top of page

LGBTQİ+ bayraqlarının mənası



Hər bir cinsi yönəlim və kimliyin müəyyən məna ifadə edən rənglərdən ibarət qürur bayraqları var. Gəlin hər bir bayraqla ayrılıqda tanış olaq


Göy qurşağı bayrağı Gilbert Baker tərəfindən yaradılıb və ilk dəfə 1978-ci ildə San Fransiskoda keçirilən qürur yürüşündə dalğalandırılıb. Bayrağın ilk versiyası 8 rəngdən ibarət olsada hazırda 6 rəngli bayraq istifadə olunur. Qırmızı rəng həyat, narıncı rəng şəfa, sarı rəng günəş işığı, yaşıl rəng təbiət, mavi rəng incəsənət, bənövşəyi rəng isə ruh mənasını verir.


Biseksual bayrağı 1998-ci ildə Michael Page tərəfindən yaradılıb. Page bayraqdakı çəhrayı rəngin həmcins münasibəti, göy rəngin əks cins münasibətini və ortadakı bənövşəyi rəngin hər iki cinsə olan marağı təmsil etdiyini bildirib.


Transgender bayrağı trans qadın olan Monica Helms tərəfindən 1999-cu ildə yaradılıb. Bayraqdakı mavi və çəhrayı rəng qız və oğlan uşaqları üçün ənənəvi olan rəngləri təmsil edir. Ortadakı ağ rəng isə neytrallıq mənasını verir.


İnterseksual bayrağı ictimayətə ilk dəfə 2013-cü ildə Oll Australia tərəfindən təqdim edilib. Bayraqdakı sarı və bənövşəyi rəng mavi və çəhrayı rəngdən fərqlı olaraq heç bir cinsi təmsil etmir və neytrallığı ilə seçilir. Mərkəzdəki dairə isə bütövlüyü, tamlığı təmsil edir.


Aseksual bayrağı 2010-cu ildə Aseksuallıq Görünümlülük və Təhsil Şəbəkəsi (Asexsuality Visibility and Education Network- AVEN) tərəfindən onlayn səsvermə yolu ilə yaradılmışdır. Beləki təqdim olunmuş dizaynlar onlayn səsverməyə yolu ilə insanların seçiminə buraxılmışdır. Bir neçə mərhələdən sonra qalib hazırda yuxarıda gördüyünüz bayraq olmuşdur.


Panseksual bayrağındakı çəhrayı rəng qadınlara olan cinsi marağı, mavi rəng kişilərə olan cinsi marağı və sarı rəng isə digər bütün insanlara olan marağı təmsil edir.


Heteroseksual bayrağı əsasən radikal və konservativ ani-gey qrupları tərəfindən istifadə olunur. “Ağ qürur” adlandırılan bayraq ağ olmayan hər kəsə nifrət mənasını daşıyır.


Heteroseksual müttəfiq bayrağı 2000ci ilin əvvəllərində meydana gəlmişdir. Fondakı ağ-qara rəng heteroseksuallığı, mərkəzdəki göyqurşağı rəngli üçbucaq A hərfini xatırladır və aktivliyi (activism) və ya müttəfiqliyi (ally) təmsil edir.

64 görüntüleme
bottom of page