top of page

Həmcinsinizlə Seksdən Öncə Bilməniz Gərəkən 15 Şey

Həmcinsinizlə intim münasibət qurmaq haqda düşünürsüz? O zaman bu yazımızı oxuyun


Söhbət həmcinslə seksdən gedirsə "gey", "biseksual", "kuir" sözlərə fikr verməyin. Siz özünüzə uyğun olan bir ad tapacaqsınız. Bu ad bəlkədə yuxarıda sadalananlardan heç biri olmayacaq. Həmcinsinizlə cinsi əlaqəyə girmək üçün mütləqki hansısa etiketə uyğun olmaq məcburiyətiniz yoxdur. Əgər öz cinsi kimliyinizi sorğulayırsınızsa ya həmcinsinizlə intim əlaqəyə maraqlısınızsa bu elə siz özünüzsüz.


İki kişi arasındakı seks möhtəşəm bir şeydir! İlk dəfə olanlar üçün isə həm də çətin təcrübə ola bilir. Anal seks etmək istəyirsiz? Öpüşmək, sürtüşmək, çalmaq və ya sadəcə toxunmaq istəyirsiz? İlk hardan başlayacaqsız? Necə başlayacaqsız? Cinsi yolla keçən xəstəliklərdən necə qorunmaq lazımdı? Bütün bu suallara və daha artığına bu yazıda cavab tapacaqsınız.


Unutmayın ki, həyacanlı və ya narahat olmağınız təmamilə normaldır. Hər kəsdə belə ola bilir. Sadəcə seksə başlamadan öncə 15 şeyi bilməniz lazımdı.


1. Tibbi müayinəyə əlçatanlığınızın olması mütləqdir. Bu isə 18 yaşınızın tamam olması deməkdir

Əgər yaşınız 18-dən azdırsa tibbi müyinəyə valideynlərin nəzarət etmə ehtimalı böyükdür. Əgər hələ də ailənizə cinsi kimliyiniz və yönəlimin haqda heç nə deməmisinizsə cinsi əlaqəyə girməyə tələsməyin.


Həmcinsləri ilə intim əlaqəyə girən şəxslərin və transgender qadınların QİÇS-ə yoluxmaq ehtimalı daha yüksəkdir. Bu sizin həmcins sekslə məşğul olmamağınız demək deyil. Lakin, siz mütəmadi olaraq cinsi yolla keçən infeksiyalara qarşı müayinələrdən keçməlisiniz. Əgər hələ 18 yaşınız tamam olmayıbsa belə müayinələr bəzən problemli ola bilər.

2. Həmcinsi ilə seks edən kişilər avtomatik olaraq "gey"ə çevrilmirlər

Əgər özünüzü gey olaraq tanımlamaq istəmirsinizsə narahat olmayın. Həmcinsi ilə seks edən hər kəs homoseksual deyil. Bəzi HSK (həmsinsi ilə seks edən kişilər) biseksualdır. Digərləri hələ də cinsi kimlikləri ilə bağlı sorğu-sual içərisindədirlər. Bu sözlər və etiketlər barədə narahat olmayın. Özünüzü hazır hiss etdiyinizdə özünüzə uyğun bir ad tapacaqsınız. O vaxta qədər fərqli təcrübələr yaşamaqda sərbəstsiniz. Və hər zamanda sərbəst olacaqsınız.


3. Emosional olaraq seksə hazır olmaq vacibdir

Yəqinki artıq fiziki olaraq seksin necə baş verəcəyi barədə məlumatlısınız. Bəs bu haqda necə hiss edirsiniz? Buna hazırsınız mı?


Seks emosional təcrübədir. Psixoloji olaraq hazır olduğunuzdan əmin olun. Bu hər şeyin necə olacağından məlumatlı olmaq və ya dünyaya özünüzü təqdim edəcəyiniz bir kimliyə sahib olmaq demək deyil. Bu sadəcə sizin yeni təcrübələr yaşamağa, yeni bir macərəya başlamağa, hər zaman vəziyəti nəzarət altında saxlamağa və yaşana biləcək çətinliklərlə üzləşməyə hazır olduğunuz deməkdir.


4. İki kişi arasındakı seks porno deyil

Porno sənayəsi bir biznesidr və sizə necə seks etməyi öyrətmir. Porno əvvəldən hazırlanmış, redaktə olunmuş və qeyri-real fantaziyadır və belə də olmalıdır.


İllərlə təcrübəsi olan insanlar belə porno filmlərdəki kimi seks etmirlər. Hətta porno aktyrolar belə normal həyatlarında elə seks etmirlər.


5. Başlamaq üçün ideal vaxt mövcud deyil

Biz kuir fərdlər heteroseksual həmyaşıdlarımızfan fərqli olaraq ilk seks təcrübəmizdən öncə bir çox şeylərlə məşğul olmağımız lazımdır. Heteronormativ cəmiyyət kuir fərdlərin cinsi həyatlarında yubanmalarına səbəb olur. Bir çoxumuz özümüzü təhlükəsiz hiss etdiyimiz ana, bəzilərimiz tibbi ehtiyatlara rahat əlçatanlığımız olduğu zamana, digərlərimiz isə ailəmizdən ayrılıb tək başında yaşadığımız vaxta qədər gözləyirik.


6. İlk dəfə mükəmməl olmaya bilər

Seks mürəkkəbdir xüsusilədə yeni olduğunuz zaman. Səbəb isə ne etdiyinizi və niyə etdiyinizi bilməməyinizdir. Seks bəzən narahat və ağrı verici ola bilir. Narahat olma, sadəcə təcrübəyə ehtiyacın var.


İlk xoşolmayan təcrübədən sonra bunun "sənin üçün olmadığı" qənaətinə gəlmə. Təslim olma. Unutma ki, sən hələ dərslərini yeni öyrənməyə başlayan tələbəsən.


7. İlk dəfədən anal seksə hazır olmaya bilərsən

Anal seks yeni başlayanlar üçün səbr və inam tələb edir (həmçinin çoxlu yumşaldıcı). Buna görə də ilk dəfədə baş verməyə bilər. İlk dəfə üçün uğurlu şəkldə anal seks edəcəyinizi gözləməyin.


Əgər olmadısa narahat olmayın. Soft seks (anal seks olmadan seks) möhtəşəmdir. Öpüşmək, sürtüşmək, əl ilə oynaşmaq, çalmaq hətta yüngül masaj etmək başlanğıc üçün yaxşı addımlardır.


8. Nə istədiyini bilmək məcburiyətin yoxdur

İlk başlarda nə istədiyini bilməməyin təmamilə normaldır. Bəzi fərdlər ilk dəfədən istədikləri hər şeyi ovuclarının içi kimi bilirlər, amma çoxumuz belə deyilik. Porno filmlər izləmisən, cəlbedici şəkillərə baxmısan, lakin bunlarla real həyatdə nə edəcəyini bilmirsən- narahat olma! Heç kim başlayanda nə istədiyini və nə olacağını bilmir. İstəklərini yaşadığın təcrübələr formalaşdıracaq.


9. Çoxlu yeni sözlər səni gözləyir- bilmədiyin sözlərin mənasını soruş

Səni mənasını bilmədiyin onlarla yeni söz gözləyir xüsusilə də təcrübənə sosial şəbəkədə illərini sərf etmiş fərdlərlə başlayacaqsansa. Aktiv, passiv, universal, dayk, femka, abort, qıy vurmaq, minet və sair və ilaxır.


Əgər nəyinsə mənasını bilmirsənsə soruş. Özünü bilirmiş kimi göstərmə. Əgər sual verdiyin adam izah etmək istəməsə ya səni bilmədiyinə görə ələ salsa, deməli həmin adam ilk təcrübən üçün uyğun biri deyil.


10. Başlanğıc üçün bəzi sözləri izah edək

"Aktiv" anal seksdə sikici tərəfdir, "passiv" isə qəbul edən. Bunlar sadəcə anal seksdə fiziki roldur artıq heçnə.


Passiv qadın demək deyil. Passivlər balaca, cılız, feminen və ya sözəbaxan olmağa məcbur deyillər. Aktiv "kişi" demək deyil və hər zaman daha maskulin və dominant olmalı deyil. Bu seks rolları sənin necə rəftar etməyini, necə geyinməyini, bir sözlə sənin kimliyini təyin etmir. Bu rollar sadəcə seksdə fiziki olaraq sənin nə etdiyin deməkdir. Bu qədər.


Bu rollardan yalnız birini seçmək kimi məcburiyətin də yoxdur. Əksər insanlar universaldır. Yəni, istədikləri zaman, istədikləri partnyorları ilə həm aktiv həm də passiv ola bilərlər. Başıanğıc üçün hansı rolu seçəcəyini bilmirsənsə, necə deyərlər, ikisini də sına, öz tərəfini seç ;)


11. Səhvlər edəcəksən

Yalnış insanlara inanacaqsan və mükəmməl olmayan insanlarla üzləşəcəksən. Yəqinki, doğru olmayan insanlara qarşı idarə edə bilmədiyin hisslər keçirəcəksən və qəlbin qırılacaq. Möhtəşəm olduğunu düşündüyün insanlarla münasibət quracaqsan və həmin insanların möhtəşəm olmadıqlarını anlayacaqsan.


Bütün bunlar sənin başına gələcək. Lakin, sən bunlardan dərs çıxarmalı və gələcəyə daha hazırlıqlı olmalısan. Bu səhvlərdən bəzilərini unutmaq sənin üçün asan olmayacaq amma onlar sənin üçün bu macərada ən əhəmiyətli dərslərdir.


12. Bir-iki xoşagəlməz təcrübəyə görə qərar verməyə tələsmə

Bir çox şəxslər bir neçə uğursuz cəhddən sonra passiv rolunun onlar üçün olmadığı qənaətinə gəlirlər. Bəziləri isə bir neçə xoşagəlməz təcrübədən sonra daha sekslə məşğul olmamaq qərarı verir.


Bir-iki təcrübəyə əsaslanaraq seks həyatın haqda belə qərarlar verməyə tələsmə. İlk dəfədə hər şey mükəmməl olmayacaq. Heç olmalı da deyil. Cəhd etməyə davam et.


13. Seksin "doğru qədəri" yoxdur

Sekslə məşğul olmağın "doğru" ya "sağlam" qədəri yoxdur. Bəzi insanlar çoxlu seks edirlər- sən istədiyindən də çox. Və bu təmamilə normaldır.

Digərləri isə çox az seks etmək həvəsindədirlər. Bu onları daha "təmiz" ya "təhlükəsiz" etmir. Hər bir kəs hətta cəmi bir dəfə seks etmiş şəxs cinsi yolla keçən infeksiyaya yoluxmuş ola bilər.


Təhlükəsiz seks partnyorları daha az sekslə məşğul olanlar deyil, mütəmadi olaraq (minimum 3 aydan bir) qan testlərindən keçən və seks zamanı qorunanlardır.


14. Heç kimin sənin "keçmişini" bilmək haqqı yoxdur

İndiyə qədər sənin neçə nəfərlə seks etdiyin heç kimi maraqlandırmamalıdır. Əgər kimsə soruşsa, "öz işinlə məşğul ol" demək sənin təbii haqqındır.


Bu suallar səni utandırmaq üçün verilir. Dediyin rəqəmdən asılı olmayaraq bu rəqəm həmişə ya "həddən artıq çox" yada "çox az" olaraq şərh olunacaq. Buna görə də deməmək ən yaxşıdır.


İndiyə qədər neçə insanla əlaqən olduğunu bilməsi lazım olan yeganə şəxs sənin inandığın həkimindir.


15. Bəli, passiv olmaq biraz incidir

Anal seksdə passiv olmaq ilk cəhdlərdə ağrı verə bilir. Anus dəliyi penisi qəbul edəcək qədər geniş olmalıdır. Və genişlənmə prosesi ağrılı prosesdir. Əgər çox sərt olsan, ya kifayət qədər yumşaldıcı istifadə etməsən özünü yaralaya bilərsən. Yavaş və ehtiyatla davranmaq, çoxlu yumşaldıcıdan istifadə etmək, partnyorunla danışmaq və proses zamanı fasilələr vermək bu prosesi yüngülləşdirəcək.

 

Bunlara da bax:

1.448 görüntüleme

Comments


bottom of page