top of page

İsrailin baş hərbi prokuroru homoseksual olduğunu etiraf edib



Polkovnik Şaron Afek İsrail Silahlı Qüvvələri komandanlığında ilk açıq geydir. O, İsrail KİV-lərinə müsahibəsi zamanı coming-out etdi. 45 yaşlı polkovnik vurğuladı ki, onun cinsi oriyentasiyası hərbi karyerasına heç vaxt nə əngəl olmayıb, nə də yardım etməyib. Şaron Afekin sözlərinə görə, o öz təcrübəsi ilə sübut etmək istəyirdi ki, İsrail ordusunda diskriminasiyaya yer yoxdur. Keçmiş briqada generalı isə polkovnik barəsində deyir: "General Afek - zabit və centlmen, hüquqşünas, müdrik və təcrübəli peşəkar, zəhmətsevər insandır. Onun oriyentasiyası heç kəsə sirr deyildi, İsrail ordusu hər kəsə bərabər imkanlar yaratmağa çalışır."

13 görüntüleme

Comments


bottom of page