top of page

Transeksuallıq nədir?


Transeksual- Özünü qarşı cinsdən hiss edən, qarşı cinsə bənzəmə istəyi duyan və ya özünü qarşı cinsdən biriymiş kimi hissedən şəxslərə verilən addır. Bu həm qadın, həmdə kişi üçün keçərlidir. Yəni, kişi olduğu halda qadın olmaq,qadınsa kişi olmaq istəyə bilər. Ancaq Transeksualizm daha çox ruhən istəkləri müəyyən edən bir sözdür. Transeksualizm fərdin davranışlarınan çox, onun daxili dünyasında özünü qarşı cinsin bir nümayəndəsi kimi görməsi və hiss etməsidir. Transeksualizmin tarixinə baxdıqda çox qədim tarixə dayandığını görərik.Qədim Romada,Yunanıstanda tarixi izlərə rast gəlmək olar. Ancaq XX əsrdə hormonal, psxaloji və fiziki müalicələr, müayinələr geniş vüsət almışdır. Bu dövrlərdə xəstəlik kimi qəbul edilsədə bir çox həkim və alim bunun xəstəlik yox daxili bir dünya olduğunu qeyd edirdi.. 1952-ci ildə Norveçdə ilk dəfə cinsiyyətini dəyişən insan olaraq Amerıkalı transeksual Chrisitine Jongensen tarixə düşmüşdür. XX əsrin ortalarında Harry Benjamin, Hopkins Baltimore, Stonly Diber, David O Cauldwell, Hans Geins və bir çox həkim və alim araşdırmalar aparmış, məqalə və elmi çıxışlarını etmişdirlər. Çox insan Transeksual ifadəsini qəbul etmir çünki seksual sözü anlaşıldığı kimi fərqli düşünməyə yol açır. Ancaq Transeksuallıq bir cinsiyyət problemi deyil əksinə doğuluş, varoluşdur…. Hal-Hazırda dünyanın bir çox ölkəsi transeksualizmə hüquqi status vermişdir. Transeksullar istər qadın kişi olarkən, istərsədə kişi qadın olarkən bir çox cərahi müdaxilələrə məruz qalırlar. Bunlara Mastekomi, Histerokomi, Metoido, Abdominol, ses tonun dəyişdirilməsi və bir çox əməliyyatlar aiddir.

335 görüntüleme
bottom of page