top of page

Heteroseksual müttəfiq nədir?



Heteroseksual müttəfiq (ingiliscə Stright Ally və ya Heterosexsual Ally) gender bərabərliyini, sivil insan haqqlarını və LGBT (lezbiyan, gey, biseksual və transgender) hərəkatını dəstəkləyən heteroseksual insanlara deyilir. Gender bərabərliyi və LGBT haqqlarının tərəfdarlarından bəziləri özlərini heteroseksual müttəfiq adlandırmırlar. Bu şəxslər LGBT fərdlərinin ayrı-seçkiliklə üzləşdiklərini qəbul edir və buna görə də homofobiya, bifobiya və transfobiyaya qarşı çıxır, heteronormativ cəmiyyətdə öz heteroseksual statuslarından istifadə etməklə homofobiya, bifobiya və transfobiya əlehinə mübarizə aparırlar. Əksər LGBT təşkilatlarının əməkdaşları arasında heteroseksual fərdlərə rast gəlinir və həmin fərdlər heteroseksual müttəfiqlərə nümunə göstərilə bilər. Bundan əlavə 1973-cü ildə Amerika Birləşmiş Ştatlarında heteroseksual müttəfiq hərəkatının banisi sayılan Ceanne Manford tərəfindən əsası qoyulan “Lezbian ve Geylərin Valideynləri, Ailələri və Dostları “ (Parents, Families and Friends of Lesbians and Gays) təşkilatı rəsmi heteroseksual müttəfiq təşkilatıdır. Heteroseksual müttəfiqlər tərəfindən yaradılmış təşkilatlara “Gay&Lezbiyan Dəstəkçiləri” (GLAD) adlı təşkilatı da nümunə göstərmək olar. Bütün bunlara baxmayaraq, heteroseksual müttəfiqləri tənqid edənlərdə var. Onlar heteronormativ cəmiyyətdən kənara çıxa bilməməkdə və yalnız göstəriş naminə dəstək göstərməkdə tənqid olunurlar.

59 görüntüleme
bottom of page