top of page

Tarixin 11 Biseksual Fərdi

Cəmiyyətin iki standardları hər zaman dairənin iki üzünü görər, ortada qalanları isə yoxdan sayar. Heteroseksual-homoseksual standardları arasında itən biseksuallıq haqqında danışmağa, biseksual fərdlərin uğurlarını vurğulamağa, onları qeyd etməyə ehtiyac var. Sizə haqqında az danışılan 11 biseksual fərdi təqdim edirik:


Josefin Beker (Josephine Baker)


Beker hərəkətli şəkil sənayəsində ulduza çevrilmiş ilk afro-amerikan şəxsdir. O rəqqasə, şoumen və fransız müqavimət agenti idi. Karyerasını əsasən Fransada keçirməsinə baxmayaraq suni bananlardan ibarət geyimdə olan şəkli 1920-ci illərin caz aləminin simvoluna çevrilmişdi. O həmçinin Sivil Haqqlar Hərəkatının qeyr-rəsmi lideri idi.

İlk evliliyini 13 yaşında quran Beker qısa zaman ərzində boşanmışdı. Daha sonra üç dəfə uğursuz ailə həyatı quran Bekerin qadınlarla münasibəti ictimayətə məlum idi.


Cin Mişel Baskat (Jean Michel Basquiat)


O 20-ci əsrin dahi sənətkarlarından biri idi. Madonna ilə eşq yaşayan Baskat incəsənət aləmində bir çox məşhurla münasibət qurmuşdu. Baskatın həyatından bəhs edən kitabın müəllifi Cenifer Klement demişdi: “Sənətkar insanlara müxtəlif səbəblərdən aşiq olurdu. Onlar kişi, qadın, arıq, kök, gözəl və ya çirkin ola bilərlər. Əsas məsələ onların təfəkkürüdür”. Baskat 27 yaşında yüksək dozalı narkotik maddədən həyatını itirmişdi.


Corc Vaşinqton Karver (George Washington Carver)


Qul ailəsində doğulan Karver sonralar tarixin dahi alimlərindən birinə çevrilməyi bacarmışdı. 1941-ci ildə TİME jurnalı tərəfindən “Qara Leonardo” adlandırılmışdı.

O yer fındığının 285 növ istifadə halını kəşf etmişdi. Həmçinin, o şirin kartofdan hazırlanan 118 məhsul aşkarlamışdı.

40 yaşında ibtidai təhsil verən “Sarah Hunt” adlı məktəbdə müəllim işləmiş, 70 yaşında isə gənc qaradərili alim Austin Kurtis ilə yaxın münasibətdə olmuşdu. Heç vaxt evlənməyən Karter 1943-cü ildə vəfat edib.


Lesli Çeunq (Leslie Cheung)


Honkokda 70-80 ci illərin pop ikonuna çevrilmiş Çeunq müxtəlif musiqi mükafatlarına layiq görülüb. 1997-ci ildə konserti zamanı bir kişi ilə münasibətdə olduğunu aşkaranə elan etmişdi.

TİME jurnalına müsahibəsində o, “Biseksual olduğumu demək daha düzgün olar. 22 yaşımda qız sevgililərim olum. Mənim üçün bir qadını sevmək rahatdır, həmçinin bir kişini sevmək də” deyə bildirmişdi. 2003-cü ildə uzun depresiyadan sonra intihar edərək həyatdan köçüb.


Brenda Fasi (Brenda Fassie)


1960-cı illərdə Keyp Taun, CARda doğulan müğənninin karyerası “Weekend Special” mahnısı ilə başladı. O Afrika popunun kraliçası və “kiçik şəhərlərin Madonnası” adlandırılırdı. Fasinin sevgidə bəxti heç gətirmədi. 1995-ci ildə münasibətdə olduğu qadın yüksək dozalı narkotik maddədən ölür. Daha sonra kişi sevgilisi isə onun bütün pulunu ələ keçirməyə çalışıb.


Mahmud Qəznəvi


Qəznəvilər sülaləsini 998-1030-cu illərdə idarə edən Mahmud Sultan titulunu almış ilk idarəçi idi. Şimal-qərbi İrandan Hindistana qədər böyük bir ərazini əhatə edən imperyanın paytaxtı Qəznə şəhəri İslam dünyasının episentrnə çevrilmişdi.Gürcü qulu olan Malik Ayaza aşiq olan sultan onu Lahorun sultanı elan etmişdi. Malikdən bütün torpaqları kim idarə edir sualına sən cavabını alan Mahmud demişdi “mən bir qulun quluyam”.


Keni Qrin (Kenny Greene)


R&B fanatlarına görə Keni nəsillərin səsidir. “İlin bəstəkarı” mükafatına layiq görülmüş Keni “İntro” qrupuna rəhbərlik edirdi. 2001-ci ildə o ictimayətə biseksual olduğunu etiraf etdi. Keni 32 yaşında QİÇSdən həyatını itirib.


Emili Qrif (Emile Griffith)


3 müxtəlif çəki dərəcəsində dünya çempionu adını qazanmış Qrif öz dövrünün ən məşhur boksçularından biri idi.

1962-ci ildəki görüşündə onu homofob adlandıran Beni Pareta nakaudla qalib gəlmiş, görüşdən 10 gün sonra özünə gəlməyən Paret isə həyatını itirmişdi. Sports İllustrated-ə müsahibəsində bildirmişdi: “mən həm qadınlardan həm də kişilərdən xoşlanıram amma homoseksual, gey və ya petux sözlərindən xoşum gəlmir. Özümü necə adlandıracağımı bilmirəm. Kişiləri və qadınları sevirəm. Hansını daha çox soruşsaz qadınları deyərəm”.


Billi Holidey (Billie Holliday)


1930-cu illərin caz iknonu Holideyin səsi bütün dünyaya yayılmışdı.

Həyatı heç də xoş olmayan Billi narkotik aludəçisi idi. Həbsdə həmcinsləri ilə münasibətdə olan Billinin aktrisa Talula Bankhedlə münasibətdə olduğu deyilir.


Frida Kahlo


İkonik rəssam Meksika şəhərində doğulub. Polio adlanan virusa qalib gələn Kahlo sonralar bədbəxt hadisə nəticəsində uzun illər yataq xəstəsinə çevrilir. Psixi olaraq rəsm çəkməkdə sakitlik tapan Kahlo özünün 55 portreti ilə məşhurdur.

20-ci əsrin əvvəllərinə biseksual rəssam həm kişi həm də qadınlarla münasibətdə olurdu. Ərinin məşuqələri ilə də münasibətdə olduğu deyilən rəssamın “Meşədəki 2 Çılpaq” əsəri onun qadınlara olan sevgisini təcəssüm etdirir.


Malkolm X (Malcolm X)


Malkolm X azadlıq qəhramanıdır. 1965-ci ildə sui-qəsdindən öncə onun evli olarkən həmcinsləri ilə əlaqədə olduğu deyilir.

“Malkolm- Qara Amerikanı Dəyişən Kişinin Həyatı”nın müəllifi Brus Peri Malkolma yaxın onlarla insandan müsahibə almışdı və onlardan çoxu Malkolmun həqiqətəndə biseksual olduğunu təsdiqləmişdi.


 

Bunlara da bax:

73 görüntüleme
bottom of page