Türkmənistanda yerli məhkəmə kimliyi açıqlanmayan aktyoru, aktyorun həyat yoldaşını və bir neçə başqa şəxsi homoseksuallıqda ittiham edərək 2 il həbs edib.
Mərkəzi Asiya ölkələri Türkmənistan və Özbəkistan həmcins münasibətləri qanunla qadağan edib.
Türkmənistanın cinayət məcəlləsinin 135-ci maddəsinə əsasən 2 kişi arasında intim əlaqə qadağan olunur və 2 il azadlıqdan məhrum etməklə cəzalandırılır. Eyni hal təkrarlananda isə cəza 5 ildən 10 ilədək uzanır.
Yerli mətbuata əsasən həbs olunan kişilərin sayı dəqiq bilinməsə də rəqəmin onlarla olması güman edilir. Həbs olunan şəxslər ötən ay saxlanılıblar. Saxlanılanlardan bəziləri polisə rüşvət verməklə və ya digərlərinə qarşı ifadə verməklə azadlığa buraxılıblar.
Qeyd edək ki, hazırki kütləvi həbslər Türkmənistanda olan ilk homofob hadisə deyil. Beləki, ötən ay 23 yaşlı homoseksual gənc QİÇS və gey olduğu üçün polis tərəfindən döyülüb və həbs edilib. Ötən il isə Kasimberdi Qarayev adlı gey oğlan ailəsinə video müraciət edib. Videonun yayılmasından dərhal sonra isə Qarayev itkin düşüb.
Bunlara da bax:
Comments