins evliliyi leqallaşdırmasından bəri təqribən 300,000 LGBT+ cütlük nikaha girib.


Araşdırmaya görə 3.2 milyard dollar birbaşa toy mərasimlərinə, 244 milyon yerli vergi formasında, 544 milyon isə toya gələn qonaqlar tərəfindən xərclənib.


Toy sənayesi ümumilikdə iqtisadiyata 72 milyard dollar gəlir gətirib, həmcins evlilik isə əlavə 45 min iş yerinin açılmasına səbəb olub.


ABŞ-da həmcins evliliyi qanuniləşdirən ilk ştat 2003-cü ildə Masaçusets ştatı olub. Bundan sonra bir neçə digər ştat da bu addıma qoşulub və 2015-ci ildə ABŞ Ali Məhkəməsinin həmcins evliliyi bütün ölkədə leqallaşdırmasına qədər artıq 242 min həmcins cütlük qanuni nikaha daxil olub.


Həmcins evliliklər maddi gəlirdən əlavə qeyri-maddi üstünlüklərə də səbəb olub. Beləki, digər bir araşdırmaya görə həmcins evliliklərin leqallaşdırılmasından sonra Birləşmiş Ştatlarda 2 il ərzində məktəblilər arasında özünəqəsd cəhdləri 7 faiz azalıb.


Hazırda 28 ölkədə həmcins cütlüklərin nikaha girməsi təmamilə qanunidir.

 

Bunlara da bax:

54 görüntüleme

Comments


bottom of page