top of page

Hollandiyada ilk dəfə cinsiyyətsiz vəsiqə təqdim olunub



Hollandiya ilk cinsiyyətsiz şəxsiyyət vəsiqəsini təqdim edib.

57 yaşlı Leonne Zeegers adlı şəxs cinsiyyət qismində qadın (V) ya da kişi (M) əvəzinə “X” yazılan şəxsiyyət vəsiqəsini alıb. Belə ki, kişi olaraq dünyaya gələn Zeegers, 2001-ci ildə əməliyyatla qadın olub. Lakin o, hal-hazırda özünü cinsiyyətlər arası (intersex) biri olaraq təqdim edib.


Verilən məlumata görə, Hollandiya xalqının 4%-i özünün nə qadın, nə də kişi olduğunu düşünür. Bundan əlavə cinsiyyətin “X” olub-olmamasına məhkəmə qərar verir.

Məlumat üçün bildirək ki, Hollandiyadan əlavə Argentina, Avstraliya, Danimarka, Hindistan, Kanada, Nepal, Malta, Pakistan və Yeni Zelandiya da cinsiyyətsiz vəsiqələrin verilməsinə icazə verir.

27 görüntüleme
bottom of page