top of page

Seks işçisi trans kişi Trip Riçardla müsahibə

"Mən transgender kişiyəm"

"Bu o deməkdir ki, qadın bədənində doğulmuşam, lakin bu bədən mənim maskulin gender kimliyimlə uzlaşmadığından əsil özüm olmaq üçün keçid dövrünə başladım. Mən həmçinin əsasən gey porno filmlərində seks işçisi olaraq çalışıram" deyə Riçard həyatı və keçid dövrü haqda danışır.


Trans kişi ilə müsahibə

Nə vaxtdan "fərqli" hiss etməyə başladın? Və nə vaxt bu fərqliliyinin "trans kişi" olduğunu anladın?

Mən əslində anlayıram ki, mən hər zaman "fərqli" idim. Lakin 20 yaşıma qədər bu fərqliliyimi nə adlandıra bilirdim, nə də təsvir edəcək biliyim yox idi. 20 yaşlarımda ilk dəfə transgender insanlar haqda eşitməyə başladım və həyatımda ilk dəfə bir transgender şəxslə qarşılaşdım. Həmin an əsil kimliyimi dərk etdiyim an oldu.


Nə vaxt "kominq out" etdin və tibbi olaraq keçid dövrünə başladın? Hormon terapiyasına başladıqdan sonra özündə fiziki və psixoloji olaraq hansı dəyişiklikləri hiss etməyə başladın?

24 yaşımda keçid dövrünə başlamaq qərarı aldım. İlk başda biraz qorxuducu idi çünki insanların necə reaksiya verəcəyini, həmçinin sonda istədiyim nəticəni əldə edə biləcəyimi bilmirdim. Lakin, testosteron qəbulna başlayan kimi çox daha yaxşı hiss etməyə başladım. Elə bilki ilk dəfə öz bədənimin həqiqətən mənə məxsus olduğunu ilk dəfə hiss edirdim. Bədənimdə hormonal dəyişikliklərin baş verməsini hiss etməyim məni sevindirirdi, bu dəyişikliklər bədənimdə baş verən fiziki dəyişikliklərə (bədən tüklərim və saqqal) gətirib çıxaranda isə özümü daha çox xoşbəxt hiss etməyə başladım. Baxmayaraq ki, bu fiziki dəyişikliklər mənim kişiliyimi təyin etmirdi (kişi olmaq görünüşdən asılı deyil, bu bir kimlikdir), güzgüdə özümə baxanda daxilimdəki kişini görə bilməyim məni çox xoşbəxt edirdi.


Nə vaxtdan seks işçiliyinə başladın? LGBTQ+ icması daxilində seks işçiliyinə münasibət necədir? Bəs cəmiyyətin seks işçilərinə qarşı münasibətini necə dəyərləndirirsən?


Transgender kişi seks işçisi

Kişi bədəninə keçid etməzdən öncə seks işçisi kimi fəaliyyətə başladım, lakin fiziki olaraq qadın bədənində olmağım məni çox narahat edirdi. Testosteron qəbul etməyə başladıqdan 1 il sonra yenidən bu işə qayıtdım və bu dəfəki təcrübəm daha yaxşı oldu. Açığı bu işdə mənim kimi bir insana yer olduğundan əmin deyildim çünki həmin vaxtlar porno sənayesində çox az trans kişi vardı. Lakin, məni olduğum kimi qəbul edən və məni dəstəkləyən insanlarla tanışdım və çox qısa bir zamanda heç vaxt düşünmədiyim nəaliyyətlərim oldu. Buna baxmayaraq, cəmiyyətdə seks işçiliyinə qarşı çoxlu stiqma və yanlış məlumatlar mövcuddur. Bu mənfi yanaşma tək translara aid deyil, seks işçiliyi ilə məşğul olan hər kəsin məsələsidir. İnsanlar elə düşünürki porno sənayesində olan insanlar ya istifadə olunurlar, ya da o qədər axmaqdırlarki normal iş tapa bilmirlər. Lakin bu belə deyil. İnsanlar həmçinin bizi onların şəxsi həyatlarında xəyallarını qurduğu şeyləri etdiyimizə görə qınayırlar. Mən hər zaman çalışıram ki, bütün enerjimi məni dəstəkləyən auditoriyama sərf edim, lakin böyük bir qismin məni bədənim və karyeramda "daha aşağı" gördüklərini bilmək çətindir.


Sən adətən sisgender gey kişilərlə işləyirsən. Onlarla işləmək necədir? Onlar tərəfindən necə rəftar görürsən və ya qəbul olunursan?

Mənim sisgender gey kişilərlə təcrübəm demək olarki çox müsbətdir. Gey seks işçilərinin trans kişiləri qəbul etmələri çox sevindiricidir çünki onlar başa düşürlər ki, kişilik bioloji orqanlarla deyil kimlik və enerji ilə təyin olunur.


Səndən tez-tez nə soruşulur? Ən çox verilən suallara buradan cavab vermək istəyirsən?


Mənə hələ də çoxlu səfeh suallar verilir. Bir çox insanın hələ də trans kişilər və onların keçid dövrü haqda heç bir məlumatlarının olmaması məyusedicidir. Mən demirəm ki, hər kəs alim və ya antropoloq olmalıdır, lakin trans kişilərin artıq uzun illərdir var olduqlarını və tibbi keçid prosesinin yeni bir şey olmadığını nəzərə alsaq insanlardan biraz araşdırma edib sadə məlumatlara sahib olmaqlarını gözləyirəm.


Özünü hansısa icmaya məxsus hesab edirsən? Şəxsi və peşəkar həyatında hansı məqsədlərin var?

Açığı özümü hansısa icmaya aid hesab etmirəm. Öz həyatımı özüm istədiyim kimi yaşaya bildiyim üçün çox xoşbəxtəm. Əsas məqsədim elə belə davam etməkdir. Karyeramda isə trans kişilərin daha çox görünən olması üçün işimə davam edəcəm.


Mənbə: Advocate

255 görüntüleme

Comments


bottom of page