top of page

Ölmədən Öncə Etməniz Gərəkən 21 “Homoseksual” Hərəkət


Bəzi şeylər varki hər kəs ölmədən öncə mütləq etməlidir. Əgər siz homoseksualsınızsa bu list digərlərindəkindən daha fərqli olur. Sizin üçün seçdiyimiz ölmədən öncə etməniz gərəkən 21 hərəkəti təqdim edirik:


​1. Özünüzü sevin

Bu həyatda hər kəsin görməli olduğu ilk şey özünü sevməkdir. Başqalarına daha gözəl görünmək və ümumi standartlara uymaq üçün trenajor zallarında tər tökməyin, özünüzü ac saxlamayın, örtülü paltarlar geyinməyin! Necə varsınızsa elə olun və sadəcə özünüzü sevin çünki hər kəs gözəldir!


2. Maariflənin

LGBT+nin tarixini öyrənin, dahi homoseksual şəxsiyyətləri tanıyın, homoseksuallıqla bağlı beynəlxalq qərarlardan xəbərdar olun və ən əsası xəstəliklə cinsi yönəlimi fərqləndirməyi bacarın. Bu sizə homofoblara tutarlı cavab verib susdurmağa kömək edəcək


3. Sosial fəal olun

Qürur yürüşlərinə qatılın, sosial məsələlərlə bağlı tədbirlərdə fəal iştirak edin, təlimlərə qatılın vəs. Unutmayın güc birlikdədir!


4. Ətrafınıza açılın

Öz kimliyinizi ətrafınıza etiraf etməyin doğru zamanı və məkanı yoxdur- özünüzü hazır və rahat hiss etdiyinizdə bunu edin. Amma mütləqki ölmədən öncə edin!


5. Testdən keçin

Mütəmadi olaraq analizlər verin və testdən keçin. Unutmayın, sağlamlığınız həyatda sahib olduğunuz ən dəyərli şeydir!


6. Qoruyucudan istifadə edin

Nə qədər ehtiraslı olsanız və ağlınız başınızdan çıxsa belə seks əsnasında unutmamalı olduğunuz bir şey var- qoruyucudan istifadə edin!


7. Psixoloqla məsləhətləşin

Stereotiplərdən azad olun və psixoloq yanına gedin. Bu sizin “dəli” olduğunuz demək deyil sadəcə söhbətləşməyə birinin olması sizi rahatladacaq


8. Özünüzü qorumağı bacarın

Hər nə qədər həyat gözəl olsa da, homofob cəmiyyətdə yaşadığımızı unutmayın. Hər an hər şeyə hazır olun, necə deyərlər ehtiyat igidin yaraşığıdır ;)


9. Təzə dostluqlara açıq olun

Müxtəlif sosial, iqtisadi vəs. qruplara aid olan şəxslərlə dostluq etməyə çalışın. Bu sizin dünyagörüşünüzü artıracaq və özünüzü daha rahat qəbul etməyə şərait yaradacaq


10. Homoseksual otaq yoldaşı tapın

Təmamilə yad bir şəxslə eyni otağı bölüşmək hər bir şəxs üçün maraqlı bir təcrübədir. Əgər həmin şəxs homoseksualdırsa bunun marağı iki dəfə artır! (eyni yatağı bölüşmədən)


11. Onlayn tanışlıqlara açıq olun

Tinder, Hornet, Grindr vəs.- hər hansı onlayn platformada hesab açın, yeni şəxslərlə tanış olun və real həyatda görüşün. Kim bilir gerisi necə olacaq?! Həyat surprizlərlə doludur ;)


12. “Səni sevirəm” deyin

Bu sözü deməkdən əsla çəkinməyin. Bunu demək sizi alçaltmayacaq əksinə qarşınızdakına dəyər verdiyinizi göstərəcək. Qısaca eqonuzu kənara qoyun və sevin!


13. Gey klublara gedin

Gecə həyatı, səs-küy, qıy, rəngli işıqları vəs. hər kəs sevməyə bilər, lakin həyatınızda unutmayacağınız anlar elə məhz həmin klublarda sizi gözləyir!


14. Uzunmüddətli münasibətlər qurun

“Həmişəlik” sevgi münasibətləri hər kəs üçün uyğun olmaya bilər, lakin həyatınızda ən az bir dəfə uzunmüddətli sevgi münasibətində olmaq sizə çox şey öyrədəcək


15. Sevdiyiniz şəxsi ailənizlə tanış edin

İlk əvvəl onu dostunuz adı ilə ailənizə təqdim edə bilərsiniz lakin daha sonra sevginizi ailənizdən gizlətməyin


16. Seksdə rolunuzu dəyişin

Hər zaman aktiv olmusan? Seksdə passiv rolundan başqa heç nə sınamamısan? O zaman intim həyat çox sıxıcıdır! Həyatınız boyunca ən az bir dəfə rolunuzu dəyişin. Unutmayın, hər zaman eyni şeyi yemək olmaz ;)


17. Özünüzə fikir verin

Cinsi yönəlimin rolu olmasa da hər zaman üst-başınıza fikir verin. Saç stilinizə, geyim tərzinizə qarşı həssas olun və səliqəli və təmiz görünüşə sahib olun. Bəzən stereotiplərə uymaq lazımdır ;)


18. Heteroseksual porno izləyin

Dostunuzla, partnerinizlə və ya təkbaşına heç fərq etməz! Heteroseksual pornonun sizə öyrədəcək çox şeyi var


19. İctimai hamamlardan istifadə edin

Ən az bir dəfə də olsa ziyarət etməniz gərəkən yerlərdən biri ictimai hamamlardır xüsusilədə homoseksualsınızsa. Kimi harda nə gözlədiyindən kimsənin xəbəri yoxdur ;)


20. Alt paltarınıza fikr verin

Bir insana özgüvən verəcək ilk şeylərdən biri onun altpaltarıdır.


21. “Sex shop”a gedin

İlk başdan utandırıcı və ya qəribə səslənə bilər lakin elə deyil! Həyatınız boyunca ən az bir dəfə getməli olduğunuz “sex shop”larda bitib-tükənməz oyuncaqlar sizi gözləyir. Fantaziyalarını reallaşdır 😉

368 görüntüleme
bottom of page