top of page

Homoseksuallığın Qanuniləşdirilməsi- Avropa ölkələri


İLGA Avropa təşkilatının tərtib etdiyi 2019-cu il Avropanın Göyqurşağı xəritəsi
İLGA Avropa təşkilatının tərtib etdiyi 2019-cu il Avropanın Göyqurşağı xəritəsi

1969-cu ildən bəri homoseksualların “zina”ya görə həbs edilməməsinə baxmayaraq, 11 iyun 1994-cü ilə qədər Almaniyada homoseksuallıq qanunla qadağan idi. 18 il əvvəl homoseksual cütlüklərin öz birlikdəliklərini qeydiyyata sala bilməsi qanuniləşdirildi. 2015-ci ildən bəri isə qanuni şəkildə birlikdə olan cütlük öz partnerinin övladını qanunla övladlığa götürə bilərdi. 2 il sonra isə həmcins cütlüklərin nigahı qanuniləşdirildi. Lakin, digər avropa ölkələri ilə müqayisədə Almaniya bu məsələdə geri qalır.


Xronolji ardıcıllıq isə belədir:

1811- Hollandiya

1889- İtalya

1932- Polşa (1989-cu ilə qədər homoseksuallıq xəstəlik hesab olunurdu)

1933- Danimarka

1940- İslandiya

1942- İsveçrə

1944- İsveç

1951- Yunanıstan (2015-ci ildə fahişəliklə məşğul olan kişilər arasında seksi qadağan edən maddə ləğv edilib)

1961- Macarıstan (1787-ci ildə ikinci Josef homoseksuallara ölüm cəzasını ləğv etmişdi)

1962- Slovakya

1967- Birləşmiş Krallıq

1971- Finlandiya, Avstriya

1972- Norveç

1974- Belçika

1977- Xorvatya

1978- İspanya

1982- Fransa, Portuqalya

1991- Ukranya

1993- İrlandiya, Rusiya (2013-cü ildə dövlət duması “homoseksuallığın təbliğatını” qadağa edən qanun qəbul edib)

1994- Serbiya, Almanya

2001- Rumınya

Qeyd edək ki, ölkəmizdə homoseksuallıq 2000-ci ildən bəri qeyri-qanuni hesab olunmur.


Avstriya


1971-ci ilə qədər homoseksuallıq qanunla cəzalandırılırdı və 2002-ci ilə qədər Avstriya qanunlarında homoseksual münasibət üçün minimum yaş limiti mövcud idi (heteroseksuallardan fərqli). Belə ki, qanun heteroseksuallara 14 yaşında birlikdə olmağa icazə versə də, homoseksuallar üçün bu limit 18 yaş idi. Qanunda bu limit yalnız kişi homoseksuallara şamil olunurdu. 2003-cü ildə Konsitutisiya Məhkəməsi qanundakı bu maddəyə yenidən baxılması ilə bağlı parlamentə müraciət edir. Və beləliklə, homoseksuallara qarşı qanunla dəstəklənən bu ayrı-seçkiliyə son qoyulur.

Avstriya həmcins birlikdəliklərinin qeydiyyata alınmasını (Eingetragene Partnerschaft) 2010-cu il yanvarın 1-də qanuniləşdirir. 2019-cu ilin yanvarın 1-dən etibarən isə həmcins evliliklər qanuniləşdirilib.


İsveçrə


1942-ci ildən bəri homoseksuallıq qanuni hesab olunur. Həmcins birlikdəliklər üçün minimum yaş limiti 20 isə (heteroseksuallar üçün 16) 1990-cı ilin sonlarında aradan qaldırılıb.

Hazırda həmcins evliliklər İsveçrədə qanunla qadağan edilir. 2007-ci ildən bəri həmcins cütlüklər öz birlikdəliklərini qeydiyyata salmaqla evli cütlüklər kimi bir çox üstünlüklərdən faydalana bilərlər. Lakin, onlar qanunla övladlığa uşaq götürə və ya süni mayalanma ilə valideyn ola bilməzlər. Qanuni birlikləlikləri olan cütlüklər isə öz partnerinin əvvəlki evlilikdən olan uşağını övladlığa götürə bilərlər.


Fransa

4 avqust 1982-ci il qanununa əsasən 15 yaşından yüksək hər bir kəsə həmcins münasibətlər qanunla qadağan olunmurdu. Dünya Səhiyə Təşkilatının homoseksuallığı psixoloji xəstəliklər siyahısından 1993-cü ilin mayında çıxarmasına baxmayaraq, 1981-ci ildə Fransada homoseksuallıq psixoloji xəstəlik hesab olunmurdu.

2013-cü ildə həmcins evlilik və övladlıq edinmə qanuniləşdi.





Birləşmiş Krallıq

İngiltərə və Uels 1967

Şotlandiya 1981

Şimali İrlandiya isə 1982-ci ildə homoseksuallığı qanuniləşdirdi.












Rusiya

1920-ci illərin əvvəllərində Rusiya inqilabından sonra homoseksuallıq qanuniləşdirilsə də, Stalinin hakimiyəti dövründə Rusiyada 1937-ci ildə homoseksuallıq yenidən cəzalandırılmağa başladı və 1993-cü ilə qədər bu qanun öz qüvvəsini saxladı. 2013-cü ildə isə dövlət duması “uşaqları ənənəvi ailə dəyətlərinə zidd olan əməllərdən” qorumaq üçün “homoseksuallığın təbliğatını” qanunla qadağa edir.



 

Bunlara da bax:

61 görüntüleme
bottom of page