top of page

Həmcins Evliliyini Qanuniləşdirən Ölkələr



Yenilənib: 14.12.2021


Yaxın Şərqdə, Afrikada qeyi-heteroseksual cinsi orientasiya nümayəndələrini daşqalaq etdikləri, odda yandırdıqları halda Avropa və Amerikada onların hüquqlarının qorunması üçün yeni-yeni qanunlar qəbul edilir.


Halbuki, homoseksuallıq bir təzahür kimi qədim zamanlardan məlumdur. Hələ antik yunan tarixçisi öz “Müqayisəli Tərcümeyi hallar” tarixi əsərində Makedoniyalı İsgəndərin erkək qullaraına qarşı meyllərindən açıq şəkildə yazıb.


Yaxud erkən orta əsrlərdə İran poeziyasının ən önəmli nümunələrindən sayılan Sədi Şirazinin “Gülüstan” əsərində homoseksual əlaqələrin təsvirinə rast gəlmək olar.


İncəsənətə damğasını vuran tanınmış ixtiraçı və rəssam Leonardo Da Vinci, məşhur ingilis yazıçısı Oskar Uayld və tanınmış rus bəstəkarı Pyotr Çaykovskinin də homoseksual meylləri tarixi mənbələrdə şübhəsiz həqiqət kimi təqdim olunur.


Qeyri-rəsmi şəkildə mövcud olan bu kimi hallar qloballaşan dünyamızda üzə çıxıb və insan hüquq-azadlıqları ilə sıx şəkildə əlaqələndirilir. Bu mənada müasir LGBTQ (Lezbiyan, Gey, Biseksual, Transgender, Kuir (Queer) və digərləri) hərəkatında əsas avanqard rolunu Qərb ölkələri oynayır.


İri şəhərlərdə homoseksuallar üçün ayrıca məhəllələr, mehmanxanalar və s. iaşə obyektləri xidmət göstərir. Onlara qarşı törədilən cinayətlər isə Qərb ölkələrinin cinayət məcəllələrində ağırlaşdırıcı hal kimi uzunmüddətli həbslə nəticələnən “nifrət zəmində cinayət” kateqoriyasına daxil edilib. Fundamental insan hüquqlarından biri olan evlənmək hüququ da əksər ölkələrdə homoseksual fərdlər üçün qeyri-qanuninidir. Xatırladaq ki, 31 ölkə ümummilli səviyyədə eynicinsli nikahları rəsmləşdirib. Siyahıdakı ölkələrə diqqət etsək, onların yüksək həyat səviyyəsinə malik ölkələr sayıldığını görə bilərik. Eynicinsli insanların nikahlarının rəsmləşdirildiyi ölkələrdə artıq gey və lesbiyan cütlüklərin uşaqları övladlığa götürə bilməsi üçün də hüquqi sənədlər hazırlanır. Həmcins evliliklərini qanuniləşdirən ölkələrin xronologiyası:


2001- Hollandiya 2003- Belçika 2005- İspaniya, Kanada 2006- Cənubi Afrika Respublikası (CAR) 2009- Norveç, İsveç 2010- Portuqaliya, İslandiya, Argentina 2012- Danimarka 2013- Braziliya, Fransa, Uruqvay, Yeni Zellandiya, İngiltərə və Uels 2015- Lüksemburq, ABŞ, İrlandiya, Şotlandiya 2016- Kolumbiya 2017- Finlandiya, Malta, Almaniya, Avstraliya 2019- Avstriya, Tayvan, Ekvador


2020- Şimali İrlandiya, Kosta-Rika


2022- Çili, İsveçrə


həmcins evliliyini qanuniləşdirən dünya ölkələri


38 görüntüleme

댓글


bottom of page