top of page

Qürur Ayını Evdə Qeyd Etməyin 5 Yolu

Bu iyun LGBT+ icması üçün digər iyun aylarından çox fərqlənir çünki dünyanın əksər yeri COVİD-19 pandemiyasına görə karantin altındadır və qürur ayına özəl tədbirlər ləğv olunub [Azərbaycanda bu kimi tədbirlər heç vaxt keçirilmədiyindən azərbaycanlı LGBT+ icması çox da təsirlənməyib]. Lakin bu qürur ayının ləğv olduğu demək deyil! Hələ də LGBT+ icması mövcuddur, hələ də sivil haqqlar uğrunda mübarizə ehtiyac var və hələ də şənlənmək üçün üsullar bitməyib. Bu il dəyişən tək şey qürur ayını necə qeyd edəcəyimizdir. Sosial izolyasiya dövründə LGBT+ icması olaraq birləşməyə hər zaman olduğundan daha çox ehtiyac var. Buna görə də sizə bu karantin dövründə qürur ayını qeyd etməyin 5 fərqli yolunu təqdim edirik:

Stonvolu evinizdən ziyarət edin

Stonewall Inn

Bütün şənliklərdən qabaq Stonvol var idi. Stonvol hadisəsi hazırda bizim qürur ayını qeyd etməyimizin başlıca səbəbkarıdır. Tarixi Stonvol mehmanxanasını fiziki olaraq ziyarət edə bilməsənizdə hələ də evinizdən virtual şəkildə Stonvolu ziyarət edə bilərsiniz. Ödənişsiz virtual tur üçün bura klikləyin.

Virtual şənlik təşkil edin

virtual party

Əyləncə son zamanların qürur ayı çərçivəsində keçirilən tədbirlərin ayrılmaz bir hissəsidir. Dostlarınızdan, sevdiklərinizdən kənarda evdə necə əylənəcəyiniz haqda düşünürsünüzsə o zaman evinizdə Zoom üzərindən virtual partilər təşkil edin. Partilərinizi daha rəngarəng etmək üçün Zoom ekran fon şəkilləri üçün bura klikləyin.


Göyqurşaqlı şirniyyatlar hazırlayın

Rainbow treat

İcmamızı təmsil edən göyqurşağını qürur ayında unutmaq olmaz! Buna görə də hazırladığınız şirniyyatları göyqurşağı şəklində bəzəyin və evinizdə qürur ab-havası yaradın.

Bir səbəbə xidmət edən yerlərdən alış-veriş edin

Pride Shopping

Alış-veriş etdiyiniz zaman xərcləyəcəyiniz məbləği faydalı səbəblərə dəstək verən şirkətlərdən alış-veriş edin. Məsələn, Amazon.com-dan alış-veriş zamanı "Amazon Smile" istifadə edərkən xərclədiyiniz məbləğin 0.5 %-i LGBTQ təşkilatlarına ianə olaraq verilir.

Virtual paradlara qoşulun

Rainbow TV

Bu il pandemiya səbəbindən yüzlərlə qürur yürüşü və tədbirlər canlı olaraq keçirilməyəcək. Buna baxmayaraq müxtəlif LGBTQ təşkilatları virtual tədbirlər keçirəcək. Müxtəlif mövzuları əhatə edən sessiyalar, vörkşoplar, təlimlərə qatılaraq yeni faydalı məlumatlar öyrənə bilərsiniz, dostluqlar, tanışlıqlar qazana bilərsiniz. Beynəlxalq LGBTQ+ təşkilatı olan İnterPride 27 iyunda keçirəcəyi virtual parada qoşulmaq üçün bura klikləyin

BONUS: Hər zaman daha inkluziv olmağa çalışın

Pride flag

Qürur ayı olsun ya yox heç fərq etməz, hər zaman daha çox inkluziv olmağa çalışın. Müxtəlif cinsi yönəlim və kimliyə sahib insanlara xoşgörü göstərin, bu mövzular haqda etibarlı mənbələrdən oxuyun, və öz kimliyinizdən heç vaxt utanmayın!

 

Bunlara da bax:

80 görüntüleme

Comments


bottom of page