top of page

Bəşər tarixinə adını yazmış 12 LGBT fərdi



Lezbiyan, gey, biseksual və transgender insanlar bəşəriyətin yaranmasından bəri var olublar. Həmin fərdlərə qarşı ayrı-seçkilik olsa da bəşəriyətə öz töfhələrini verməyi bacarıblar. Hazırda həmin fərdlərin şərəfinə dünya tarixində iz qoymuş fərdlərdən on ikisini sizə təqdim edirik.


Makedoniyalı İskəndər

Yunan mifologiyasına əsasən Qədim Yunanıstanın ən yüksək dərəcəli Olimpiya tanrısı Zeusun oğlu olan İskəndər qan atası ikinci Filipdən ona miras qalan böyük bir krallığı idarə etmiş, daha sonra fars əyalətini və digər torpaqları idarə etdiyi imperatorluğun tərkibinə qatmışdır. Ustadı Aristoteldən öyrəndiyi bacarıqların sayəsində o, idarə etdiyi imperatorluqda yunan mədəniyyətini yaymağa başlamışdır.

Bəzi tarixçilərin müasir dövrün anlayışları olan “gey”, “homoseksual” və ya “queer”i qədim dövr krallarına habelə Makedoniyalı İskəndərə aid etməyin yanlış olduğunu düşünsələrdə tarixi şəxsiyətin həmcinslərindən xoşu gəlməsi heç kimə sirr deyil.


Hatshepsut

Misir kraliçası Hatshepsutun transgender olduğunu qeyd etmək təmamilə doğru olmasa da, onun özünü “kral” adlandırması və kişi monarxların geyimindən geyinməsi onun qarşı cinsə mənsub xüsusiyətlərindən xəbər verir.

Hatshepsutun hakimiyyəti 20 ilə yaxın davam etmişdir və eramızdan əvvəl 1458-ci ildə ölümü ilə sona çatmışdır. O hakimiyyətdə olduğu illərdə Şimali Afrika və ümumilikdə Yaxın Şərqin siyasi-iqtisadi, və mədəni həyatında dərin iz buraxmışdır. Digər bir çox tarixi transgender fərdlər kimi Hatshepsutun da cinsiyətsiz kimliyi haqqında araşdırmalar tarixdən silinmişdir.


Leonardo da Vinçi

Dahi rəssamin cinsi yönəlimi bütün dünyaya məlumdur. Leonardonun intibah dövrünün dahi rəssamı, alimi və mühəndisi olması barədə heç kimdə şübhə yoxdur. O təkcə “Mona Lisa”nı deyil, həmçinin Vrayt qardaşlarının dünyada ilk təyyarəni yaratmasından 100 il öncə helikopter və digər uçan maşın şəkilləri çəkmişdir.

Leonardonun yazdığı məktublara istinadən asanlıqla onun həmcinslərindən xoşu gəldiyi qənaətinə gəlmək mümkündür. Onun “Qayaların Bakiri” adlı əsərində təsvir olunmuş mələyin cinsiyətini təyin etmək mümkün deyil. Bu isə onun androjenliyə (həm kişi həm də qadın) olan marağından xəbər verir. Onun özünü hər iki cinsə mənsub olan bir mələk olaraq təsvir etdiyi güman olunur.


Alan Turinq

Turinqin ingilis riyaziyyatçı və alim olduğunu demək Leonardonun böyük rəssam olduğunu demək qədər darçərçivəli olardı. Bioqraf Andrey Hodqes yazır, “o kompyuter elminin yaradıcısı, riyaziyyatçı, filosof, kodyaradıcısı, dahi şəxs və homoseksual kişidir.”

Turinq “Nazi Engima” adlı maşın üçün kod yaradaraq onu qırmağı bacarır hansıki, qırılmaz hesab olunan kiber maşın alman höküməti tərəfindən dünyaya hərbi mesajlar ötürürdü. Beləliklə, “Engima”nın qırılması dolayısıyla Adolf Hitlerin İkinci Dünya müharibəsində məğlubiyyətinə gətirib çıxardı.

Təəssüflər olsunki ingilis höküməti Turinqi 1952-ci ildə gey olduğuna görə həbs etməklə “mükafatlandırdı”. Məhkəmənin qərarı ilə kimyəvi axtalanan Turinq 1954-cü ildə 41 yaşında intihar edərək həyatına son qoyur.


Kristina Corgensen

Nyu-York Daily Newsda (Gündəlik Xəbərlər) dərc olunan başlıqda Kristinanın dünyada ilk açıq transseksual qadın olduğu yazılırdı: “Ex-Gi Sarışın Gözələ Çevrildi: Əməliyatlar Bronkslu Gənci Dəyişdirdi”.


Sally Rayd

Əgər sizin uşaqlığınız 1980-ci illərə təsadüf edirsə siz Sally Rayd adını eşitmiş olmalısınız. Prezidentin Azadlıq Medalı laureantı olan Rayd amerikanın ilk qadın astronavtı və kosmik robotik servis operatorudur. 1983-cü ildə o, komanda yoldaşları ilə birgə orbitə çıxmışdır.

1980-ci illərin ortalarına qədər bir kişi ilə evli olmağına baxmayaraq Rayd 2012-ci ildəki ölümünə qədər Tam O’Shaughnessy adlı qadınla 27 il münasibətdə olmuşdu. Lezbiyan olan bacısı Bear Rayd Sallyinin ölümü haqqında deyir: “Mənim bacım çox gizli biri idi. Sallyinin təbiətində qapalılıq var idi çünki biz norveçliyik. Çox insan Sallyinin Tam O’Shaughnessy ilə 27 illik möhtəşəm sevgi münasibətlərinin olduğunu bilmirdi baxmayaraqki o heç vaxt bunu gizlətməzdi. Onlar cütlük idilər, bir çox kitabı birgə yazmışdılar və biz Tamı ailəmizin bir üzvü hesab edirdik. Sally 17 ay pankeas xərçəngi olsa da bunu heç kim bilmədi. İndi isə ölümündən sonra hər kəs bilir. Onun xatirə fondu pankeas xərçəngi xəstələrinə xərclənəcək.”


Harvey Milk

Harvey Milk adı Amerikanın siyasi sistemində dəyişiklik üçün mübarizə aparan sözü ilə sinonimdir. Amerikada ilk açıq gey rəsmilərindən biri olan Milk 1970-ci illərdə homoseksuallara qarşı aşkaranə ayrı-seçkiliyə qarşı vuruşmuşdur. O yalnız üç cəhddən sonra 1977-ci ildə San Fransiskonun idarə heyətində yer ala bilir. Bununlada o təkcə özü üçün deyil həm də simvolik olaraq bütöv LGBT camiyasının əvəzinə güc sahibinə çevrilir. Onun seçilməsindən sonra yüzlərlə LGBT fərdi olan namizədlərdə müxtəlif bölgələrdə seçim hüququ qazandılar.


Ellen DeGeneres

Aktyor, produsser, televiziya aparıcısı və komediyaçı Ellen DeGeneres 1990-cı illərin sonunda açıq aşkar lezbiyan olduğunu etiraf etməsi sərt tənqidlə qarşılansa da televiziya tarixində dərin iz buraxmış və həmin dövrdə insanların LGBT fərdlərinə qarşı münasibətlərini müsbət istiqamətdə dəyişməyi bacarmışdı.


Barney Frank

Barney Frank uzun illər LGBT hüquqları uğrunda mübarizə aparmışdı. Massachusetts Nümayəndəliyinin üzvü olaraq o 1973-cü ildə yaşayış, iş və ictimai yerləşmə sferalarında antigey ayrı-seçkiliyini qadağan edən qanunu təqdim etmişdir. Bu qanun senatda qəbul edilməsə də sonralar ştat qanuni qorunmanı təmin etmişdir. 1980-ci ildə Birləşmiş Ştatların senatına seçildikdən sonra o “İş Yerlərində Ayrı-seçkiliyin Qadağan Olunması Akt”ının qəbul olunmasına nail ola bildi.


Bayard Rustin

Rustin 1940-50 ci illərin LGBT fərdləri üçün oppresiv rejiminə baxmayaraq o gizli qalmaqdan imtina etdiyi üçün hətta vətəndaş hüquqları hərəkatının daxilində kölgədə saxlanılırdı. 2013-cü ildə prezident Barak Obama ona Prezidentin Azadlıq Medalını təqdim etmişdi. Mükafatı həyat yoldaşı Valter Naegle onun adından qəbul etmişdi.


Harry Hay

“Günəşin hər hansısa yerində özümüzə nəsə qazanmaq istəyiriksə biz birlikdə çalışmalıyıq... hər yerdəki azlıqda olan yüksək təbəqə vətəndaşları üçün” sitatı ilə məşhur olan Harry Hay müasir dövrün homoseksual kişilər üçün yaradılmış ilk təşkilatın qurucusudur. “Mattachine Cəmiyyəti” adlanan təşkilat 1950-ci ildə yaradıldı. 1953-cü ildə təşkilat onu onun “komunist düşüncələr”inə görə uzaqlaşdırdı. Amerikan Komunist Partiası da Harryinin homoseksual olmağını özünə təhlükəsizlik üçün risk olaraq gördüyü üçün öz sıralarından çıxardı. Uzun illərdən sonra o aktivist fəaliyyətinə “Gey Azadlıq Cəbhəsi”nin Los Ancles filalını təsis etməklə qayıtdı. Həmçinin, gələcək həyat yoldaşı John Burnside ilə tanı olur. 2002-ci ildəki vəfatından sonra PBS onun həyatından bəhs edən “Küləklə yanaşı Ümid: Harry Hayın Həyatı” adlı sənədli film çəkir.


Oskar Vayld

İrland drammaturq, yazıçı, mühazirəçi Oskar Vayld iki il “homoseksual cinayət”inə görə həbs olunmasına baxmayaraq müəllifi olduğu əsərlər dünyanın ən məşhur klassik romanları arasında yer alır.

158 görüntüleme

Comments


bottom of page