top of page

Gender əlaqəli sözlərin izahı- LÜĞƏT



Günümüzdə tez-tez mənasını bilmədiyimiz və ya yalnış bildiyimiz sözlərlə qarşılaşırıq. Bu sözlərin mənasını anlamaq və öz leksikonumuza daxil etməklə doğru konseptdə işlətmək böyük əhəmiyətə malikdir. İndi isə gəlin gender əlaqəli bəzi sözlərin izahı ilə tanış olaq (sözlər əlifba sırası ilə düzülüb):

Androjen- Yunan dilində qadın və kişi sözlərinin birləşməsindən əmələ gəlib, hər iki cinsin cinsi xarakterlərini özündə əks etdirən insanlara verilən addır. Hermofrodit və ya interseksuallıqdan (hər iki cinsi orqana sahib olmaq) fərqli olaraq bioloji deyil sosioloji olaraq toplumun qadın və kişilərə aid etdiyi xüsusiyətləri özündə birləşdirir.

Ataxaqanlığı (patriarxartlıq)- kişilərin qadınlardan daha çox siyasi, iqtisadi, fiziki gücə sahib olmasını təmin edən cəmiyyət sistemi

Ayrı-seçkilik (diskriminasiya)- fərdin irq, cins, din, siyasi baxış, milli və ya sosiyal mənsubiyətinə əsaslanaraq mənfi fikr formalaşdırmaq, qeyri-bərabər şərait yaratmaq

Bərabərlik- fərdin mənsub olduğu hər hansısa qrupdan asılı olmayaraq (cinsi, irqi, dini, milli mənsubiyyəti, siyasi baxışı) bərabər şərtlər altında yaşaya, işləyə və fəaliyət göstərə bilməsini təmin etmək

Biseksual- həm qadın həm kişi cinsinə qarşı cinsi maraq duyan fərd

Cinsiyyət (bioloji cins)- qadın və kişilər arasındakı bioloji (anatomik) fərqləri özündə əks etdirən termin.

Cinsiyyətçilik (seksizim)- fərdın cinsi mənsubiyyətinə əsaslanan ayrı-seçkilik

Cinsi kimlik (gender)- Kişi və qadınların ictimai həyatın müx­təlif sahələrində sosial davranış qayda­la­rını formalaşdıran, bu qaydalar ara­sındakı eynilikləri və fərqlilikləri özündə birləşdirən sosiyolji anlayış. Zaman və məkandan asılı olaraq dəyişkəndir.

Cinsi yönəlim (oriyentasiya) - fərdin hansı cinsə qarşı cinsi maraq duyması

Feminenlik- cəmiyyətin qadın cinsinə təyin etdiyi rolları, sosial davranış qaydalarını əhatə edən anlayış

Feminizim- qadın və kişilərin sosiyal, mədəni, siyasi və iqtisadi bərabərliyi uğrunda mübarizə aparan hərəkat

Femisid- qadın cinsinə mənsub fərdləri qadın olduqları üçün öldürmək

Heteronormativlik- heteroseksuallığın bütün fərdlər üçün norma olaraq qəbul edilməsi, hər kəsin heteroseksual cinsi yönəlimə sahib olması düşüncəsi

Heteroseksizim- fərdin maskulinliyi və heteroseksuallığı üstün tutaraq belə olmayan fərdlərə qarşı həyata keçirdiyi ayrı-seçkilik

Heteroseksual- Digər cinsə qarşı cinsi maraq duyan fərdə verilən ad

Homofobiya- homoseksual fərdlərə qarşı qorxu, nifrət hissləri. Bu hissləri keçirən insanların (homofob) önyarğı və ayrı-seçkilik yaratmasına birbaşa səbəb olur

Homoseksual- həmcinsə qarşı cinsi maraq duyan fərdə verilmiş ad

İnsan haqları- cinsindən, milliyətindən və milli mənsubiyətindən, irqindən, dinindən, dilindən və digər statusundan asılı olmayaraq hər bir fərdin fundamental haqq və azadlığıdır

Korluq- fərdin hər hansısa qrupa mənsubluğuna görə ayrı-seçkiliyə məruz qalmasını anlaya bilməmək. Gender korluğu (fərdin cinsi mənsubiyyətinə görə ayrı-seçkiliklə üzləşməsini inkar etmək), irqi korluq (fərdin mənsub olduğu irqə görə irqçiliklə üzləşməsini inkar etmək) vəs kimi növləri var.

Queer- 20-ci əsrdə xüsusilə ABŞda lezbiyan və geylərə qarşı homoseksuallığın qeyri-təbii olmasını vurğulamaq məqsədilə işlənən alçaldıcı söz. Lakin, 1980-ci illərdən etibarən öz mənasını dəyişərək toplumun standartlarına uyğun olmayan fərdləri (LGBT+ fərdləri və digər hər kəsi hətta normalara qarşı çıxan heteroseksual fərdləri) özündə birləşdirən çətir terminə çevrildi

Maskulinlik- cəmiyyətin kişi cinsinə təyin etdiyi rolları, sosial davranış qaydalarını əhatə edən anlayış

Önyarğı- müəyyən qrupa mənsub fərdə qarşı rasiyonal səbəblərə söykənməyən ayrı-seçici rəftarlar toplusu

Stereotip- etnik, milli, dini, cinsi, irqi qrupa mənsub fərdlərə aid edilən ümumiləşdirilmiş xarakterlər toplusu

Transgender- toplumun sosiyal davranış qaydalarına uymayan bütün fərdləri (transseksuallar, interseksuallar, krossdresserlər vəs daxil olmaqla) özündə birləşdirən çətir termin. Bioloji bədəni ilə psixoloji kimliyi üst-üstdə düşməyən fərdlər haqda olan anlayış

Transseksual- cinsi çoxalma orqanı ilə gender kimliyi üst-üstə düşməyən və buna görə də cinslərini dəyişən (və ya dəyişmək istəyən) fərdlərə verilmiş ad

Transvetit (krossdresser)- qarşı cinsin geyimlərini geyinən (əsasən cinsi fantaziya üçün) fərdlərə verilmiş ad. Bunu əyləncə üçün edən şəxslər Draq Quin (qadın paltarı geyinən kişi) və Draq Kinq (kişi paltarı geyinmiş qadın) adlanır

131 görüntüleme
bottom of page