Rusiyanın dünyada həmcins evliliyini qəbul edən ilk ölkələrdən biri olduğunu bilirdiniz?
Qərbi Avropa qonşuları tərəfindən “cinsi azğınların torpağı” adlandırılan Rusiyada LGBT+ fərdləri uzun illər azad şəkildə yaşayırdılar. Hətta 1920-ci illərdə Rusiya dünyada həmcins evliliyini qəbul edən ilk ölkə oldu.
Bəs necə olduki Rusiya hazırda homofob bir ölkəyə çevrildi?
Geylər arasındakı seks “cinayəti”
Lezbianlar arasında yaşanan intim münasibətlər nə SSRİ-də nə də ki Rusiyada heç vaxt cinayət sayılmayıb. Buna baxmayaraq, geylər arasındakı seks daha sərt qarşılanıb.
XV- XVI əsrlərdə kilsənin təsiri ilə kişilər arasındakı seks günah hesab olunurdu. Lakin, dini inanclılar belə həmcins münasibətdə olurdular və daha sonra tövbə edərək bağışlanacaqlarına ümid edirdilər.
1716-cı ilə qədər Rusiyada anal seksi qadağan edən heç bir dövlət qanunu yox idi. 1716-cı ildə Böyük Pyotr imperatorluğu qərbləşdirmək qərarına gəlir və Hərbi Məqalələrinə “kişilərlə yatan kişilər” haqda qadağa edici bənd əlavə edir. Beləliklə, bu qanun yalnız orduya və hərbi donanmaya şamil edilirdi. Hər iki tərəfin razılığı ilə baş vermiş seks şallaqlanma və ya müxtəlif işkəncə verici cəzalarla nəticəlnirdi. Kişilərə qarşı təcavüzün cəzası isə ömürlük həbs və ya ölüm cəzası idi.
1832-ci ildə anal seks qadağası sadə vətəndaşlara da şamil olunmağa başladı və çubuqla döyülmə və ya 4-5 illik Sibirə sürgün edilməklə cəzalandırılırdı. Lakin digər qərb dövlətləri ilə müqayisədə bu qanun çox yüngül idi. Məsələn, 1805-1835- ci illər ərzində İngiltərədə 55 kişi gey seksə görə edam edilmişdi.
1903-cü ildəki islahatlardan sonra cəza müddəti 3 aya endirildi və gey seksdə ittiham olunma halları xeyli azaldı.
“Gey qəhramanlar”a güzəştlər
Bu dövrdə ölkənin dahi bəstəkarı Çaykovski gey olmaqda ittiham edilərək həbsə salınmaq təhlükəsi ilə üzləşmişdi. Lakin onun nüfuzu “mədəni qəhramanın” həbs edilməsinə maneə oldu və onun ölümündən sonra Çaykovskinin homoseksual olması ört-basdır edildi.
Nadezda Drova qadın olaraq doğulsada kişi paltarları geyinərək Napaleonun 1807-ci ildəki işğalına qarşı mübarizə aparırdı. Nadezdanın qadın olması ortaya çıxdıqda generallar ona orduda xidmət etmək haqqını verdilər.
“Rusiya inqilabına nəzər salsaq görərik ki hakimiyyətə gələn sosialistlər Avropa sosializmindən ilhamlanaraq homoseksuallığı qadağan edən qanunları ləğv etməyə başladılar” bu sözləri Oksford universitetinin professoru Dan Haley “Gay Star News”a müsahibəsində deyib.
Mütərəqqi qanunlar
1917-ci ildə bütün çarist cəza üsulları kimi anal seksi qadağan edən qanun da ləğv edildi.
İnterseks insanlar 1920-30-cu illərdə kifayət qədər normal qarşılanırdı. Həkimlər interseks fərdlərin öz qərarlarına əsasən cins dəyişdirmə əməliyyatları həyata keçirirdilər və onlar öz seçdikləri cinsə qovuşurdular.
“Qərbi Avropada interseks insanların cins düzəltmə əməliyyatlarına qarşı idi. Sovetlər isə bu mövzuda kifayət qədər proqresiv idi” Haley bildirib. O bildirib ki “Cinsi sərbəstlik və anal seksə qarşı qanunlar hökümət tərəfindən dəstəklənmirdi, lakin cinsi azadlıq da xoş qarşılanmırdı. Homoseksual fərdlər başa düşürdülər ki onlar gizli qalmalıdırlar”.
Queer Qadınlar
Sofia Parnokun əfsanəvi şeirləri də daxil olmaqla queer qadınlar daha çox azadlığa malik idilər. Onun qadın pərəstişkarları maskulin görkəmləri ilə seçilirdilər. Ümumilikdə isə 20-30-cu illərdə qadınların bu üslubda geyinməsi normal hal idi.
30-cu illərin əvvəllərində böyük nəşriyyatlar qapadıldı və yazılarını dərc etmək istəyən yazıçılar yalnız dövlət vasitəsilə bunu edə bilərdilər. Bu isə daha çox senzuranın qoyulmasına gətirib çıxarırdı.
1929-cu ilin sentyabr ayında həkimlər, psxiatrlar və səhiyə işçilərinin homoseksuallığı müzakirə etmək üçün görüşləri oldu. Haleyin sözlərinə görə “onlar [görüş iştirakçıları] kişilərə bənzər maskulin üslubda geyinən qadınların digər qadınlarla evlənməklərini təklif edirdilər”. “Onlar bir növ həmcins evliliyini qəbul edilməsini təklif edirdilər” Haley əlavə edir.
Stalin homofobiyanı geri gətirdi
Diktator Stalinin hakim qüvvəyə çevrilməsi ilə homofobiya geniş yayılmağa başladı.
Haley bildirir, “1933-cü ildə şəhərlərdə böhran hökm sürürdü. Sovet rejiminin hakim təbəqəsi bəzi yerlərdə gey kişilərin qruplar halında görüşdüyü haqqında müzakirələr aparmış geylər arasında anal seks qadağasının bərpa olunmasını təklif etmişdilər. Bununla razılaşan Stalin azlıqları həbsə atmağa başlayır”
Komunist partiyasının üzvü və jurnalist şotland Harri Vayt Moskvada bir kişi ilə birgə yaşayırdı. Həmin şəxs 1933-cü ilin qışında polislər tərəfindən həbs edilir və bundan qəzəblənən Vayt Stalinə məktub yazaraq yeni qanundan şikayətlənir. Onun məktubu 4000 sözdən ibarət idi və o Stalinə qəbul etdiyi yeni qanunun yalnış olduğunu və gey kişilərin sosialist rejimdə qorunmasının vacibliyini izah edirdi.
Stalin bu məktuba birbaşa cavab vermir və məktubun üzərinə “axmaq və səfeh” yazmaqla kifayətlənir.
Bundan sonra Stalin Vaytı ittifaqdan qovur və Vayt Şotlandiyaya geri dönərək solçulara dəstək verir.
Qulaqdakı əzab
Bu dövrdə minlərlə LGBT+ fərdi Sibirin Qulaq bölgəsinə işçi düşərgələrinə göndərilir və böyük hissəsi aclıqdan və şaxtadan donaraq ölür.
1930-cu illərin sonu 40-cı illərin əvvəlində məşhur müğənni Vadim Kozim öz mahnısında kişilər arasındakı əlaqədən bəhs edir və bundan sonra həbs edilərək Qulağa sürgün edilir.
Stalinin ölümündən sonra Kozim yenidən öz karyerasına başlamağa cəhd edir və 1969-cu ildə homoseksuallıqda günahlandırlaraq yenidən həbs edilir.
Biseksual film direktoru Sergey Paracanov həmin düşərgələr haqdakı filmləri ilə Sovet liderlərini qorxudurdu və 1970-ci illərdə iki dəfə həbs olunur.
80, 90-cı illərin Rusiyası və müasir Rusiya
Bütün dünyada olduğu kimi 1980-ci illərdə LGBT hərəkatı Rusiyada da səs-küy yarada bilir. 1990-cı illərdə uzaq Sibir də daxil olmaqla Rusiyada gey və lezbiyan qəzetləri dərc olunmağa başlanır. 1993-cü ildə homoseksual qeyri-qanuni olmaqdan çıxarılır.
Lakin, Putinin gəlişi inkişafa son qoyur. Queer qəzetlər yoxa çıxır, senzuralar artır və homofobiya daha da güclənir. Və bütün bunlar 2013-cü ildə “gey təşviqatı” qadağasına gətirib çıxarır.
Bütün bunlara baxmayaraq LGBT+ fərdləri Rusiya tarixinin hər zaman ayrılmaz bir hissəsi olub və mədəniyyətin formalaşmasında böyük rol oynayıb.
“Çaykovski gey idi. Sofia Parnok biseksual idi. Və daha neçə nümunə varki mədəniyyətdə, ədəbiyyatda və tarixin digər hissəsində böyük rol oynayıb” Haley deyir.
Haleyin Rusiyaya mesajı da var:
“Rusiya heç vaxt homoseksuallığı və gender müxtəlifliyini yox edə bilməyəcək. Bütün bunlar hər zaman olub və olacaqda”.
Comments