Diqqət! Bu yazı kəskin homofob və cinsiyyətçi kəlimələrdən ibarətdir.
1. Yataqda hansınız kişi hansınız qadınsız?
Təəssüfki hələ də bir fərdin yataq həyatına qədər burnunu soxacaq üzsüzlər var. Onlara görə hər münasibətdə mütləq bir "kişi-qadın" olmalıdır çünki bu təbiətin qanunudur (!)
2. Sizi heç başa düşə bilmirəm, yəni necə sevişirsiz axı? Necə baş verir?
Normalda hələ bir "səhv başa düşmə, sadəcə maraqlıdır" deyirlər də. Bir insan bu sualı niyə versin? Hmmm, çünki sevişmək penisin vajinaya girib çıxmasından ibarətdir, penis və vajina bir yerdə deyilsə necə ola bilir?!!!
3. İndi sevgilin səni kişilərdən qısqanacaq yoxsa qadınlardan?
Bu sual biseksualların yuxularına da girir
4. (Biseksuallar üçün) Axı necə bir insan iki cinsiyyətdən də xoşlana bilər?
"Biraz acgözsüz" demək istəyir. Yəni ki homoseksual olsan nəysə də necə biseksual axı???
5. Bizi bir arada görüb məni də homoseksual hesab edərlər? Ya da birdən sevgili olduğumuzu düşünərlər?
Nə olur olsun homoseksual olduğu düşünülməsin çünki homoseksual olmaq alçaldıcıdı, qadağandı, qəbuledilməzdi (!)
6. Bir kişinin nəvazişinə, qayğısına ehtiyac duymursan? (lezbiyanlara)
Mən bir sərbəst fərdəm! Kiminsə qayğısına ehtiyac quyacaqsam qoy bu ailəm, dostlarım olsun
7. Yolda gedərkən biri sənə söz atsa qadın sevgilin səni necə qoruyacaq? Mənim oğlan sevgilim həmin adamı parçalayar, sənin sevgilin qızdı nə edə bilər? (lezbiyanlara)
Bəli, sənin sevgilin supermendi! Əvvəla onu qeyd edək ki, elə insanlar sizin yanınızda kim olursa olsun sizə söz atar, narahat edər. Patriarxart cəmiyyətdə yaşadığımız üçün yanında kişi olan qadınlar özlərini daha təhlükəsiz hiss etsələr də, insan əgər özü-özünü qoruya bilmirsə heç kim onu qoruya bilməz. Həmçinin, həmin adam sizin oğlan sevgilinizi də döyə bilər, xəsarət yetirə bilər. Bütün bunların yerinə gəlin belə pozğun beyinləri, dar düşüncələri düzəltməyə çalışaq, daha tərbiyəli övladlar böyüdək.
8. Evlənməyi düşünmürsən?
Evlilik qanunların tanıdığı sözləşmədən ibarətdir. Həmcins evliliyi də (hələki) bizim qanunlar tanımadığına görə evlənməyi düşünmürük :)
9. Normalda bu keçici həvəsdir, onsuzda axırda xalaoğlunla (xalaqızınla) evlənəcəksən. Xi xi xi
Şərhsiz
10. Uşaqlıqda nə baş verdi ki homoseksual oldun?
Mütləqki bir travman olmalıdı. Bəlkə ananla atan çox dava edirdi...
11. Kişilərə / qadınlara güvənmədiyindən həmcinslərinə tərəf yönəldin?
Ananla atan bəlkə bir-birlərinə xəyanət edirdilər
12. Bilirsən nə var, bütün kişilər eyni bezin qırağıdı... Hamısından zəhləm gedir, ən yaxşısı qadınlardı səni yaxşı başa düşürəm (lezbiyanlara)
Çünki homoseksuallıq sonuncu variantdı. Mənim də başqa çarəm qalmadığı üçün hər an çevrilib homoseksual ola bilərəm (!)
13. Heç əks cinslə münasibətin olub? Olmayıbsa necə bu qədər əmin ola bilirsən? Bəlkə xoşuna gələcək?
Heteroseksual olan hamı ancaq seks zamanı başa düşürki heteroseksualdı (!) və uraaa deyə sevinir
14. Sən düzgün adamla qarşılaşmamısan. Mən səni heteroseksual edərəm ;)
Yəqin ki tarixin ən iyrənc cümlələrindən biridir. Hələ ki qadınların geylərə belə dediyinin şahidi olmamışam amma mütləqki var. Lakin, heteroseksual kişilər tərəfindən lezbiyan qadınlara qarşı tez-tez işlənir bu iyrənc cümlə
15. Sevgilinlə öpüşərkən sizə baxa bilərəm? Sadəcə kənardan durub izləmək istəyirəm sizi (əsasən lezbiyanlara)
Çünki lezbiyanlıq ancaq və ancaq kişiləri cinsəl tətmin etmək üçün yaradılıb və hər bir kişinin lezbiyan seksi izləmək haqqı var (!)
16. Bu paltarı geyinsəm geylərə oxşayaram?
Nəbadə biri məni geyə oxşatsın, yoxsa özümü öldürərəm!!!
17. Son zamanlarda sanki dəbə minib homoseksuallıq
Belələrinə nə ad vermək olar? Qrabitel, tüfeyli...
Bunlara da bax:
Comments