top of page

Təbiətdə Homoseksuallıq



İnsanlar arasında homoseksuallıq artıq heç kəsə sirr deyil. Bəs heyvanlar arasında yayılmış homoseksual davranışlar necə? Həşəratlardan məməlilərə qədər 450-dən çox növdə müşahidə olunan bu davranışlar heyvanları bütünlükdə homoseksual adlandırmağımıza səbəbdir mi?

(1995-ci ildə zooloq Konrad Lorenz 1500 heyvan növü üzərində apardığı tədqiqata əsasən 450 növdə homoseksual davranışlar müşahidə etmişdir. Hazırda bu sayın daha çox olması istisna edilmir)

Heyvanlar arasında həmcins münasibətlər onillərdirki insanlar tərəfindən müşahidə olunur lakin əksər vaxtlarda bu kadrlar anormallıq və ya qəribəlik olaraq şərh edilir. Bu sahədə Bruce Bagemihlin 1999-cu ildə yazdığı “Bioloji Coşma” (Biological Exuberance) adlı kitabı dönüş nöqtəsi hesab etmək olar. O, bu kitabında müxtəlif heyvan növlərindən çoxlu nümunələr gətirmişdir. Məhz bu kitabdan sonra alimlər bu məsələni sistematik olaraq araşdırmağa başlamışdılar. Darvinin təkamül nəzəriyəsinə əsasən genlər təbii seçmə yolu ilə çoxalmalıdırlar əks halda məhv olurlar. Heyvanlarda homoseksual davranışlara səbəb olan genlərin əks cinsə qarşı maraq yaradan genlərlə müqayisədə sağ qalmaq ehtimalı olduqca azdır. Buna görədə homoseksual genlər təkamüldə məhv olub getməli idilər. Lakin bu günümüzdəki reallıqları tam əks etdirmir. Beləki, bəzi heyvan növlərinə belə davranışlar təsadüfən rast gəlinən davranışlar deyil, adi halldır.


Gəlin Yapon makakalarını misal götürək. İlk dəfə tədqiqatçı Vasey bu meymun növünü müşahidə edərkən dişi makakaların tez-tez cütləşməyə təşəbbüs göstərmələrinə heyrətlənmişdi. ”Belə davranışlar sərgiləyən çox sayda dişi qrupları var. Bunun bir səbəbi olmalıdır. Bu hadisənin təkamüllə əlaqəsinin olmaması mümkünsüzdür” deyə Vasey bildirmişdi. 2006-cı ildəki tədqiqatlar zamanı Vaseyin komandası dişilərin belə davranışlar nümayiş etdirməsinə səbəb kimi onların daha çox cinsi həzz arzu etmələrini göstərmişdi. Beləki, dişi makakalar öz aralarında daha fərqli pozisiyalarda cütləşə bilirlər. Vaseyin sözlərinə görə bütün bunlara baxmayaraq dişi makakaları homoseksual hesab etmək olmaz. Buna səbəb isə həmin dişilərin erkəklərlə də cinsi əlaqəyə girməsidir. Vasey dişi makakaların yalnız daha çox həzz üçün belə əlaqələrə girdiyi qənaətinə gəlmişdir.

Yapon Makakaları


Qış cütləşmə sezonunda dişi Yapon makakaları uğrunda mübarizə yalnız erkək makakalar arasında getmir, erkək makakalar digər dişi makakalarla da mübarizə aparmalı olurlar. Səbəb isə sadədir. Bəzi Yapon makaka populasiyalarında homoseksual rəftar geniş yayılmayıb, artıq normaya çevrilib. 20 ildən artıqdırki makakaları müşahidə edən Lethbridge Universitetinin tədqiqatçısı Paul Vasey deyir ki, bir dişi makakalar digərinə minir və onun çoxalma orqanını sürtərək həvəsləndirir.

Bəzi hallarda heyvanların nə üçün homoseksual davranışlar sərgiləməsinin təkamüllə bağlılığını açıq şəkildə anlamaq olur. Bunun üçün meyvə milçəklərinin nümunəsinə baxaq.

Meyvə Milçəkləri


Dünyaya gəldikləri ilk 30 dəqiqə ərzində meyvə milçəkləri dişi və ya erkək fərqi olmadan digər meyvə milçəyi ilə cütləşməyə başlayırlar. Yalnız bir müddətdən sonra erkəklər dişilərin qoxusunu seçməyi öyrənirlər və yalnız onlara meyillənirlər. İllionis universitetinin tədqiqatçısı David Featherstone bu “sınaq və yalnış” yanaşmasının ilk baxışda əlaqəsiz olduğu görünsə də, bu kimi davranışları tədqiq etməkdə faydalı strategiya olduğunu hesab edir.

Un böcəklərində isə bu hal biraz fərqli şəkildə yaşanır. Belə ki, iki erkək un böcəyinin birləşməsi nəticəsində bir erkək digərinin spermini üzərində daşıyır və daha sonra başqa bir dişiyə köçürür. Bu isə həmin spermaları ifraz edən erkək böcəyin dişi ilə birbaşa əlaqəsi olmadan dişinin mayalanmasına səbəb olması deməkdir.

Hər iki halda erkəklərin homoseksual davranışları daha çox dişinin mayalanmasına gətirib çıxardır və bu özlüyündə homoseksual davranışların təkamüldə öz əhəmiyətini göstərir. Lakin, həm meyvə milçəklərinin həm də un böcəklərinin bu davranışlarını əsas götürməklə onları təmamilə homoseksual adlandırmaq doğru olmaz.

Buna baxmayaraq, bəzi növlərdə homoseksual davranışlar bir müddətliyinə deyil ömürboyu davam edir.

Laysan Albatroslar


Havay, Birləşmiş Ştatlarda yumurta qoyan Laysan Albatroslar öz həmcinsləri ilə ömürlük “evlənirlər”. Bu nəhəng quşlar cütləşərək bir yumurta cücəsini böyüdürlər. Oahu adasının 31% sakini olan bu quşlar iki fərqli dişinin birləşməsindən yaranmış həmcins cütlüklərdir. Minnestosa Universitetinin tədqiqatçısı Marlene Zuk bildirirki dişi cütlüklər cücə böyütməkdə erkək-dişi cütlüklər qədər uğurlu olmasalar da, tək dişidən daha bacarıqlıdırlar. Buna görə də cücəsini atmış erkəyin yumurtasını dişi tək başına deyildə başqa bir dişi ilə cütləşərək böyüdür. Əks halda yalqız dişi cücəni böyütməkdə və yem tapmaqda çətinliklərlə üzləşəcək. Araşdırmalar göstərir ki, bir dəfə birləşən dişi cütlük bu birliyi ömürlərinin sonuna qədər davam etdirirlər.

Bonobos Meymunları


Bonoboslar əsasən intim əlaqəyə həddən artıq girməkləri ilə məşhurdurlar. Homoseksual davranışlar isə həm erkək həm də dişi meymunlarda rast gəlinir. Bonoboslar da makakalar kimi həmcins əlaqələrdən daha çox həzz əldə edirlər. Erkəklər bir-biriylə öpüşür, oral sekslə məşğul olur və bir-birinin cinsi orqanlarını masaj edirlər. Dişilər isə cütləşmə dövrləri olmayanda belə həmcins əlaqələrdə olurlar, bu əlaqələr mayalanma ilə nəticələnməsə belə.

Butulkaburun Delfinlər


İnsanlar kimi bəzi heyvanlarda da cinsi əlaqə sadəcə nəsilartırmadan daha çox rola malikdir. Məsələn butulkaburun delfinlərdə seks partnyorları arasında sosial əlaqə yaranır. Bu növ delfinlərin həm dişi həm də erkəklərində homoseksual davranışlar müşahidə olunur. Lakin, bu əlaqələr ömürlük davam etmir. Həmcins əlaqəyə girən fərdlər daha sonra əks cinslə sosial bağlar qurur və cinsi əlaqəyə girirlər. Bütün bunlar həm meymunların həm də delfinlərin homoseksual adlandırılmaqlarına dəlalət etmir. Bu növ heyvanlar “biseksual” olaraq təsnifatlandırıla bilərlər.

Qazlar


Qazlar həyatlarını yalnız bir partnerlə yaşayırlar və ancaq yoldaşları öldükdən sonra yenisini axtarmağa başlayırlar. 1963-cü ildə Konrad Lorenz bildirmişdi ki, erkək homoseksual fərdlər qaz koloniyalarında üstünlük təşkil edirlər. Onlar digər erkəklə münasibətdə olarkən yalqız dişi qazlarla cütləşərək çoxala bilirlər və bu təkamül cəhətdən homoseksuallığın faydasını özündə əks etdirir. Bioloq Kurt Kotrschal uzun illər heyvanlar üzərində araşdırmasından sonra homoseksuallığın heyvanlara faydalı olduğu qənaətinə gəlmişdir.

Təbiətdə yalnız 2 növdə ömürlük homoseksual davranışlar müşahidə olunur.Hətta qarşı cinsin nümayəndəsi ilə əlaqəyə girmək mümkün olsa da bunu etməyən 2 canlıdan biri əlbəttəki insandır digəri isə qoyunlar.

Qoyunlar


Erkək qoyunların 8%-i ətrafda çoxalmağa hazır olan dişi olsa belə yalnız həmcinsi ilə əlaqəyə girir. 1994-cü ildə neyrocərrah alimlər homoseksual qoyunlar beyin quruluşunda seks hormonlarını ifraz edən və hypotalamus adlanan nahiyənin heteroseksual qoyunlardakından daha kiçik olduğunu aşkar etmişdilər. 1991-ci ildə neyrocərrah alim Simon LeVay homoseksual və heteroseksual kişilərin beyinləri arasında qoyundakı fərqlərə oxşar fərqliliklər tapmışdı. Onun sözlərinə görə homoseksual genlər erkək fərdləri olduğu kimi dişi fərdləri də daha aktiv və çoxalmağa meyilli edir. Bu isə öz növbəsində böyük əhəmiyyətə malikdir.

“Təbiətdə homoseksuallıq Darvinin təkamül nəzəriyyəsinə zidd deyil” deyən Zuk əlavə edirki homoseksuallığın inkişaf etməsi və daha xeyirli olmağına dair daha geniş şərait mövcuddur.

Hazırda insanlara aid edilən “homoseksuallıq” anlayışına bütövlükdə uyan heyvan növü tapmaq çətindir lakin, homoseksual davranışlar sərgiləyən heyvan növlərinin sayı bilinəndən dəfələrlə çoxdur.

QEYD: Homoseksual davranışlar sərgiləyən heyvan növlərinin qısaldılmış siyahısı

Məməlilər: Qonur Ayı, Qonur Siçan, Pişik (evcil), Qaramal (evcil), Şimpanze, İt, Fil, Tülkü, Zürafə, Keçi, At, Koala, Panda vəs.

Quşlar: Bayquş, Cücə, Emu, Ev Sərçəsi, Pinqvin, Dəvəquşu, Qarğa, Qağayı, Ququşu, Hindquşu vəs.

Və müxtəlif növ balıqlar, sürünənlər, suda-quruda yaşayanlar və həşəratlar

Ədəbiyyat

Kureck, I. M.; Neumann, A.; Foitzik, S. (2011). "Wingless ant males adjust mate-guarding behaviour to the competitive situation in the nest". Animal Behaviour. 82 (2): 339–346. doi:10.1016/j.anbehav.2011.05.008

Melissa Hogenboom, (2015). “Are there any homosexsual animal?”. Web. Retrieved from http://www.bbc.com/earth/story/20150206-are-there-any-homosexual-animals

Out magazine, By The Numbers sourced to the Journal of Evolutionary Biology; February 2009. Accessed 2009-01-17

Yago Partal, (2018). “Homosexuality in the animal world” Web. Retrieved from https://www.zooportraits.com/animal-homosexuality/

Linklər

https://nypost.com/2017/10/19/turns-out-this-186-year-old-tortoise-has-a-gay-lover/amp/

https://en.wikipedia.org/wiki/List_of_animals_displaying_homosexual_behavior

https://en.wikipedia.org/wiki/Homosexual_behavior_in_animals

153 görüntüleme
bottom of page