top of page

Serbiyanın ilk açıq homoseksual baş naziri



Serbiyanın ilk açıq gey baş naziri Ana Brnabiç yüzlərlə fəalla birlikdə Belqradda keçirilən gey paradda iştirak edib.


Həm də ölkəsində bu vəzifəni icra edən ilk qadın olan Brnabiç bildirib ki, o, addım-addım daha dözümlü cəmiyyət quruculuğuna çalışır. “Serbiya müxtəlifliyə hörmət edir. Mənim bugün sizlərə mesajım odur ki, Serbiya Respublikasının höküməti hər vətəndaşı üçün və bütün vətənşların hüquqlarına hörmət edilməsinə təmin etmək üçün buradadır.” Yürüşçülər deyiblər ki, onlar Brnabiçin eynicinsli nikah qanunlarına dəyişiklik gətirəcəyinə ümid edirlər. Serbiyanın üsyan polisi bazar günü səhər saatlarından etibarən yürüşçülər və ekstrimist qruplar arasında baş verə biləcək toqquşmanın qarşısını almaq üçün şəhərin mərkəzi hissəsini metal sədlərlə kordona alıblar. Mühafizəkar ölkədə daha öncə keçirilən oxşar tədbirlərdə bu cür toqquşmalar baş verib.


Serbiya Avropa İttifaqına qoşulmaq niyyətindədir. Avropa İttifaqından isə bildirilir ki, bunun üçün ölkədə olan azlıqların, xüsusilə də LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) icması üzvlərinin hüquqlarının müdafiəsində irəliləyiş gözlənilir

27 görüntüleme
bottom of page