top of page

"Benim çocuğum" - Homoseksuallar Haqda Film

Türkiyədə homioseksuallıq qanunidir. Lakin mühafizəkar müsəlmanların çoxluq təşkil etdiyi ölkədə bu məsələ mübahisə doğurur.

Benim Çocuğum- Film Posteri

2013-cü ildə ekranlaşdırılmış filmdə homoseksual, biseksual, transgender uşaqlarını dəstəkləyən “Listaq” valideyn qrupundan bəhs edilir. Bu qrup homoseksual uşaqları olan valideynlərə ictimaiyyətin yaratdığı problemlərlə yaşamalarına yardım etməyə çalışır. Filmin direktoru Can Candan bu filmin ictimaiyyətin LGBT-yə münasibətini dəyişəcəyinə ümid etdiyini deyir. “Biz cəmiyyətimizin dəyişməsini istəyirik. Bu sənədli film valideynlərin hekayələrini ictimaiyyətə çatdırır."

“Listaq” qrupunun üzvü Sule Ceylan Türkiyənin doğru yol seçdiyini deyir. “Əlbəttə çox şey dəyişib. Biz, iki ana parlamentə getdik və belə bir addım hamını heyrətə gətirdi. Onlar bizə böyük maraq göstərdilər. Onlar görürlər ki, bu uşaqlar kosmosdan gəmləyib. Onların valideynləri və ailələri var. Baxın buraya çox sayda insan gəlib. Mən çox həyəcanlıyam və daha gözəl işlərin baş verəcəyindən əminəm.”

Filmə baxarkən valideynlərin nə dərəcədə vacib iş gördüyünün şahidi oluruq. Bir qadın filmin ailə filmi olduğunu, filmdəki hər valideynin usagı üçün əlindən gələni etdiyini, hətta ölməyə belə hazır olduğunu və bu filmin fədakarlıq rəmzi olduğunu deyir.

"Listaq" Ailə Qrupu
"Listaq" Ailə Qrupu

"Mənim uşağım" filmi Türkiyənin müxtəlif şəhərlərində və digər ölkələrdə nümayiş etdirilib. Rejissorlar və valideynlər bu filmin homoseksuallıq məsələsinə baxışları dəyişəcəyinə ümid edirlər.


Filmi buradan izləyin. Xoş seyrlər!


63 görüntüleme
bottom of page