top of page

Qürur Ayı Nədir?

Hər il iyun ayı ərzində LGBT+ icması qürur ayını müxtəlif yollarla qeyd edir. Dünyanın dördbiryanında müxtəlif tədbirlər təşkil olunur. Bir ay ərzində davam edən bu tədbirlərə küçə şənlikləri, icma görüşləri, festivallar, maarifləndirici yığıncaqlar və ən əsası qürur yürüşü daxildir. Əylənmək, özünəsevgi, öz kimliyinlə qürur duymağı təşviq etməkdən savayı bu tədbirlərin əsas məqsədi LGBT+ fərdlərin üzləşdiyi məsələlərə diqqət çəkmək, ayrı-seçkiliyə etiraz etmək, və siyasi tələblər irəli sürməkdir.

Nə üçün Qürur Ayı iyun ayında keçirilir?


İyun ayının seçilməsində səbəb 1969-cu ildə Stonvol iğtişaşlarının məhz iyun ayında baş verməsidir.


"Stonvol iğtişaşları" 1969-cu ildə polisin daima LGBT+ icmasına qarşı göstərdiyi təzyiqə və reydlərə qarşı LGBT+ icmasının ABŞ-ın Nyu-York şəhərinin Qrinviç kəndində "Stonvol İnn" adlı mehmanxanada polislə qarşıdurmasına verilən addır. Bu qarşıdurmada LGBT+ fərdlər daima polis təzyiqinə etiraz olaraq kütləvi iğtişaşlar başlatmış və LGBT+ hərəkatının əsasını qoymuşdur.


LGBT+ hərəkatı nədir?


LGBT+ hərəkatı cinsi müxtəlifliyi qeyd edən bir hərəkatdır. Lezbiyan, gey, biseksual, transgender və kuir fərdlər üçün bu hər zaman ayrı-seçkilik və şiddətə qarşı çıxmaq deməkdir. Bu hərəkat bərabər hüququ təşviq edir və cəmiyyətin diqqətini LGBT+ fərdlərin üzləşdiyi ayrı-seçkiliyə çəkir.


İlk Qürur Ayını kim başladıb?

Brenda Howard
Brenda Hovard

"Qürur Ana" kimi tanınan Brenda Hovard Stonvol iğtişaşlarının ildönümünü anmaq üçün keçirilən ilk qürur yürüşünün təşkilatçısı olub. Həmçinin, qürur yürüşü ərəfəsində bir həftə ərzində müxtəlif tədbirlərin keçirilməsi ideyasını da ilk dəfə Hovard təklif edib. Daha sonra bu tədbirlər daha da uzanaraq bütün bir ay ərzində davam edib.

 

Bunlara da bax:

184 görüntüleme

Comentarios


bottom of page