top of page

LGBTQ+ Döyüşçülər

Qan, şiddət, vəhşilik... döyüş idman növü dedikdə ağıla gələn bu sözlər bir çoxları üçün LGBT+ fərdlərindən uzaq kəlimələrdir. Lakin, stereotipləri qırıb istənilən sahədə olduğu kimi döyüş idman növlərində də uğur qazanan bir çox LGBT fərdi var. Bu yazıda onlardan bəhs edəcəyik.


Amanda Nunes (solda) UFC-nin ilk LGBT fərdi olan çempionudur. İdmançı müsahibələrində bu haqda geniş məlumat verərək lezbian olduğunu etiraf etmişdir. Amanda hal-hazırda xoşbəxt olduğunu bildirir. Xanımın sözlərinə görə o öz xoşbəxtliyini digər UFC döyüşçüsü Nina Ansaroffla (sağda) tapmışdır.

Amanda Nunes and Nina Ansaroff

Onlar birlikdə məşq edirlər, döyüşlərdən öncə bir-birlərinə kömək edirlər. Eyni zamanda qızların hər ikisi hər zaman eyni cinsli nigahları dəstəklədiklərini bildirmişlər və dəfələrlə LGBT müdafiəsi ilə bağlı tədbirlərdə iştirak etmişlər.


Kyle Kingsbury UFC döyüşçüləri arasında rəsmi olaraq gey olduğunu etiraf edən və bundan çəkinməyən döyüşçüdür. Karyerası boyunca o rinqdə 11 qələbə qazanmış, 6 məğlubiyyətə imza atmışdır.

Kyle Kingsbury

Jimi Manuwa ilə döyüşdən öncə o çəkiyə çəyrayı alt paltarında çıxmışdır. Alt paltarının üzərindəki “homoseksuallığı leqallaşdırın” yazısı diqqət çəkmişdi. Nəticədə bir çox idmançılar tərəfindən neqtiv qarşılanmış və xoş olmayan rəylər almışdır.

Legalize Gay

Hazırlaşdığı həmin oyunda isə Kyle məğlub olmuşdur.


Bundan başqa boks aləmində də homoseksual olduğunu gizlətməyən məşhur adlara rast gəlinir. Məşhurlardan biri Orlando Cruzdur.

Orlanda Cruz

31 yaşlı idmançı boks tarixində açıq şəkildə homoseksual olduğunu elan etmiş ilk idmançıdır.

Puertorikolu boksçu 2000-ci ildə keçirilən Olimpiya oyunlarında boks turnirinin iştirakçısı olmuşdur. Həmin ildə idmançı orta çəkidə WBA dünya çempionu ləqəbi uğrunda döyüşə qədər yüksələ bilmişdir. Lakin, 2013-cü ilin oktyabrında meksikalı döyüşçü Orlando Salido tərəfindən nakaut edilmişdir. 2013-cü ilin avqust ayında Cruz geylərin və lezbianların rəsmi şərəf zalında qeydiyyata alınmış ilk atlet olmuşdur. Profesional boksda Cruz 24 qələbə, 4 məğlubiyyət yaşamışdır.


Açıq şəkildə cinsi yönəlimləri haqqında danışan boksçular arasında qadın boksçularda var.

Nicola Adams

2012-ci ildə Olimpiyada oyunlarının qızıl medalçısı Nicola Adams rəsmi açıqlamasında biseksual olduğunu açıqlayıb.

45 görüntüleme
bottom of page