top of page

Bu ailədə ata ana, ana isə ata olacaq



"Hər birimiz öz həyatımızı yaşayırıq və kimsə bizə yaşam qaydalarını diqtə etməməlidir. Oğlumuz bizi anlayır, təqdir edir. Ən başlıcası, mühümü də elə budur. Yox?!" İngiltərənin Middlsbro şəhərinin sakini Nikki Draven belə deyir.

Nikki və Lyuis Dravenlər 5 yaşlı Star adlı oğlanın valideynləridir.

Di gəl, valideynlər cinsi mənsubiyyətlərini dəyişmək istəyirlər.

32 yaşlı Lyuis cinsi mənsubiyyətini dəyişərək "ana" Luiza, 31 yaşlı Nikki isə "ata" Çarli olmağa hazırlaşır.

5 yaşlı star anasının saçlarını kəsməkdə Nikkiyə yardım edib ki, anası kişiyə daha çox bənzəsin.

"Cinsimi dəyişməklə bağlı qərarı spontan vermədim. Heç nə təsadüf deyildi. Hətta əməliyyat öncəsi özümü daha rahat hiss etmək üçün arıqladım. Əməliyyatdan sonra Starın anası olacağam", - Lyuis söyləyib.

Saçlarını qadın kimi kəsdirən Lyuis qadın kimi davranır, evin xanımı olduğunu deyir.

Oğlunun atası, "Çarli" olmağa hazırlaşan Nikki də cinsi mənsubiyyətini dəyişməklə bağlı əməliyyata hazırlıq görür.

Pubda mühafizəçi işləyən Nikki qadın bədənində doğulsa da, həyatını qadın bədənində davam etdirə bilməyəcəyini söyləyib: "Sinə, böyük baldırlar - bütün bunlar mənlik deyil. Həmişə kişi olmağı arzulamışam. Arzuma çatmağıma çox qalmayıb".

Onun sözlərinə görə, indiyədək gender fluid olub: yəni həftənin bəzi günləri qadın, bəzi günləri isə kişi kimi geyinib.

Ərlə arvadın dediklərinə görə, İngiltərədə trangenderlərin sayı artır və bunu yaxşı hal sayırlar.

"Vaxt gələcək, transgenderlər də İngiltərədə lezbiyanlar və ya homoseksuallar kimi adi insanlara çevriləcəklər", - Lyus bildirib

20 görüntüleme
bottom of page