top of page

Mütləq İzləməli Olduğunuz 15 Ən Yaxşı LGBT Mövzulu Film



Hər bir toplumun özünə məxsus hekayəsi, kitabı, və filmi olur hansı ki bu topluma aid olan fərdləri, onlara aid xarakterləri özündə əks etdirir. Əlbəttəki LGBT icmasının da özünəməxsus yüzlərlə filmi mövcuddur hansı ki həmcins sevgidən bəhs edir, fərdlərin yaşadıqları çətinlikləri özündə əks etdirir vəs. Bu yazıda isə müxtəlif janrlarda olan ölmədən öncə mütləq izləməli olduğunuz 15 filmi sizlərə təqdim edirik.

15. My Own Private İdaho (İMBD 7.1)


Qus Kan Vantın filmi 1991-ci ildə ekranlaşdırılıb. Film küçələrdə yaşayan, narkotik aludəçisi olan və öz bədənlərini pula satan 2 oğlanın həyatından bəhs edir. Narkolepsi xəstəsi olan Maykın sadəcə bir məqsədi var: anasını tapmaq. Skot isə əslində varlı bir ailənin övladıdır.

14. The Danish Girl (İMBD 7.1)


Dünyada ilk dəfə cinsini dəyişən şəxs hesab olunan danimarkalı rəssam Lili Elbe və həyat yoldaşı Gerda Vegenerin real həyatından bəhs edən romantik drama filmi 2015-ci ildə Tom Hooper tərəfindən ekranlaşdırılıb.

13. Zenne (İMBD 7.2)


2008-ci ildə nifrət cinayətinin qurbanı olmuş Ahmet Yıldızın həyatı hekayəsindən ilhamlanaraq ərsəyə gəlmiş film 2011-ci ildə vizyona girmişdir. Osmanlının qədim tarixə malik zenne (rəqs edən kişilər) mədəniyyətini özündə əks etdirən film “Antalya Qızıl Portağal Film Festivalı”nda 5 mükafat ilə ilin ən çox qızıl portağalını qazanmış filmdir.

12. Carol (İMBD 7.2)


Film 2015-ci ildə Todd Haynes tərəfindən lentə alınan film romantik drama janrındadır. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə rəğmən, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Carol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir.

11. Moonlight (İMBD 7.4)


2016-cı ildə Barry Jenkins tərəfindən ekranlaşdırılan drama janrlı film Miamidə çətin vəziyyətdə böyüyən Afrikan-amerikan qara dərili bir geyin uşaqlığı, yeniyetməliyi və gəncliyi olmaqla üç müxtəlif dövrü özündə əks etdirir. Müxtəlif film festivallarında mükafatlar qazanmış filmin şübhəsizki ən böyük uğuru “Ən Yaxşı Film” nominasiyası da daxil olmaqla üç növdə Oskar qazanmasıdır.

10. Tomboy (İMBD 7.4)


2011-ci ildə Celine Sciamma tərəfindən ekranlaşdırılmış drama janrlı film yay tətilini öz ailəsi ilə birlikdə yeni evdə keçirən 10 yaşlı Lauranın öz cinsi kimliyini ilk dəfə kəşf etməsindən bəhs edir. Filmdə ümumilikdə cinsi kimlik məsələləri qabardılmışdır.

9. Weekend (İMBD 7.6)


Romantik drama janrında olan film Andrev Haigh tərəfindən 2011-ci ildə lentə alınıb. Film təkgecəlik həmcins münasibətdən sonra yaranan tragik sevgi hekayəsi və macəralardan bəhs edir. Cinsi yönəlim və buna əsaslanan homofobiyanı göstərən film 2011-ci ildə Nashville, Toronto İnside Out, Outfest Los Angeles, San Fransisco film festivallarında “Ən Yaxşı Film” nominasiyasının qalibi olub.

8. Boys Dont Cry (İMBD 7.6)


1999-cu ildə Kimberly Pierce tərəfindən ekranlaşdırılan film Brandon Teenanın real həyat biyoqrafiyasıdır. Amerikan trans kişi olan Brandon kişi kimliyi qəbul etdikdən sonra bir filmdə çəkilir və Nebraskada öz sevgisini tapır. Lakin iki kişi tərəfindən qətlə yetirilən Brandon nifrət cinayətinin qurbanı olur.

7. Brokeback Mountain (İMBD 7.7)


İki kovboy oğlan arasında yaşanan gizli sevgi hekayəsindən bəhs edən filmin rejissoru Ang Leedir. 2005-ci ildə ekranlaşdırılan film tarixdə gey-vestern janrında çəkilmiş ilk film hesab olunur. Film bir sıra mükafatlara layiq görülmüşdü ki, onların da içərisində Venesiya Kino Festivalında Qızıl Şir, Qızıl Qlobus və Independent Spirit Awards kimi mükafatlar var.

6. God’s Own Country (İMBD 7.7)


Film 2017-ci ildə Francis Lee tərəfindən ekranlaşdırılıb. Film Yorkşir şəhərində yaşayan gənc fermerin rumunyalı miqranta aşiq olmasıyla dəyişən həyatından bəhs edir. Film Berlin, Çikaqo, Edinburq, London, Stokholm şəhərlərində keçirilən beynəlxalq film festivallarında müxtəlif nominasiyalarda laureant olmuşdur.

5. Blue İs The Warmest Color (İMBD 7.8)


Əsl adı La Vie d'Adèle olan erotik film 2013-cü ildə Abdellatif Kechiche tərəfindən lentə alınıb. Filmdə gənc fransız qız Adelin mavi saçlı rəssam Seydouxla tanışlıqdan sonrakı azad həyatı göstərilir. Film Adelin məktəb illərindən müəlliməlik karyerasına qədər olan həyatı əks etdirir.

4. All About My Mother (İMBD 7.9)


İspanca adı Todo sobre mi madre olan ispan drama filmi 1999-cu ildə Pedro Almodovar tərəfindən ekranlaşdırılıb. QİÇS, homoseksuallıq, transseksuallıq, din filmin mövzusuna daxildir.

3. Call Me By Your Name (İMBD 8.0)


1980-ci illərdə İtalyada 17 yaşlı gənc oğlan və atasının köməkçisi kimi işləyən olqun bir kişi arasında yaşanan eşqdən bəhs edən romantik dram janrlı film 2017-ci ildə Luca Guadagnino tərəfindən ekranlaşdırılıb. 2017-ci ildə Sudans Film Festivalında göstərimə çıxan film daha sonra Oskar mükafatlarında 4 nominasiya üzrə yarışsa da, sadəcə “Ən Yaxşı Ssenari” üzrə qalib ola bildi.

2. Paris is Burning (İMBD 8.1)


1980lərin sonundakı New York şəhərində afrikan-amerikan, latın, gey, transgender toplumlarının yaşam tərzindən, üzləşdikləri çətinliklərdən bəhs edən film 1990-cı ildə Jennie Livinqston tərəfindən lentə alınıb.

1. Prayes For Bobby (İMBD 8.1)


Real həyat hekayəsinə əsaslanan filmin rejissoru Leroy Aaronsdur. Oğlu Bobbinin homoseksual olduğunu öyrənən Mari Qriffit onu kilsəyə apararaq və müxtəlif dini ayinlər etməyə məcbur edərək “sağaltmağa” çalışır. Ailəsi tərəfindən olduğu kimi qəbul edilməyən Bobbi özünü günahkar hesab edir və anasının sözlərini heç vaxt unuda bilmir. Bir gecə intihar edərək həyatına son verən Bobbi ölümündən sonra anasının gecdə olsa hər şeyi başa düşməsinə səbəb olur.

151 görüntüleme
bottom of page