top of page

Genderqueer nədir?

Genderqueer başqa adla desək qeyri-binar maskulin və ya feminen gender rollarına uyğun gəlməyən bütün gender kimliklərini özündə birləşdirən ifadədir. Qeyri-binar fərdlər özlərini maskulin və feminenliyin qarışığı kimi hiss edə və ya özlərini heç birnə aid etməyə bilərlər. Qeyri-binar sözünün haradan gəldiyinə baxsaq görərirki "binar" (ing. binary) ikili deməkdir və bu cəmiyyətin gender kimliyini yalnız ikili- qadın və kişi yaxud feminen və maskulin olaraq görməsi mənasına gəlir. Buna görə də özünü bu ikisinin qarışığı (bigender, pangender), ikisi arasında axıcı (gender fluid), və ya ikisindən heç biri (agender) kimi ifadə edən fərdlər ümumi olaraq binar olmayan- qeyri-binar adlandırılır.


genderqueer bayraq
Genderqueer Bayraq

Genderqueer fərdlər haqda bilməli olduğunuz bəzi faktlar:

  • Genderqueer olmaq yeni meydana gəlməyib. Belə olan insanlar hansısa müasir axıma qoşulmayıb və ya özlərini fərqli göstərmək üçün belə olmayıblar. Qeyri-binar fərdlər milyon il əvvəl də müxtəlif mədəniyyətlərdə qəbul olunub, müxtəlif cür adlandırılıblar.

  • Bütün transgender fərdlər qeyri-binar deyil. Bəzi transgender fərdlər özlərini qeyri-binar olaraq ifadə etsə də bütün trans fərdlər belə deyil. Əksər transgender fərdlər özlərini kişi və ya qadın olaraq ifadə edirlər və buna görə də həmin fərdlərə uyğun olaraq kişi və ya qadın kimi davranmaq lazımdır.

  • Qeyri-binar olmaq cinsi yönəlim deyil, cinsi kimlikdir. Digər sisgender və transgender fərdlər kimi genderqueer fərdlər də müxtəlif cinsi yönəlimə sahib olurlar.

  • Qeyri-binar olmaq interseks olmaq demək deyil. İnterseks fərdlərin anotomik quruluşları bioloji olaraq tipik kişi və qadına uyğun gəlmir. Əksər interseks fərdlər özlərini kişi və ya qadın olaraq ifadə edirlər. Qeyri-binar fərdlər isə bioloji olaraq kişi və ya qadın bədənində doğulurlar, lakin gender özünüifadəsi nə kişi nə də qadın olur.

  • Qeyri-binar fərdlər mütləq cinsiyyət əməliyyatı keçirmək məcburiyyətində deyillər. Bəzi qeyri-binar fərdlər öz gender kimliklərinə uyğun olaraq cinsiyyət dəyişdirmə əməliyyatına ehtiyac duysalar da, bəziləri bioloji doğulduqları bədəndə həyatlarını davam etdirirlər. Bu tip əməliyyatları keçirmək hər bir fərdin individual seçimindən asılıdır.

Genderqueer fərdlərlə necə davranmalı olduğu haqda bəzi qaydalar:

  • Onlara hörmətlə yanaşmaq üçün onların necə hiss etdiklərini bilmək məcburiyyətində deyilsiniz. Əksər insanlar qeyri-binar fərdlər haqda heçnə bilmir və ya çox az məlumata sahibdir. Buna görə də onların özlərini necə hiss etdiklərini anlamaqda çətinlik çəkə bilərsiniz hansıki təmamilə normaldır. Lakin, onları başa düşməsəniz belə onlara hörmətlə yanaşmalısınız.

  • Şəxsi özünü ifadə etdiyi adla çağırın. Qeyri-binar fərdlərlə ünsiyyətdəykən diqqət etməniz gərəkən ən həssas mövzu ona necə müraciət etməyinizdir. Əgər qeyri-binar fərd ona verilən adı dəyişibsə onu köhnə adı ilə çağırmayın və ya ondan köhnə adının nə olduğunu soruşmayın.

  • Digər insanların cinsi kimliklərini təxmin etməyə çalışmayın. Fərdin xarici görünüşünə baxıb onun qeyri-binar olduğunu anlamağınız mümkün deyil. Buna görə də fərdin özündən soruşmadan onun cinsi kimliyi haqda fikrlər formalaşdırmayın.

  • Qeyri-binar fərdlər üçün ictimai tualetdən istifadə etmək çətin məsələdir, buna anlayışla yanaşın. Əksər qeyri-binar fərdlər üçün kişi və ya qadın tualetindən istifadə etmək çətin qərardır çünki digər şəxslər onları qısnaya hətta hücum edə bilər. Buna görə də qeyri-binar fərdlərə özlərini tam təhlükəsiz hiss etdikləri tualetdən istifadə etməyə şərait yaradın.

 

Bunlara da bax:

236 görüntüleme

Comments


bottom of page