top of page

Əlilliyi olan LGBTİ-lər Danışır

2016-cı ildə aparılan araşdırmaya əsasən hər üç əlilliyi olan şəxsdən biri mənfi ictimai rəftara görə evdən kənarda 1 saatdan az vaxt keçirir.

Digər LGBT+ fərdlərlə tanış olmaq LGBT+ fərdlər üçün çətindir. Əgər əlilliyiniz varsa bu daha da çətindir.


Müəyyən əngəllərlə yaşamaq çətin olsa da ən böyük əngəl əngəlsiz bədənə sahib olanlar tərəfindən yaradılan stiqmadır.

Britaniya Əlillər biriliyi "Scope" tərəfindən aparılan araşdırmalar görstərir ki, əlilliyi olan şəxslərin təqribən yarısı özlərini yalnız hiss edir. Yalnızlıq gənclər arasında daha geniş yayılıb. Beləki, əlilliyi olan gənclərin 85%-i özlərini yalnız hiss etdiklərini bildiriblər.


Belə hiss etmənin müxtəfil səbəbləri var. Bu səbəblərə yaşam xərcləri, və ictimai tədbirlərə əlçatımlığın azlığı daxildir.


Əlilliyi olan şəxslərdən bəzilərinin dedikləri ilə sizi tanış edirik:


Usman, Böyük Britaniya


Usman disleksiya- oxuma yazma çətinliyi- və dispraksiya- əlaqələndirmə çətinliyi- ilə yaşayır.


O deyir: "Bəzi insanlar mənlə maraqlandıqlarını normal şəkildə dillə deməyin yerinə müəyyən hərəkətlərlə işarə edirlər. Mən isə əlilliyimdən dolayı həmin işarələri anlamaqda çətinlik çəkirəm".


"Kordinasiya etməkdə çətinlik çəkidyim vəziyətlətdə özümü çox narahat hiss edirəm və nəticədə özümü insanlardan uzaqlaşdırıram" o əlavə edir.


Abrey Hart, ABŞ


Abrey həm diqqət çatışmazlığı hiperaktivliyin pozulması (DÇHP) həm də disleksiya ilə yaşayır.


O deyir: "DÇHP və disleksiya mənim yeni insanlarla tanış olmağıma maneə olur çünki mən həm yazmaqda həm də ətrafımda nəyin baş verdiyinə fokuslanmaqda çətinlik çəkirəm".


"Sevgilimlə danışarkən bəzən heç əlaqəsiz şeylərdən danışmağa başlayıram. Bu isə onu bəzən narahat edir".


"Bəzən arazımı düzəltmək üçün ona mesaj yazanda hərfləri qarışdırıram. O bunu mənə deyəndə isə yenidən dalaşırıq çünki özümdən çox tez çıxıram" Abrey deyir.


Noah, Avstraliya


30 yaşlı Noahın asperger sindromu- autizmin bir növü- var. O özünü gey olaraq tanımlayır.


"Əlilliyim intim həyatıma təsir etmədiyinə görə çox şanslıyam. Lakin, bu mənim yeni insanlarla tanılığıma maneələr törədir" o deyir.


Cem, İngiltərə


Cem də Noah kimi asperger sindromu ilə yaşayır.


"Yeni insanlarla tanış olan bunu deməkdən çəkinmirəm" o deyir.


"Əgər etiraf etməsəm, yeni tanışlardan çoxu asperger olduğumu anlamırlar" o əlavə edir.


"İndiyə qədər həyatımda olan insanlar çox xoşgörülü olublar. Onlar mənlə sırf mənə görə görüşüblər və asperger hər zaman mənim bir parçam olub".

 

Bunlara da bax:

53 görüntüleme

Comments


bottom of page