top of page

Heteroseksuallıq nədir?

Güncelleme tarihi: 3 Eki 2019



Heteroseksuallıq fərdin əks cinsə qarşı duyduğu romantik hisslər və cinsəl maraqdır. Heteroseksuallıq homoseksuallıq, biseksuallıq və aseksuallıqla yanaşı əsas cinsi yönəlimlərdən biridir. Heteroseksual sözü insanlara aid edilsədə, heteroseksual davranışlar bütün məməlilərdə və digər heyvanlarda müşahidə olunur.

Heteroseksual sözünün mənşəyinə gəldikdə isə hetero yunan sözü (έτερος [héteros]) olub digər, müxtəlif mənasını verir. “Heteroseksual” sözü ilk dəfə 1892-ci ildə C.G. Chaddok tərəfindən Kraffit-Ebinqin “Psixopatik Seksuallıq” yazısının tərcüməsində işlədilmişdir. Söz 1920ci illərin əvvəllərində işlədilməyə başlasada 1960cı illərə qədər ümumişlək olmamışdır.

Etibarlı məlumatların azlığından cinsi yönəlimin demoqrafiyasını müəyyən etmək çətin olsada bu sahədə aparılan araşdırmalara əsasən 89-98% insanın həyatları boyunca yalnız heteroseksual münasibətlərə girdiyi məlum olmuşdur. 2011-ci ilin aprel ayında “The Williams İnstitute” tərəfindən aparılan araşdırmalar Birləşmiş Ştatlardakı yetişkin insanların təqribən 96%nin (250 miliyon) heteroseksual olduğunu ortaya çıxarmışdır.

Comments


Abunə Ol

  • facebook
  • instagram
  • twitter

© 2017 - 2021 by Rəngarəng Azərbaycan

bottom of page