top of page

Hande Kader kimdir?



Hande Kader (1993-2016), nifrət cinayətində həyatını itirən transseksual qadın ve LGBT activist.


2015ci ilin iyun ayında polis tərəfindən müdaxilə olunan İstanbul Paradında (#onuryürüyüşü) polisə qarşı müqavimət göstərərkən çəkilən şəkilləri ilə Türkiyə mediasında #LGBT'nin simvoluna çevrilmişdi.


Seks işçiliyi etməyə məcbur olan Hande sonuncu dəfə 2016cı ilin avqust ayının ilk həftəsində müştərilərindən birinin maşınına minərkən görülmüşdür. Daha sonra yaxınlarının polisə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində 8 avqust 2016cı ildə Zekeriyaköy adlanan yerdə yol kənarında tapılan yandırılmış meyidin Hade Kaderə aid olduğu aşkar edilmişdir. Meyid müxtəlif işgəncələrə məruz qalaraq təcavüz edilmiş və sonra yandılmışdır.


Handenin ölümündən sonra son zamanlar Türkiyədə sayı durmadan artan trans cinayətləri böyük səs küyə səbəb olmuş, medianın gündəminə çevrilmişdir. Bu ölümdən sonra keçirilən "Hande Kader için Adalet Herkes için Adalet" yürüyüşündə çoxsaylı insan iştirak etmişdir.

62 görüntüleme
bottom of page