top of page

Aktiv və passiv geylər niyə universal olmadıqları haqda danışır

Cinsi əlaqə zamanı pozisiyalar haqda danışarkən universal olmaq kuir kişilər üçün ən optimal rol hesab olunur çünki aktiv (sikən tərəf) və passiv (sikilən tərəf) rolları yataqda edə biləcəyimiz bir çox şeyi limitləyir.


"Kuir kişilər seksdə istədikləri rolda hər şey etməyi bacarmalıdırlar" deyimi özünü reallıqda sübut etmir və bir çox "tam aktiv" ya "tam passiv" kişilərlə müsahibəmizdən sonra bunun ağlabatan səbəblərinin olduğunu anlayırıq.

aktiv və passiv geylər

35 yaşlı gey Antoni özünün yalnız aktiv olduğunu deyir. İntim həyatında sadəcə bir dəfə passiv olan Antoni, bu təcrübənin pis olmadığını desə də, universal olmaqda maraqlı deyil. "Mən ancaq aktiv oluram çünki passiv olmaq incidir" deyə o bildirir.


Antoninin sözlərinə görə passiv olmaq "daha alçaq, aşağı olmaq" deməkdir. Araşdırma göstərir ki, aktivlər daha çox daxili homofobiyadan əziyət çəkir və özlərinin gey olduqlarını qəbullana bilmirlər.


"Araşdırmalara görə aktivlər özlərini daha çox ənənəvi maskulin və ya dominant kişi kimi xarakterizə edirlər, buna görə də aktiv olmaq həmən maskulin ya dominant kişi kimliyinin bir parçasıdır" klinik psixoloq və tədqiqatçı Dr. Trevor Hart deyir.

passiv və aktiv gey

29 yaşlı Roland deyir: "O vaxtki sevgilimlə bir dəfə aktiv olmuşdum amma heç bəyənmədim. Həmişə passiv olduğum üçün bunu daha çox sevirəm və belə daha rahatdır". Hətta öz sevdiyi insanla yataqda belə hər zaman penisin sərt qalması və həm özü həm də partnyoru üçün uyğun pozisiya tapmaq Roland üçün çətinlik yaradır. "Elə biri ilə münasibət qurmağa çalışıram ki, seks zamanı penisi sərt qalsın və uyğun poza tapa bilsin. Aktiv olma təcrübəsi mənlik deyil, ən yaxşısı passiv oluram" deyə o bildirir.


19 yaşlı Cordan deyir ki, o arıq, balaca boy və çəlimsiz biridir. İntim istək duyduğu kişilər isə bunun tam əksi olur. Onun sözlərinə görə iri bədənli, hündür boylu, fit bədənə sahib kişilər adətən aktiv olur. "Mən ilk seks təcrübəmdə passiv olmuşam və belə davam etməyi düşünürəm. Bir dəfə aktiv olmağı sınadım amma partnyorumu qane etmədim. Hazırda ancaq passiv oluram və belə davam etmək mənim üçün xoşdur" o deyir.


Dr. Hartın 205 gey kişi arasında apardığı araşdırma 2003-cü ildə "Seks Araşdırma Jurnalı"nda (Journal of Sex Research) dərc olunub. Həmin araşdırmaya görə intim əlaqədə cinsi fantaziyalara daha açıq olmaları, seks zamanı daha az narahatçılıq keçirməkləri, müxtəlif rollarda daha rahat olmaları səbəbindən universal geylər psixoloji cəhətdən daha sağlam olurlar. "Passivlər aktiv olmağı çox dominant olmaqla əlaqələndirirlər. Passivlər adətən düşünür ki, onlar yaxşı aktiv ola bilməzlər, aktiv olsalar cinsi ereksiyaya çata və partnyorlarına həzz verə bilməyəcəklər" Dr. Hart deyir.

gey seks

Penis ölçüsü və forması ilə bağlı stiqma seksdəki rola təsir edən amillərdən biridir. "Aktiv olmamağımın əsas səbəbi penisimin formasıdır" 23 yaşlı Bruno deyir. "Penisim sərt olduqda elə forma alırki anal dəliyə girib çıxarkən çətinlik yaradır. Həmçinin, düşünürəm ki, aktiv olarkən digər insanlar qədər həzz ala bilmirəm, aktiv olmaq mənim üçün narahatdır".


Kişilər arasında penis ölçüsü və cinsi sağlamlıq əlaqələri haqda olan araşdırmaya görə penisinin kiçik olduğunu düşünən kişilərin passiv olma qərarı vermə ehtimalı daha yüksəkdir. 1065 gey və biseksual kişi arasında aparılan sorğunun nəticələrinə əsasən aktivlərdən yalnız 29.2%-i penis ölçüsünün "orta ölçüdən daha aşağı" olduğunu düşünür. Bu göstərici universallar arasında 32%, passivlər arasında isə 39% təşkil edir. Digər tərəfdən isə penisinin daha iri olduğunu düşünən kişilər aktiv olma qərarı vermə ehtimalının daha yüksək olduğu aşkarlanıb.


Tədqiqatçılar buna əsas səbəb kimi maskulin gender rollarının olduğu qənaətinə gəliblər. Belə ki, gender rollarına görə penisin ölçüsü kişinin nə qədər çox "kişi" olduğunun göstəricisi kimi qəbul olunur. Beləliklə, orta və kiçik penisə sahib kişilər partyorlarının reaksiyasından ehtiyat edərək özlərini aktiv olarkən inamlı hiss etmirlər.

gey aktiv passiv seks

Seks pozisiyasını dəyişməmə səbəblərindən biri də travmatik cinsi təcrübə ola bilər. 50 yaşlı İnqo 18 ay heç də xoş olmayan münasibətdə olub. Onun sözlərinə görə 18 ay boyunca partnyoru tərəfindən daima seks zamanı alçaldılıb.


"Partnyorum mənimlə münasibətə qədər hər zaman passiv olsa da mənimlə aktiv olmaq istədiyini dedi, mən isə razılaşdım. Görünür aktivliklə dominantlığı səhv salmışdı və yeni təcrübə olduğu üçün nəyi necə etməli olduğunu bilmirdi buna görə də seks zamanı daim məni alçaldır, özgüvənimi zədələyirdi" hazırda yalnız aktiv olan İnqo deyir.


Bu zəhərli münasibətdən sonra İnqo 30 il passiv rolunda olub, lakin heç vaxt özünü rahat hiss edə bilməyib. "Həmişə mənə elə gəlirdi ki, sanki məndən nəsə alınıb və məndə nəsə çatışmır. Amma yeni təcrübə sınamaqdan çox qorxurdum" o deyir. 30 ildən sonra İnqo ilk dəfə aktiv olmağı sınayıb və o çatmaşayan cəhətin nə olduğunu tapıb. "Hazırda yalnız aktiv rolunda oluram və bir daha passiv olacağımı düşünmürəm".


Seksdə rolumuzun nəyi sevib sevmədiyimizdən asılı olaraq müəyənləşdiyini düşünsək də əslində araşdırmalar və müsahibələr göstərir ki, bu belə deyil. Bütün məqamları nəzərə alaraq qeyd edə bilərik ki, fərdin "maskulin" anlayışı və kimliyi kuir kişilərin seksdə roluna böyük təsir edən faktorlardandır.


Dr. Hart da sosial təsirin seksdə rolların təyin olunmasında seksual həzz almağımız qədər rol oynadığını təsdiqləyir: "əgər bir kişi seks zamanı ereksiya (boşalma) və ya partnyora həzz verə biləcəyi haqda narahatdırsa çox gümanki o aktiv olmayacaq. Həmçinin, bu yaxşı passiv ola bilməyəcəyini düşünən kişilərə də şamil oluna bilər".


İstənilən halda, razılıqlı seks sən özünü rahat hiss etdiyin şeyləri etdikdə daha çox həzz verir buna görə də paltarınızla bərabər stereotipləri də çıxarın və seksdən həzz almağa çalışın.


Mənbə: newnownext.com

895 görüntüleme

Comments


bottom of page