top of page

Cinsi kimlik, cinsi yönəlim və bioloji cins nə deməkdir?



Cinsi kimlik, cinsi yönəlim və bioloji cins anlayışları bir-biri ilə sıx əlaqəli anlayışlardır və əksər insanlar tərəfindən tez-tez qarışdırılır. Beləki fərd eyni zamanda transgender, homoseksual və kişi ola bilər. Ümid edirik ki, bu yazıdan sonra homoseksuallara "kişi ol" deməyin, transseksuallarla geylərin eyni olduğunu düşünməyin vəs nə qədər yalnış olduğu daha da aydınlaşılacaq. İndi isə bu anlayışların hər birinin nə olduğuna ayrı-ayrılıqda baxaq.


Cinsi kimlik (gender identity) fərdin özünü hansı cinsə mənsub olduğunu hiss etməsidir. Cinsi kimlik fərdin doğuşdan sahib olduğu bioloji cinsi ilə üst-üstə düşə və ya düşməyə bilər. Cinsi kimliyi qadın, kişi və gender queer olaraq təsnifatlandırmaq olar. Gender queer qadın və kişi xarric azlıqda qalan bütün cinsi kimlik növlərini özündə birləşdirən bir termindir. Bura transgender, gender neytral, gender fluid, agender vəs aid edilir. Con Moneyin araşdırmalarına görə fərdin 18 aylığından 2 yaşına qədər cinsi kimlik haqqında ilkin təsəvvürləri formalaşır. Hazırda cinsi kimliyin 3 yaşa qədər formalaşması qəbul olunmuşdur. Baxmayaraq ki bu yaşda uşaqlar cinsi kimliyin nəticələrinı təmamilə anlaya bilmirlər, onlarda cinsi kimlik haqqında fikrlər formalaşır və özləri öz cinsi kiliklərinə uyğun məşğuliyyət və oyuncaqlar seçə bilirlər. 3 yaşdan sonra cinsi kimliyin əsası təmamilə formalaşır və dəyişdirmək mümkünsüzləşir. Cinsi kimliyi dəyişdimək üçün edilən cəhdlər gender disforiyaya gətirib çıxardır. Barbara Nyuman cinsi kimliyin inkişaf prosesini 4 hissəyə bölür: 1) cinsi kimlik məfhumunun anlaşılması, 2) sterotiplərin və gender rollarının öyrənilməsi, 3) valideynlərlə müəyyənləşdirmək, 4) gender seçimlərinin formalaşması. Cinsi kimliyin formalaşmasına təsir edən faktorlar haqda böyük debatlara baxmayaraq ümumi olaraq bioloji (doğum öncəsi və sonrası hormon səviyyəsi, genetik quruluş vəs) və sosioloji faktorların (ailə, media, dil vəs) cinsi kimliyin formalaşmasında rolu olduğu qəbul edilmişdir.


Cinsi yönəlim (sexsual orientation) fərdin hansı cinsə qarşı romantik və cinsi maraq hiss etməsidir. Hansı cinsə qarşı olan marağa əsasən cinsi yönəlim heteroseksuallıq (qarşı cinsə maraq), homoseksuallıq (həmcinsə maraq), biseksuallıq (iki cinsə maraq), aseksuallıq (cinsi marağın olmaması) və panseksuallıq (bütün cinslərə qarşı maraq) olaraq kateqoriyalara bölünür. Psixologiyada cinsi yönəlim ilə cinsi seçim fərqli anlayışlardır. Beləki genişmiqyaslı elmi araşdırmaların gəldiyi qənaətə əsasən cinsi yönəlim fərdin şəxsi seçimi deyildir. Cinsi yönəlimin yaranmasına təsir edən faktorlar dəqiqliklə elmə məlum olmasada genetik, hormonal və mühit amillərinin birləşməsi nəticəsində ortaya çıxdığı güman olunur.


Bioloji cins (sex) spermatozoid və yumurta hüceyrənin birləşdiyi anda ortaya çıxan ünsürdür və fərdin anadangəlmə genetik əsaslı çoxalma orqanlarının xüsusiyyətləri ilə təyin olunur. 3 bioloji cins vardır: dişi, erkək və interseks. XX xromosom birləşməsi ilə dişilər doğulurlar və əgər bu genlərdə hormonal sistemdə problem olmazsa dişilər vagina, yumurtalıq və digər cinsiyyət üzvləirnə sahib olurlar. XY xromosom birləşməsi ilə yaranan erkəklər heç bir genetik və hormonal problem olmadığı halda penis və xaya ilə doğulurlar. XX və XY xromosom birləşməsinin nəticəsində doğulan interseks fərdlər hər iki çoxalma sisteminə sahib olurlar.

İstifadə olunmuş ədəbiyyat:

Campaign, Human Rights. "Sexual Orientation and Gender Identity Definitions - Human Rights Campaign".

Frankowski BL; American Academy of Pediatrics Committee on Adolescence (June 2004). "Sexual orientation and adolescents". Pediatrics. 113 (6): 1827– 32. doi:10.1542/peds.113.6.1827. PMID 15173519.

Mary Ann Lamanna, Agnes Riedmann, Susan D Stewart (2014). Marriages, Families, and Relationships: Making Choices in a Diverse Society. Cengage Learning. p. 82. ISBN 1305176898. Retrieved February 11, 2016.

Pamela J. Kalbfleisch; Michael J. Cody (1995). Gender, power, and communication in human relationships. Psychology Press. pp. 366 pages. ISBN 0805814043. Retrieved June 3, 2011

"Sexual Orientation". American Psychiatric Association. Archived from the original on July 22, 2011. Retrieved January 1, 2013.

Sexual Orientation and Gender Expression in Social Work Practice, edited by Deana F. Morrow and Lori Messinger (2006, ISBN 0231501862), page 8.

"Sexual orientation, homosexuality and bisexuality". American Psychological Association. Archived from the original on August 8, 2013. Retrieved August 10, 2013.

213 görüntüleme
bottom of page