top of page

Makyajın cinsi yoxdur!



Kişilərin makyajdan istifadə etməsi əsrlər boyunca normal qəbul edilirdi. Eramızdan əvvəl 4000-ci ildən XVIII əsrə qədər minilliklər boyunca kişilər ənənəvi olaraq kosmetikadan istifadə edirmişlər, lakin XVIII əsrdən etibarən bu tabu halını almağa və makyaj yalnız qadın cinsi ilə asosiayisa olunmağa başladı. Böyük Britaniya kraliçası birinci Viktoriya makyajı vulqar hesab edirdi və bu düşüncə ingilis kilsəsi tərəfindən dəstəklənirdi. Viktoriya dövründə makyaj feminenliyin, şöhrətbazlığın nümunəsi olaraq görülür, “şeytan işi” olaraq qəbul edilirdi. Daha sonralar dinin dünyada daha geniş şəkildə yayılması və mədəniyətə təsiri nəticəsində “kişilik” obrazı dəyişməyə başladı və artıq XX əsrə qədər makyaj yalnız qadınlara xas əlamət olaraq qəbul olundu. Müasir dövrümüzdə kişi makyaj artistlərinin şöhrət qazanması ilə makyajın cinsiyət məsələsi yenidən gündəmə gəldi. Makyajdan istifadə edən kişilərin homoseksual olduqlarını düşünmək stereotipi isə çoxdan aşılmalı olan pillələrdən biri idi. Gəlin makyajın müxtəlif sivilizasiyalar boyu tarixinə nəzər salaq.


Qədim Misir

Qədim Misir mədəniyyətində maskulinlik xüsusi rola malik idi və makyaj da bu rolun tərkib hissəsi idi. Eramızdan əvvəl 4000 ilin əvvəllərində kişilər təkmilləşdirilmiş pişik gözünü xatırlatmaq üçün qara piqmentlərdən istifadə edirdilər. Bir neçə minillik sonra kişilərin kohl göz layneri, malaxit yaşıl rəngli göz kölgəsi və qırmızı oxradan hazırlanmış dodaq boyasından istifadə etməyi geniş yayılmışdı. Məqsəd isə daha cəlbedici görünmək deyildi; yaşıl göz kölgəsinin tanrı Horus və Ranın zərərli xəstəlikləri geri çəkməsi üçün çağırdığı haqda inanclar mövcud idi. Tünd göz layneri isə zənginliyin və yüksək statusun göstəricisi idi.


Qədim Roma

Eramızın I əsrində roman kişilər yanaqlarına qırmızı piqment sürtməklə, dərilərini kirşanla parıldatmaqla və dırnaqlarını donuz yağı və qan qarışımından hazırlanmış boya ilə boyamaqla məşhur idilər. Həmçinin saçlarının tüksüz hissələrini boyamaq roman kişiləri arasında geniş yayılmışdı.

Əlavə olaraq Kraliça Birinci Elizabetin dövründə kişilərin dərilərini ağ kirşanla boyamaqları geniş yayılmışdı. Fransa kralı Kral 16-cı Luisin makyaj və saça qulluq vasitələrindən həddindən artıq istifadə etməsi heç kəsə sirr deyil. 1930-cu illərin Hollywood filmlərindəki kişilərin makyajdan istifadə etməsi isə yeni “metroseksual gözəllik” terminini gündəmə gətirdi. İyirminci əsrin geri qalan hissəsində isə kişilərin makyajdan istifadə etməsi nadir hallarda rast gəlinirdi. Yalnız artistlər və Steven Tyler, David Bovie, və Prince kimi rokenrollçular buna istisna idi. 2010-cu ildən sonra sosial media kişi makyaj artistlərinə öz istedadlarını milyonlarla izləyiciyə göstərmək şəraiti yaratdı. Kişi makyaj artistlərinin inanılmaz populyarlığı və bu sahədə uğuru “Covergirl” və “Maybeline” kimi nəhəng gözəllik kompaniyalarının brend simaları arasında kişilərə yer verməsinə səbəb oldu.

İndi isə öz istedadları ilə stereotipləri qıran və sosial medianı silkələməyi bacaran bir neçə kişi makyaj artistləri ilə tanış olaq


Jeffree Star

Youtubeda 10, instagramda isə 8 milyondan çox izləyicisi olan Jeffree Star makyaj ikonuna çevrilməyi bacarıb. Makyaj artistliyi ilə yanaşı o, öz makyaj markası olan “Jeffreestar cosmetics”in yaradıcısıdır.


James Charles

Youtube və instagram hesablarının hər birində 8 milyondan çox izləyici kütləsinə sahib olan 19 yaşlı makyaj artist James Charles dünyaca məşhur gözəllik və dəb jurnalı olan “Covergirl”in üz qabığında yer almış ilk kişidir.


Manny Mua

Sosial mediada Manny Mua olaraq tanınan, lakin əsil adı ilə desək Manny Gutierrez youtube və instagramda 5 milyon izləyiciyə sahibdir.


Patrick Starr

Youtube və instagramda 4 milyondan çox insan tərəfindən izlənən Partick bir çox makyaj brend markasının simasıdır. Bununla yanaşı o, bu yaxınlarda “MAC cosmetics” ilə iş birliyi nəticəsinə öz makyaj seriyasını çıxarıb.


Arda Bektaş

İnstagramda 50, youtubeda 140 mindən çox izləyicisi olan Türkiyənin ilk kişi makyaj artisti olan Arda Bektaş homofob cəmiyyətə “makyajın cinsi yoxdur” mesajını verməyi bacarmış və minlərlə gəncə stimul olmuşdur.

62 görüntüleme
bottom of page