top of page

Qürur yürüyüşünün tarixi



1960-cı illərdə amerikalı gey və lezbiyanların qanun qarşısında cavab verməli olurlarmış. Belə ki, homoseksual əməllər, hətta yaşlı insanlar tərəfində və şəxsi evlərdə həyata keçirilərdisə də, bu bütün ştatlar üzrə cinayət əməli hesab edilərmiş. Bunun üçün pul cəriməsi və 20 ilə qədər həbs nəzərdə tutulurmuş. Polis vaxtaşırı gey-klublarda reydlər keçirərmiş və saxlanılan şəxslərin şəkilləri qəzetlərdə dərc olunarmış ki, digərləri iş yerlərini itirməkdən və ictimai qınaqdan çəkinsinlər.1969-cu il 27-28 iyun tarixlərində polis belə reydlərin birində geylərin daş və şüşə butulka hücumuna məruz qalır. Qarşıdurma səhərə qədər davam edir. Səhərisi gün polis yenidən əməliyyat keçirir və bu zaman qarşıdurmalar bir həftə davam edir. Elə həmin ilin noyabrında LQBT-nin konfransı keçirilir və Kreyq Rodvell adlı homoseksual tərəfindən bu hadisənin hər il qeyd olunması təklif edilir və "Stounvollski üsyanı" adlandırılması qərara alınır.1970-ci ildə hadisənin ildönümü ilə əlaqədar ilk gey-parad keçirilir. İştirakçılar homoseksual əlaqəni cinayət sayan qanunlara etiraz edirlər. Aksiyanın şüarları isə belə olub: "Biz nə istəyirik? Homoseksuallara azadlıq! Bunu nə vaxt istəyirik! Elə indi! Ucadan deyin: Homoseksual - bu şərəfdir!" Bu aksiya növbəti il də keçirildi və Nyu-York ştatının hər il keçirilən gey-paradı halına gəldi. Ancaq bu aksiya Nyu-Yorkla məhdudlaşmadı və Çikaqo, Los-Anceles, San-Fransisko, Atlanta və Torontoda da keçirilməyə başlandı.


Hazırda bu aksiya hər il bütün ABŞ və Kanada ərazisində keçirilir.Daha sonra bu aksiyalar Avropaya keçdi. Və ilk aksiya 1970-ci ildə Londonda baş tutdu. 1971-ci ildə Fransada, 1979-cu ildə Berlində, 1983-cü ildə Dublində gey-parad təşkil edildi.


Zaman-zaman bu paradlar Cənubi və Şimali Amerika, Avropa, Avstraliya, Yeni Zellandiya, CAR, Türkiyə, İsrail, Tayland, Hindistan, Yaponiya, Tayvan və Çində də keçirilməyə başlayıb və indi də keçirilir. Ümid edirik bir gün Azərbaycanda da belə gözəl mənzərəyə şahidlik edə biləcəyik



79 görüntüleme
bottom of page