top of page

Sevginin Qanunsuz Olduğu Yerdə- Qısa LGBTİ Hekayələr

Where Love İs İllegal (Sevginin Qanunsuz Olduğu Yerdə) dünyanın müxtəlif yerində lezbiyan, gey, biseksual, transgender və interseks fərdlərin qanunla qadağan olunmasına qarşı çıxan, müxtəlif ölkələrdə ayrı-seçkiliklə, nifrətlə üzləşən və sağqalmaq uğrunda mübarizə aparan insanların hekayələrini paylaşan bir layihədir. Layihə fotoqraf Robin Hammondun təşəbbüsü ilə yaranıb. “Where Love is İllegal” sosial media kompaniyaları ilə, beynəlxalq sərgilərlə, LGBT+ fərdlərinə qarşı sıx təqiblərin olduğu ərazilərdə fəaliyyət göstərən təşkilatlarla iş birliyi qurmaqla və onalara ianələr toplamaqla qeyr-tolerantlığa qarşı mübarizə aparır.


“Dünyanın bir çox yerində irəliləyişlərə baxmayaraq lezbiyan, gey, biseksual, transgender, və interseks (LGBTİ) fərdlər bəzi yerlərdə təqib olunur və fundamental insan haqqlarından məhrumdurlar. Qorxudan susduğumuz halda fanatizm inkişaf etdiyi üçün biz insanların üzləşdikləri ayrı-seçkilik və sağqalma hekayələrini paylaşması üçün bu layihəni yaratdıq. Bu hekayələri oxuyun, paylaşın və öz hekayənizi bizə yazın. Bütün dünya bilsin ki biz sakit qalmayacağıq”

Həmin hekayələrdən bəzilərini sizə təqdim edirik:


Kuteesa &Ernest- Kenya


“Bir gün 7 saylı klinikaya getməli olduq və yolda bir qrup sudanlı ilə rastlaşdıq. Onlar bizi görəndə bizə qışqırmağa başladılar hətta təkər və benzin gətirərək bizi yandırmaq istədiklərini dedilər. Onlar məni və ərimi döydülər. Gözlənilmədən BMTnin maşını ora gəldi və bizi klinikaya apardı.” Kuteesa (soldakı) uqandalı transgender qadındır və hazırda Kenyada Kakuma qaçqın düşərgəsində yaşayır. O əri Ernest (sağdakı) ilə elə həmin düşərgədə tanış olub. Hər ikisi həmin düşərgəyə təhlükəsiz yer tapmaq ümidi ilə gəlib, lakin buna nail olmayıblar. “Biz xəstəxanadan çox uzaqda yaşayırıq və ora yeriyərək gedə bilmirik. Əgər piyada getsək yolda bizi daşlayaraq öldürərlər. Əgər xəstələnsən və səni xəstəxanaya aparacaq kimsə tapmasan elə oradaca qalmalısan. Kənarda hər kəs səni ələ salıb güləcək və bu çox əzabvericidir.”


Joel- Uqanda


“Valideynlərimin heç bir seçimi yox idi- onlar məni övladlıqdan rədd etdilər və hər kəsə bildirdilər ki mən artıq o ailənin bir üzvü deyiləm.” Joel uqandalı gey oğlandır haradakı homoseksuallıq qeyri-qanunidir. “Ailəmə hər şeyi açıb deyəndə onlardan çoxu mənə dəstək oldu və məni başa düşməyə çalışdılar. Lakin böyük qardaşım məni qəbul etmədi. Gecə o dostlarını çağırdı və onlar məni evdən çıxarıb küçəyə atdılar. Küçədə məni döydükdən sonra kənddə hər kəsə mənim gey olduğumu dedilər. Bundan sonra məni ölümlə təhdid etməyə başladılar və mən çətinliklə oradan qaçıb Almaniyaya gəldim. Ümid edirəm ki burada özüm ola biləcəm və azad həyat yaşayacam, amma hər zaman qəlbimin dərinliklərində evimdən və ailəmdən ötrü darıxacam."


Ratib- Suriya


“Bir gün gecə qaranlıqda Damascus mərkəzi parkında sevgilimlə görüşdük. Hər dəfə bura gecə saatlarında gəlib görüşərdik çünki bu saatda heç kim burda bizi görməzdi. Gecə saat 10 radələri idi. Başımı sevgilimin çiyninə qoydum. Birdən iki nəfərin bizə yaxınlaşdığını gördüm. Onlar məndən “necəsən?” deyə soruşdular. Başımı qaldırdım və gördüm ki onlar polisdir. Onlar məni maşınla yeraltı kiçik bir otağa gətirdilər. Bütün polis işçiləri aşağı məni döyməyə gəldilər. Onlar əlləri, ayaqları, və hətta kabel və çubuqla məni döyürdülər. Gecə saat 11-dən səhər 6-ya qədər məni döydülər. Bütün bədənim qan içində idi. Üzümü və cinsi orqanımı əllərimə gizlətməyə çalışsamda onlar ağır hərbi çəkmə geyinmişdilər buna görə zərbələr daha ağır idi. Onlar məndən heç nə soruşmadılar və sadəcə gey olduğum üçün məni döydülər.” Ratib əslən Suriyadan olan homoseksual kişidir. Çörəkçi işləyən Ratibin ailəsi ona dəstək olsa da o küçəyə çıxmağa belə qorxurdu. Bu hadisədən sonra hər şeyini sataraq Liviyaya qaçan Ratib bura da özünü təhlükəsizlikdə hiss etmədiyini deyir. “Yaxın gələcəkdə LGBT məsələləri ilə bağlı müsbət dəyişiklik gözləntim yoxdur çünki Ərəb dünyasında bizi qoruyacaq heç bir qanun yoxdur.”


Leena- Pakistan


“Ölkəmi sakitlik və sülh tapmaq üçün tərk etdim, lakin bacarmadım. Hazırda həyatım daha da pisdir.” Leena pakistanlı transgender qadındır. Artıq bir ildən artıqdırki sığınacaq üçün müraciət edib hazırda üçüncü ölkəyə köçürülməyini gözləyir. Pakistandan qaçmazdan öncəki həyatı haqqında Leena danışır: “həyatım təhlükədə idi. Hətta ailə üzvlərim məni öldürmək istəyirdilər.” Pakistanda həmcins münasibətlər qanunla qadağan olunur və müxtəlif cəzalar tətbiq olunur. “İnsanlar məni heyvan kimi görürdülər. Hər kəs qadın haqqlarından danışır amma trans haqqlarından danışan yoxdur. İnsanlar trans və qaçqın haqqları haqda danışmalıdırlar. Hətta heyvanların belə bizdən daha çox haqqları var.”


Boby- Nepal


“Mənimkimi olan digər insanlarla tanış olmaq ümidi ilə yaşadığım kəndi tərk etdim. Başqa transgender insanlarla rastlaşdıqdan sonra başa düşdüm ki mən yalnız deyiləm, və bu məni çox xoşbəxt etdi.” Boby Tamang nepaldan olan transgender qadındır və seks işçiliyi ilə məşğul olur. Son illərdə LGBT+ sahəsində bəzi müsbətyönlü qanunların qəbuluna baxmayaraq Nepalda transgender fərdlər üçün iş tapmaq müşkül məsələdir. Artıq 10 ildir ki Boby seks işçisi kimi çalışır. Bu çox təhlükəli işdir və o, müxtəlif növ zorakılıqla üzləşib. “Erkən vaxtlarda insanların bizə qarşı ayrı-seçkiliklərinə qarşı hər zaman mübarizə aparardım. Onlara deyirdim ki “bizi doğrayın. Görəcəksiniz ki bizim də qanımız var sizinki kimi”. Artıq əlimi üzmüşəm. Nə qədər mübarizə aparmaq olar?! Nə deyirlər qoy desinlər. Artıq onların bu sözlərinə öyrəşmişəm.”


Farid- Misir


“Bir gün evdən çıxıb kinoteatra doğru gedirdim. Birdən bir maşın gəlib qarşımı kəsdi və üç kişi maşından düşüb mənə hücum etdilər. Onlar məni oğurlamaq istəyirdilər. Xoşbəxtlikdən qonşuluqda yaşayanlardan biri olanları görüb mənə kömək etməyə gəldi. Həmin şəxslər maşına minib qaçdılar.” Farid Misirdən olan gey kişidir. O xərçəngə qalib gəldiyini öyrənəndə Feysbukda minlərlə insan tərəfindən bəyənilən post paylaşıb. Bu post bir çox adamın diqqətini Faridə yönəldir. Farid öz hesabında gey olduğunu açıq bildirməkdən çəkinmirdi və bundan sonra ona onlarla təhdid və hədə-qorxu mesajları gəlməyə başlayır. Daha sonra polislər onu həbs etmək üçün anasının evinə gəliblər. “Dekabrın 13-də mənə bir telefon zəngi gəldi. Zəngdə deyilirdi: “bilirik ki Misirdən qaçmaq istəyirsən, amma qaçmadan səni tutub dərini üzəcəyik”. Lakin, mən Misirdən qaçmağı bacardım.”

 

Bunlara da bax:

87 görüntüleme

Comments


bottom of page