top of page

Gey Porno Ulduzunun Etirafları

Adının açıqlanmasını istəməyən keçmiş gey porno ulduzu porno sənayenin bilinməyən həqiqətlərindən danışıb.

Bəzən çox üşüyərsiniz...

Səhnələrin çəkildiyi yerlər hər zaman normal otaq tempraturunda olmur. Normal isidilməyən kirayə bir ev və ya villada yaxud küçə çəkilişləri zamanı açıq havada üstünüzdə heç bir geyim olmadan üşüyərək öz işinizi görməlisiniz. Əlbəttəki, bəzən günəşin altında 35 dərəcə istidə çəkiliş zamanı tərdən nəfəs almaq belə çətinləşir. Məşhur bir film aktyoru olmadığınız üçün işləməli olduğunuz şərtlər də ideal deyil.

Normalda heç də təmiz olmayan yerlərdə işləməlisiniz

Səhnələrin çəkildiyi yerlər günlük kirayə evlər olduğundan və ya bəzən ucuz hotellər hətta küçə çəkilişləri zamanı şərait heç də təmiz olmur. Bəzi porno filmlərdə aktyorlarının ayaqlarının kirli olmasının səbəbi də elə budur.

Hər zaman anal təmizliyiniz ön planda olmalıdır

Çəkilən səhnələrdə passiv rolundasınızsa anal təmizliyinizi edə bilməyəcəyiniz yerlərdə belə (meşə, təmirsiz binalar vəs) təmiz olmanız tələb olunur. Buna görə də çəkimə gedərkən anal təmizliyinizi evinizdə etməyə məcbursunuz və çəkiliş zamanı saatlarla gözlədiyinizdən bəzi qəzalar da qaçınılmazdır.

Yeyib içdiyinizə xüsusi diqqət etməlisiniz

Anal təmizlik üçün əsas qaydalardan biri də bir neçə saat və ya bir gün öncə yediyiniz qidalara xüsusi diqqət etməli olmağınızdır. Əksər gey porno aktyorlar çəkimlərdən 12 saat qabaq heç bir şey yemirlər.

İstifaə olunan performans artırıcı həblərin əks təsiri haqda heç kəs danışmaz

Gey porno filmlərində yumşaq penislərə yer yoxdur. Nə qədər gənc və ehtiraslı olduğunuzdan asılı olmayaraq bəzən "səhnə qorxusu" ucbatından penisiniz kifayət qədər sərtləşməz. Bunun qarşısını almaq üçün porno aktyorlar xüsusilə də aktif rolunda olanlar müxtəlif performans artırıcı həblərdən istifadə edirlər, hətta bəzən dozadan artıq istifadə etdikləri üçün bu qan təzyiqi, və müxtəlif cür ürək xəstəliklərinə səbəb olur.

Sizə kifayət qədər hörmət edilməz

Sizin öz şəxsi istəyiniz və iradənizlə seçdiyiniz bir yol olsa da, seks işçilərinə olduğu kimi sizə də yetəri qədər hörmət göstərilməz. Bəzən dostlarınız bəzən də peşəkar həyatınızdakı insanlar tərəfindən sizə qarşı edilən hörmətsizliklərlə üzləşərsiniz.

Ailəniz və yaxın dostlarınız sizi çılpaq görməmək üçün mübarizə aparmalı olurlar

Gey porno dünyasının bir parçasısınızsa sosial media hesablarınızdan filmlərinizi reklam etməyə məcbursunuz və məşhurluğunuz artıqca ailənizin və dostlarınızın sizin porno filmlərinizlə və ya bir səhnənizlə qarşılaşması ehtimalı artır.

Sizinlə seks maşını kimi davranarlar

İşinizi nə qədər sevərək edirsinizsə edin və bunun sadəcə bir iş olduğunu deyirsinizsə deyin bəzi insanlar sizin də hisslərinizin olduğunu unudurlar. Onlar hər zaman sizə bir seks maşını kimi baxarlar və sizinlə sevgi əlaqələri qurulmayacağını düşünərlər.

 

Bunlara da bax:

290 görüntüleme
bottom of page