top of page

Trans Qadın Aktrisa ilə MÜSAHİBƏ

LGBT fəalı Çağla Akalın transseksual aktrisa və mankendir. İyirmi beş yaşlı aktrisa türk kinosunun ilk trans baş rol ifaçısıdır.



Köşə yazarlığı və bloggerliklə məşğul olan aktrisa tez-tez siyasi replikaları ilə gündəmə gəlir. Sizə Çağla Akalının Türkiyə mətbuatına müsahibəsini təqdim edirik:

– Çağla Akalın necə meydana çıxdı? – Bir gün aktyor dostum mənə bloq yaratmağı məsləhət gördü, mən də yaratdım və yaşadıqlarımı yazmağa başladım. Daha sonra köşə yazılarımla mətbuatda çıxış etdim. Dolanışığım müğənnilikdən çıxır. Məni üzdən Demet Akalına, bədən quruluşuma görə Çağla Şikelə oxşadırlar. Bu səbəbdən özümə belə təxəllüs götürdüm.


– Gününüz necə keçir? – Gündüzlər beynim işləmədiyinə görə yazılarımı gecə yazıram. Gündüz də alış-verişə, görüşlərə gedirəm. Amma hər görüşə ayrı paltar geyinirəm. Biz trans qadınlar üçün geyinmək, danışmaq, baxımlı olmaq və gülmək çox vacibdir. Bu cəmiyyət sənin cinsi oriyentasiyanın qarşısında bir vizit kart istəyir. Vizit kartın olmasa, cinsi oriyentasiyana görə cəmiyyətdən uzaqlaşdırılırsan. Gənc trans qadınlara məsləhətim odur ki, gedib silikon döş taxdırıb hormon müalicəsinə başlamasınlar. Əvvəlcə təhsil alsınlar, karyera qursunlar, onsuz da cinsi oriyentasiyanı dəyişmək bir il kimi qısa vaxtda başa gəlir. Bunları etməsən, sistem səni avtomatik olaraq məcburi fahişəyə çevirir. Bu ölkədə translara yer yoxdur.


– Silikon döşlə, uzun saçla təhsil almaq, karyera qurmaq olmaz ki? – Təbii ki, başımızda pariklə də bizə iş verilməlidir. Amma cəmiyyət hələ buna hazır deyil. Təəssüf ki, sistem dəyişdirilmir. Bunu dəyişəcək bir güc, dərnək yoxdur. Amma hər şeyi dövlətdən gözləməməliyik, özümüzdə də təqsir çoxdur. Toplumu tənqid edirik, amma trans qadınlar da bunun dəyişməsi üçün mübarizə aparmır. Cəmiyyətin öz standartları var, o, hər şeyi dörd divar içində həll edir. Bəzi şeyləri özümüz eləmək məcburiyyətindəyik. Cəmiyyəti indi dəyişdirmək mümkün deyil. İnsanların yerə tüpürməyinin qarşısını ala bilirikmi? Adamların bir-birinə söz atmağının, sataşmağının qarşısını ala bilirikmi?


– Cinsi istismar, zorlama və təcavüz məsələlərində hansı fikirdəsiniz? – Bu gün ölkəmizdə heyvanlarla da cinsi əlaqəyə girən insanlar var. Təcavüzlər həmişə olub. Eşidilməsin deyə ört-basdır ediblər zaman boyu. Amma artıq insanların şüuru inkişaf edib. Əvvəllər təcavüzə uğrayan qadın, uşaq və ya kişi üçün bunu açıb-ağartmaq ayıb sayılırdı.


– Adətən, dövlət və sistem tərəfindən trans qadınlara ayrı-seçkilik qoyulur. Polis təzyiqinə məruz qalmısınızmı? – Mənim dövlətlə olan tək problemim efir qadağasıdır. Bu yöndə sözümü deyə biləcəyim tək yer televiziyadır, o da qadağandır. Mən gedib bir mədəndə də işləyə bilərəm, amma nə edim, ruhum incədir, yaradıcılığı sevirəm. Onsuz da Türkiyədə polis heç kimlə yola getmir, təkcə trans qadınlar deyil ki… Amma bu günə qədər polis təzyiqi görməmişəm.


– Siyasətlə də maraqlanırsınız… – Eynicinslilik siyasəti normal siyasətdən daha yüksək siyasətdir. Bəzi trans qadınlar LGBT-yə ancaq prezervativ almaq üçün gedirlər. Mənim milliyyətçi, mühafizəkar bir ruhum var. Cəmiyyət, adətən, bizi dinsiz kimi tanıyır. Amma mən, şükür Allaha, müsəlmanam, “Quran”a və Allaha inanıram. Bir çox trans qadın da mənim kimi Allaha inanır.


– Qadın-kişi münasibətləri barədə nə düşünürsünüz? – Qadınlar, “Ay, axşam ərim işdən gələcək, nə bişirim, uşaqları məktəbdən gətirim, harda endirim var?” kimi məsələlərlə məşğul olanda kişilər çöldə istədiklərini edirlər. Onlar özlərini şir hesab edirlər. Hansı kişi deyir ki, mən çaqqalam, qurdam, hamısı “aslanam” deyir. Kişilər “hər şeyi mən edim, amma arvadıma olmaz” məntiqiylə yaşayırlar. Bərabərsizlik burdan başlayır. Təəssüf ki, kişilər heç nəylə doymurlar. Onlar həyat yoldaşları və ya sevgililəri ilə edə bilmədiklərini trans qadınlarla edirlər. Cəmiyyət öz cinsi kanalizasiyasını fahişəlik edən trans qadınların dünyasına axıdır. Türkiyədə kişilərin çoxu biseksualdır. Amma bunu qəbul etmirlər.


– Şəxsi həyatınız nə yerdədir, sevgiliniz varmı? – Yoxdur, çünki mən maksimalistəm. Hər şeyimi göz önündə yaşadığımı üçün sevgi münasibətim də belə olsun istəyirəm. Bir çox məşhur kişi trans qadınlarla dörd divar arasında gizli sevgi yaşayır. Mən bunu istəmirəm.


Bunlara da Bax:

176 görüntüleme

Комментарии


bottom of page