Bu qadınlar podyumlarda gəzirlər, kameraların qarşısında poz verilər. Ancaq onların transgender olması heç kimin ağlına belə gəlmir.
Andrej Pejić
Avstraliyalı model-transgender həm kişi, həm də qadın obrazları yaratmaq istedadı ilə seçilir. Lakin, cinsi korreksiyadan sonra insanların onu Andera kimi çağırmasını istəmişdir. Bu andan etibarən kişi geyimlərinin nümayişindən imtina etmişdir. Olduqca tanınmış jurnalların üz qabığında yer almışdır. 2014-cü ildə Andera "People" dərgisinə müsahibə verən zaman bildirmişdir: “Yarım il öncə öz koryeramla fəxr edirdim, cinsi stereotiplərə qarşı çıxırdım. Ancaq, ən böyük arzum öz bədənimlə anlaşıqlı şəkildə yaşamaq idi. Özümlə dürüst olmalıyam. Karyeram bu qərara uyğunlaşmalıdır”.
2011-ci ildə Andrej “Dünyanın ən seksual 100 qadını” siyahısına daxil olmağı bacardı.
Lea T
Brazilyalı Lea T. 1981-ci ildə anadan olub. O dünyanın ən məşhur transseksual modellərindən biridir. "Givenchyi" dizayner evi Leanı öz “ilham pəriləri” adlandırır.
Claudia Charriez
2008-ci ildə Claudia Charriez Janice Dickinsonun şousuna qatılır. Bu zaman o ordan qovulur. Lakin, bir müddət sonra o transseksuallar üçün analoji yarışmada qalib gəlir.
Isis King
Amerikalı aktrisa və fotomodel “Amerikan sayağı Top-model” şousunda iştirak edən ilk trans qadın olaraq tarixə düşüb.
Florencia De la Vega
Argentinalı Florencia 1976-cı ildə anadan olmuşdur. O bir neçə kiçik operalara və seriallara çəkilir, jurnal redaktoru olur. İndi isə xoşbəxt ailə həyatı quraraq əkizlərini böyüdür. Əkizləri suroqat ana dünyaya gətirmişdir.
Sirapassorn Atthayakorn
O, 2011-ci ildə keçirilən transgenderlər arasında gözəllik yarışmasının “Miss beynəlxalq şahzadə”si adına layiq görülüb.
Roberta Close
Brazilyalı model Brazilya Playboy jurnalına poz vermiş ilk transseksual qadın olmuşdur. Əməliyyatdan sonra Roberta "Sexy" adlı kişi jurnalına şəkillər çəkdirmiş və “Brazilyanın ən gözəl qadını” adını qazanmışdır. Yeri gəlmişkən, Roberta siyahıda yeganə insandır ki, interseks olaraq doğulmuşdur.
Comments