top of page

Valideynləri homoseksual olan məşhurlar

Bu yazıda sizə bir müddət əkscinslə ailə həyatı quran, lakin sonradan cinsi orientasiyasını açıqlayan valideynlərdən bəhs edəcəyik.

Amy Adams

Aktrisanın bioqrafiyası özlüyündə yeni bir filmin sujet xəttinə çevrilə bilərdi. Adams İtaliyada çox uşaqlı amerikan-marmonları (bu dini qol Evanqaliya fəlsəfəsinə görə yaranmışdır) ailəsində anadan olmuşdur. Amy yeddi uşaqdan dördüncüsüdür. Onun atası eyni zamanda həm hərbiçi, həm də müğənni olmuşdur. Təqaüdə çıxdıqdan sonra restoranlarda çalışırdı. Anası isə professional bodybilderdir. Bir müddət sonra anasının lezbian olduğu məlum olur. Ərindən boşandıqdan sonra o qızlarla görüşməyə başlayır.

Robert De Niro

Böyük Robert De Niro rəssam və heykəltaraş olmuşdur. Oğlunun 3 yaşı olarkən ailəsindən ayrılmışdır. Səbəb kimi artıq orientasiyasını heç kimdən gizlətmək istəməməsi ilə əlaqədardır. Lakin, ata uşağını heç vaxt unutmur, onunla xeyli zaman keçirirdi. De Nironun özü isə hər zaman atasını dəstəkləmiş və ona sənədli film həsr etmişdir.

Jodie Foster

Onun atası dörd uşağı atıb getmişdir. Atası gedərkən dördüncü, yəni Foster hələ dünyaya gəlməmişdi. Aktrisanın anası isə öz xoşbəxtliyini başqa qadında tapır. Foster özü də iki oğul anası olmasına baxmayaraq, iki il öncə fotoqraf və aktrisa Alexandra Hedisonla rəsmi nigaha daxil olmuşdur.

Liza May Minnelli

Aktrisanın atası tanınmış rejisor Vincente Minnellidir. O öz orientasiyasını bəyan etmiş və aktrisa Judy Garlanddən boşanmışdır. Hadisə ilk uşaqları Lizanın dünyaya gəlməsindən 5 il sonra baş vermişdir. Liza da anası kimi gey kişi ilə ailə həyatı qurmuşdur. Aktrisanın ilk əri musiqiçi Peter Allen xanımın 20 yaşı olanda evlənmə təklifi etdiyi zaman ətrafda hamı çaş-baş qalmışdı. O kişilərə olan sevgisini gizlətməyə çox da cəhd göstərmirdi. Bir çoxları bu izdivacda partnyorluq razılaşmasını görürdülər. Məşhurlar bir-birilərini möhkəm dəstləkləyir, mənəvi və maddi dayaq rolunu oynayırdılar. 1974-cü ildə 7 il birlikdə yaşadıqdan sonra ayrıldılar.

50 Cent

1994-cü ildə gələcəyin reperi türməyə düşür və narkotik satışında ittiham olunur. O öz “ailə bizneslərini“ rəhmətlik anası Sabrinadan miras olaraq qazanmışdır. Xanım onu 15 yaşında olarkən dünyaya gətirir və 23 yaşında faciyəvi şəkildə dünyasını dəyişir. Onu öldürürlər. Sabrinanın həyatı olduqca qarışıq idi. O həm kişilərlə, həm də qadınlarla görüşürdü.

Jay-Z

Digər repçinin də həyatı kolleqasına bənzəmişdir. Gənc yaşlarında Jay də narkotik satışı ilə məşğul olmuşdur. Onun sağ-salamat anası isə dörd uşağını rəfiqəsi Diana ilə birgə saxlamış və böyütmüşdür. Reper hər iki anası ilə yaxşı münasibətdədir. Jay müğənni Beyoncé-la hetrosexsual kimi ailə qurur. Bununla yanaşı aktyor aktiv şəkildə LGBTQ-ni dəstəkləyir.

65 görüntüleme

Comments


bottom of page