top of page

Poppers nədir? - Seksual həzzin artırılması

Poppers – kimyəvi maddənin arqon adıdır. Qəbulu inqalasya yolu ilə (nəfəs alma zamanı) həyata keçirilir. Bir çox hallarda bunun üçün amilnitrit, butilnitrit və izobutilnitritdən istifadə edilir. Amilnitrit stenokardia müalicəsi zamanı tibb aləmində geniş tarixə malikdir. Eyni zamanda sianidomdan zəhərlənmə zamanı məlhəm kimidə istifadə edilir.


Müasir dövrdə isə poppersləri əsasən seksual həzzin artırılması üçün istifadə edirlər.

Poppers nedir

Tarixi

Birbaşa amilnitritin konsentirə nəfəsalma və digər alkil nitritlər yumşaq əzələlərin boşalmasına səbəb olur. Bu kimi yumşaq əzələlər bədəndə qan damarlarının əhatəsində olur. Nəticədə təzyiq aşağı düşür, damarlar böyük həcimdə qanla dolur, beləliklə ürəyin fəaliyyəti sürətlənir. Şotlandıyalı həkim Ser Tomas Loder Brunton (1844-1916-cı illər) stenokardianın müalicəsi üçün amilnitritin istifadəsi barədə araşdırma aparmışdır.


Tomas Brunton stenokardianın müaliəsində amilnitrit üzərində işləri əvvəl işlərə nəzər salaraq, Artur Hemri və Bencamin Vard Riçardsondan ilhamlanmışdır. Onun fikrincə, amilnitrit xəstələrdə qan arteryalarında ağrıların və narahatlıqların azalması mümkün ola bilərdi. Bundan başqa, yüngül alik natrit metqemoqlabinin formalaşmasına yardım edir.


"Time" və "Wall Street" jurnallarının məlumatına əsasən poppers əsasən geylər (homoseksuallar) arasında populyarlıq qazanıb. Bu seksual həvəsi artıran vaistə hesab olunduğundan, aqressiv marketinq sayəsində “əldən-ələ olmaqla homoseksuallar arasında sürətlə yayılmağıa başladı.”


1970-ci illərin sonlarında aparılan müsahibələr zamanı geniş istifadə kütləsinin olduğu müəyyən edildi. İstifadəçilər arasında tikinti sektorunda çalışanlardan tutumuş, müasirliyin damarını tutmaq istəyən “”Nyu-York city” klubunda əylənən gənclərədək, işin stressindən can qurtarmaq istəyən Los-Ancelsın biznes ledilərindən, alovlanan işqıların və yüksək səsli musiqinin sədaları altında şəhərin ən dəbdəbəli klublarında gecə klublarında işləyən rəqqasələrədək mövcud idi. Hətda müsahibə zamanı jurnalistə güvənən insanlar belə müsahibə vaxtıda poppers işlətməyə hazır idilər.

1988-ci ilə aparılan araşdırmanın nəticələrinə əsasən Baltimor/Vaşinqton ərazisində yaşayan, kişi ilə cinsi əlaqə yaşayan kişilərin 69%-i, Kolumbiya ətrafı 21% kişilər poppersdən artıq keçən ildən etibarən istifadə etməyə başlamışlar. Araşdırmalara əsasən eyni zamanda, yerli daimi narkotik istifadəçilərindən 11%-i poppersi dəstəkləmişdirki onlarda 22%-nin yaşı ortalama 26 müəyyənləşdirilmişdir. İstifadə edən hər iki qrupun məqsədi həzz almaq olsa da, kişilərlə cinsi əlaqədə olan kişilərin onun məhz seksdən həzz alması üçün işlətmələrini ciddi cəhdlə bildirmişlər. Lakin, bu qrup istifadəni AİDS (QİÇS) xəstəliyinin yayılmasından sonra azaltmışdır. Lakin, narko həzz məqsədi üçün istifadə edənlər arasında isə azalma müşahidə edilməmişdir. 1987-ci ilin araşdırmalarının nəticələrinə əsasən amerikan senatının səlahiyyətlərinə və səhiyyə naziliyinin sosial məlumatlandırma cəhdlərinə uyğun olaraq əhalinin sadəcə 3%-nin nə zamansa poppersdən istifadə etdiyi müəyyənləşmişdir.


İlk olaraq yeniyetmələr arasında istifadə halları minimuma endirilmişdir. Bu nəticə bir tərəfdən iri istehsalçılara istehsal qadağasının tədbiqindən sonra, digər tərəfdən isə, dövlət nəzarəti vasitəsi ilə həyata keçirilmişdir.


2000-2001-ci ildə ABŞ-da görülən işlər sayəsində 12-17 yaş arası yeniyetmələr arasında rəyi öyrənilənlər arasında yalnız 1,5%-nin poppers istifadəsi hallarının olduğu bildirilmişdir. Lakin, bu aşağı göstəriciyə baxmayaraq, İngiltərənin şimal-qərb hissəsində 16-yaşlı insanların 20%-nin poppersdən istifadə etməsi müəyyən edilmişdir.


1937-ci ildə ilk dəfə satışa buraxılan dərman preparatı yalnız həkim resepti ilə həyata keçirilirdi. 1960-cı ilə qədər amilnitrit bu qanunu qoruyub saxlaya bildi. Ərzaq məhsullarına və dərman preparatlarına nəzarət idarəsinin təkidi ilə həmin ildə bu qadağa aradan qaldırıldı. Lakin 1969-cu ildə nəzərdə tutulmuş şəkildə istifadə edilməməsinə görə yenədə qanun altına alındı. Digər alkilnitritlər isə 1988-ci ildə ABŞ-da qadağan edildi. Lakin qanun kommersiya məqsədləri üçün nəzərə alınmır və bu məqsədlər üçün azad hesab edilir. İstənilən kommersiya məqsədi alkil nitratın dəyişdirilmiş formalarını istifadə etməklə insanda daxilə qəbul edilərək eyfariya hissi və digər fiziki effektlər nəzərə alınmadan hazırlanmasını nəzərdə tutur. Bir çox istehsalçılar o vaxtdan öz məhsullarının formulasını dəyişdirərək qanuna uyğunlaşmağa çalışmışlar. Artıq onlar otaq aramatizatorları şəkildə hazırlanır.


Poppers adı amilnitritdən gəlməkdədir. XX-ci əsrin əvvəllərində ABŞ-da şüşə ampulalarda istehsal edilməyə başlanılmışdır. Ampulanı açan zaman isə qırıntələ səs verirdi. Hal-hazırda isə, ümumi “poppers” adlanaraq sex-shoplarda və RUSH, Locker Room, Liquid Gold və s. kimi internet üzərindən satışı həyata keçirilir. Bu zaman bir qayda olaraq satıcı keyfiyyətə və istifadə zamanı nəticələ biləcək mənfi hallarla bağlı məsuliyyət daşımır.

Effekti

Nitritlərin nəfəs yoluna çəkilməsi bütün bədənin əzələlərini yumşaldır. Bura eyni zamanda anal dəliyin daxili sfinkteri və valaqal əzələlərdə aiddir. Nəticədə təzyiq aşağı düşür, damarlar yüksək həcimdə qanla dolur, ürək döyüntüsü sürətlənir və fəaliyyəti rahatlaşır. Sağlam adamlarda qan dövranının birdən sürətlənməsi nəticəsində yüngül baş gicəllənmə halları baş verə bilir ki, buda xoş təsir bağışlayır. Bütün sadalanan təsirlər 3-10 dəqiqə arasında mövcud olur.


Alkil nitrat bir çox hallarda sex zamanı həzzin artırılması üçün istifadə edilir. Başgicəllənməsi, eyforiya halları və ürək döyünməsindən yaranan hallar adətən seksual istəyin artması ilə nəticələnir. Eyni zamanda anal dəliyin sfinkterinin və vlaqal əzələlərin boşalması seks zamanı daxilolmanı rahatlaşdırır. Bəzən popperslərin orqazmı gücləndirməsi və vaxtının uzatması kimi fikirlər də səsləndirilir.

poppers cinsi istek

Poppersin ziyanı və asıllığı

Nitrit kimyəvi aktiv maddə hesab edildiyindən ən böyük mənfi halı onun düzgün istifadə edilməməsi zamanı yarana bilər. Daimi maye nitratın dəri ilə toxunuşu kimyəvi yanıq hallarına səbəb ola bilər. Eyni zamanda müntəzəm istifadə zəhərlənmə hallarına səbəb olmaq ehtimalı yaradır.


Poppersin istifadəsində ən çox məsləhət görülməyən hallar ürək-damar sistemində xəstəliklərin olması, təzyiqin aşağı düşmə probleminin olması, epilepsiya hallarında, müxtəlif anemiya hallarında və hamiləlik zamanında yaranır. Eyni zamanda spirtli içkilərlə birlikdə istifadə edilməyi məsləhət görülmür və bu təhlükəyə səbəb ola bilər. Digər seks-stimulyatorlarla, Sialis və Viagra ilə eyni anda istifadəsi ümumiyyətlə yolverilməzdir. Hal-hazırda istifadədən sonra pisləşmə halları və mənfi təsirlərlə yekunlaşan hallar sənəd üzərində qeydə alınmamışdır. Təsir müddəti az olduğundan preparat fiziki və ciddi psixoloji asıllıq yaratmır.


Epizodik istifadə zamanı:

  • Araşdırmalar sübut etmişdir ki, poppersin viagra ilə istifadəsi ciddi arterioz təzyiqin düşməsi və cinsi əlaqə zamanı stenokardiyaya səbəb olur. Nəticədə infakta və ölümə səbəb ola bilər.

  • Zəif ereksiyaya malik kişilərdə poppers ereksiyada müəyyən pozuntular yarada bilər ki, buda cinsi akt zamanı uğursuzluqla nəticələnə bilər.

  • Poppers göz təzyiqini aşağı sala bilər ki, nəticədə qlaukom ağrısı yarana bilər.

  • Poppers maye halında qəbul edilərsə nitrat zəhərlənməsinə səbəb ola bilər. Baş ağrısı, yorğunluq, halsızlıq, özündən getmələr, koma halına düşməklə nəticələnib ölümlə yekunlaşa bilər.

  • Dəriyə toxunan zaman kimyəvi yanıqlara səbəb ola bilər. Adətən burunda və ağız ətrafında baş verir.

  • Geniş epidemioloji araşdırmalara əsasən cinsi əlaqə zamanı poppersdən istifadə aktiv və təhlükəli seks formalarında (anal seks, riminq, fistinq və s.) AİDS-ə yoluxma şansını artırır. Təhlükəsizlik qorunmazsa, bir çox digər infeksiyalara yoluxma halları baş verə bilər.

Daimi istifadə zamanı

  • Bronxal asma pristupları. Nəfəsalma prosesində problemlər yarana bilər və ölümlə nəticələnər.

  • Mədə xorası, burun keçidlərində perforasiya, xroniki rinit.

  • Üz dərisinin xroniki dermatiti (burun, ağız).

  • Endoteliya sturkturunun dəyikliyi və damar divarlarının zədələnməsi. Nəticədə tromb, qanaxma, vaskulit, atero skleroz yarana bilər.

Diaqnostika və müalicə

Ciddi nitrat zəhərlənməsi yalnız maye olaraq daxilə qəbul zamanı baş verə bilər. Bu kimi simptomlara baş ağrısı, ürək bulanma və qaytarma, ciddi nəfəs alma problemləri aid edilir. Qeyd edilən hallarda təcili şəkildə mədənin yuyulması, təmizlənməsi həyata keçirilməlidir. Həkimə müraciət edilməli, ehtiyac olarsa süni nəfəs verilməlidir.

Qanunvericilik

Alkilnitritin hüququ statusu bir çox ölkələrdə sərbəst istifadə ilə, həkim resepti əsasında satış müstəvisində dəyişir.

397 görüntüleme

Comments


bottom of page