Məryəm illər boyunca cinsi kimliyini qatı dindar ailəsindən gizlətmişdir. O ailəsinə lezbiyan olduğunu açıqlayanda “heteroseksual qadın” rolu oynadığı ikili həyat tərzinə son qoyuldu, lakin bu etiraf atasının onu övladlıqdan çıxarması ilə nəticələndi.
“Dörd ya da beş yaşım olanda həmcinslərimə qarşı xüsusi marağım olunduğunu bilirdim. Geyinib-soyunma otağında ən yaxın dostumu öpəndə isə buna tam əmin oldum.”
“Bu haqda ilk araşdırmamı kolecdə oxuyarkən evimizə internet çəkdirdikdən sonra başladım. Qardaşımın otağında stolüstü kompüter var idi və mən qapını kilidləyib həmin komputerdən istifadə edirdim.”
“Yadımdadı, ilk dəfə müxtəlif çatlara girirdim. Hətta bəzən qadınlarla danışa bilmək üçün özümə kişi profilləri açırdım. Yalnız 18-19 yaşım olanda sırf özüm kimi lezbiyan qadınlar axtarmağa başladım.”
Məryəm (ad dəyişdirilib) rayonların birində ənənəvi dindar ailələrin birində böyüyüb. Ailəsini yaşlı babası idarə edirmiş. Erkən yaşlarından homoseksual olduğunu bilməsinə baxmayaraq o, ailəsinə bunu açıqlamağın xoşagəlməz nəticələrinin ola biləcəyindən xəbərdar idi. Buna görə də, hər zaman bunu gizlətməyə çalışırdı, lakin içindən gələn hissi boğmaq onun üçün asan deyildi. O sadəcə müxtəlif çat otaqlarında qadınlarla söhbət edərkən rahatlıq tapırdı.
Real həyatda bir qadınla görüşmək cəsarətini o yalnız 3-cü kursda oxuyarkən tapa bilmişdi. Yaşadığı rayondan uzaqda yerləşən Bakıya gələrək yeni münasibətlər qurmağa çalışırdı. Buna səbəb isə bu qədər uzaq şəhərdə onu heç kimin tanımayacağı düşüncəsi idi.
“Eyni rayondan heç kimlə münasibət qura bilməzdim. Bəlkə kimsə məni görər? bundan xəbər tutsalaq nə edəcəm? necə cavab verəcəm? sualları başımdan çıxmırdı.”
“Bakıda bir qadınla tanış oldum. Tədricən ona aşiq olduğumun fərqinə vardım. Demək olar ki hər gün sırf onun üçün qatarla 2 saatlıq yol qət edərək Bakıya gedirdim. O məni vağzalda gözləyərdi. Bir neçə saatlıq görüşdən sonra publara gedib yemək yeyirdik və mən geriyə qayıdırdım. Hər gün belə təkrarlanırdı.”
Daha sonralar Məryəm uzunmüddətli münasibətlər qurmağa başlayıb. İki ilə yaxın münasibətindən söhbət açır.
“Bakıda bir qadınla tanış oldum. O da mənim kimi hicablı müsəlman qadın idi. Evli idi və 2 uşağı var idi. Həyat yoldaşı səhər saat 5:30 da evdən çıxıb işə gedərdi və axşam 18:30 da geri qayıdardı. Mən saat 18:00 da evi tərk edərdim. Qohumlarının məndən xəbərləri var idi, lakin mən sadəcə ‘ziyarətə gələn dost’ idim.”
“Bir gün onu öz evimizə gətirdim. Onun hicablı olması məni cürətləndirdi çünki valideynlərim ondan heç vaxt şübhələnə bilməzdilər.”
“Lakin çox keçmədiki uzun müddət davam edən münasibətlərimizə son qoyduq.”
Məryəm 21 yaşında yeni sevgilisi ilə münasibətləri ciddiləşdirmək qərarına gəlirlər. Elə həmin vaxtı o özündə cürət taparaq anasına hər şeyi açıb deyir.
“Anamın ilk sözləri ‘sənin kimi övlad olmaz olsun’ idi. O məni dinimizi ləkələməkdə günahlandırdı və böyük günah sahibi olduğumu dedi.”
“O homoseksuallıq haqqında demək olar ki, heç nə bilmirdi. ‘Quranda yalnız qadın-kişi münasibətləri müvcuddur. Heç vaxt 2 kişi və ya 2 qadın arasında belə şeylər ola bilməz’ deməklə məlumatsızlığını gizlətməyə çalışırdı, lakin onun gözlərinə baxanda necə əzab çəkdiyinin fərqinə vardım. Məni çox sevsədə uşaqlıqdan inandığı dinə qarşı gələ bilmirdi. Təzad dolu baxışları onu ələ verirdi.”
Məryəmin sözlərinə görə anası ilə münasibətləri o gündən pisləşməyə başladı. Hər sözləri qışqırıq, ağlamaq, çığırmaqla bitirdi. Artıq o, evə gec gəlməyə başladı və münasibətlərinin heç vaxt əvvəlki qaydasında olmayacağına əmin idi. Lakin, anası bunu sirr saxlamağa razı oldu. Bundan 10 il sonra o atasına lezbiyan olduğu baradə danışmaq qərarına gəldi.
“Atam dedi: neçə illərdir ki namaz qılırsan, məscidə gedirsən və quran oxuyursan. Bunun günah olduğunu məndən yaxşı bilməlisən, məgər bilmirsən?! Dinimizə qarşı çıxa bilməzsən!”
Həmin an atası onu iki seçim qarşısında qoyub: ya tövbə edərək hər şeyi unutmalı, ya da evə bir daha gəlməməlidir.
“Əslində o məndən imtina etdi və mən evi tərk etməli oldum.”
Bu ayrılığın ilk illərində atası anasına Məryəmlə görüşməyə qadağa qoyub. O yalnız anası ilə bacısının evində gizli görüşürdü. Lakin, anasının homoseksuallıq barəsində fikrlərini dəyişdirə bilməyəcəyini artıq qəbul etmişdi.
“Dini, ənənələri bir kənara qoyanda başa düşürsənki o mənim anamdı, mən də onun qızı. Gənc olanda düşünürdüm ki, mən haqlıyam o səhvdir. O zaman hər şey ağ və qara kimi idi, indi isə bulanıqdır. Başa düşürəm ki, o öz hisslərində haqlıdır, mən də öz.”
“Atama gəlincə isə həmin gündən bəri sadəcə bir dəfə görmüşəm. Mənə qarşı soyuq davransa da onu möhkəm qucaqladım. Hələ də onun üçün çox darıxıram.”
İslam dinində bəzi Xristian məzhəblərində və pravoslav Yəhudiliyində olduğu kimi homoseksuallıq günah olaraq qəbul edilir. Bəzi dinlərdə homoseksuallığın qəbulu ilə bağlı hərəkatlar mövcud olsa da İslam bu mövzuda öz radikallığını qoruyur.
Hazırda Məryəm və onun sevgilisi gələn il evlənməyi planlaşdırırlar. İş qadını olan Məryəm və müəllimə işləyən partnyoru kiçik yığıncaq etməklə sevdiklərinin əhatəsində evlənməyi düşünürlər.
“Düşünürəm ki İslam daha qapalı dindir. Yaşlı nəslə fikr versək görərik ki, onlar hələ də 8-ci əsrdəki kimi yaşayırlar 21-ci əsrdəki kimi deyil. Lakin, eyni anda müsəlman və homoseksual olmaq mümkündür. İndi anlayıram ki erkən yaşda sevgilim olsa da özümü anlamaqda çətinlik çəkirdim. Hazırda bütün bu başıma gələn hadisələrdən sonra özümü təkcə daha güclü hiss etmirəm, həm də öz kimliyimi olduğum kimi qəbul edirəm.”
Comentarios