top of page

Dünyaca Məşhur Gey İdmançılar

Cəmiyyətdə homoseksual fərdlərin xüsusilədə geylərin yalnız incəsənətdə uğur qazanmaqları ilə bağlı həqiqəti əks etdirməyən stereotiplər mövcuddur. Xüsusilə də kişi cinsinə xas hesab edilən idmanla məşğul olmağı, və hətta idmanda nəaliyyətlər qazanıb dünyaca məşhur idmançıya çevrilməyi geylər üçün əlçatmaz hesab edənlər də az deyil. Halbuki dünya idmanında gey olduqlarını etiraf edən xeyli məşhur var. Məsələn, Brazilyada keçirilən 2016-cı il Yay Olimpiyadasında 44 açıq LGBT fərdi olan idmançı iştirak edib. 2012-cı ildə Londonda keçirilən Olimpiyadada isə onların sayı 23 idi. Rioda öz ölkələrini təmsil edən ən məşhur LGBT fərdi olan idmançılar arasında amerikalı basketbolçu Elene Dele Don, braziliyalı voleybolçu Larisa Franka və CAR-dan olan yüngül atlet Kaster Semenya var idi. Sizə dünyaca məşhur açıq gey idmançılardan bəzilərini təqdim edirik:

Deyv Kopey (Amerikan futbolu, ABŞ)


Keyv ilk məşhur idmançıdır ki, gey olduğunu etiraf edib. 1960-1970-ci illərdə amerikan futbolunun ulduzu hesab edilən Kopey 1975-ci ildə yazdığı “Deyv Kopeyin tarixi” kitabında hər şeyə aydınlıq gətirmişdi. Həmin vaxt onun kitabı əl-əl gəzirdi.


Castin Faşanu (futbol, İngiltərə)


Castin ilk qaradərili futbolçudur ki, 1981-ci ildə transferi bir milyon funtdan yuxarı olmuşdu. O, gey olduğunu etiraf edərkən, cəmiyyət hələ buna hazır deyildi. Ona görə də, Castin tez-tez klubunu dəyişməli olurdu. Məşqçilərin, komanda yoldaşlarının ironiyalı atmacaları, azarkeşlərin təhqirli şüarları və mətbuatın tənqidi onunla nəticələndi ki, Castin 1998-ci ildə təzyiqlərə dözməyərək, özünü öldürdü. Ölümündən bir il sonra “Norviç” onu klubun şöhrət zalına daxil etdi.


Markus Urban (futbol, Almaniya)


İstedadlı alman yarımmüdafiəçi “Rot-Vayss”ın heyətində 100-dən çox oyun keçirmişdi. Mütəmadi olaraq, Şərqi Almaniya yığmasının heyətinə dəvət olunurdu. Amma bu istedad 20 yaşında hamını təəccübləndirəcək qərar qəbul etdi: karyerasını bitirdi. Sonralar Urban bildirdi ki, “şkafdan çıxmağa” qorxduğu üçün bu addımı atıb. Hazırda “İdmanda LGBT ittifaqı” təşkilatına rəhbərlik edir.


Tomas Hitzlsperger (futbol, Almaniya)

31 yaşında karyerasını başa vuran futbolçu 52 dəfə Almaniya millisinin formasını geyinmişdi. 14 illik peşəkar karyerası dövründə o, "Aston Villa", "Ştuttqart", "Latzio", "Vest Hem", "Volfsburq" və "Everton" kimi nüfuzlu klublarda oynayıb. 


Con Amaeçi (basketbol, İngiltərə)


Gey olduğu bilinən ilk MBA basketbolçusu. 1995-ci ildən 2003-cü ilə qədər “Klivlend”də oynayıb. 2007-ci ildə gey olduğunu elan edib və idmandan gedib. Elə həmin ildə də avtobioqrafik kitabını nəşr etdirib.


Olive Ruye (futbol, Fransa)


UEFA prezidenti Mişel Platininin komanda yoldaşı. “Nitsa”da və Fransa yığmasında oynayıb. Gey olduğunu isə 2008-ci ildə, “Canal+”də ekspert kimi çalışarkən etiraf edib: “Əvvəlcə gizlənirdim. Amma sonra gördüm ki, belə yaşamaq mümkün deyil”.


Qreqori Luqanis (suya tullanma, ABŞ)


Bu növdə tarixin ən güclü idmançılarından biri hesab olunur. Dördqat olimpiya, beşqat dünya çempionudur. 1994-cü ildə Luqanis IV gey oyunlarında homoseksual olduğunu etiraf edib. Bir il sonra yazdığı avtobioqrafik kitabda HİV daşıyıcısı olduğunu da açıqlayıb. Bu etiraf böyük rezonans doğurdu. Buna baxmayaraq, o, Seulda keçirilən Olimpiadada iştirak etdi və 2 qızıl medal qazandı. Luqanis həmin vaxtı belə xatırlayır: “Həkimim mənə dedi ki, indi edə biləcəyin ən yaxşı iş məşq etməkdir”.


Brayton Boytano (fiqurlu konkisürmə, ABŞ)


Məşhur amerikalı idmançı 1988-ci ildə Seulda keçirilən olimpiya oyunlarının çempionudur. O, gey olduğunu 2014-cü ildə Soçidə keçirilən Olimpiadada iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibinə daxil edildikdən bir neçə gün sonra etiraf edib. 50 yaşlı Brayton məsələyə belə münasibət bildirmişdi: “Məndə bir çox aspektlər birləşir: Mən oğul, qardaş, əmi, dost, idmançı, aşpaz, yazıçıyam. Gey olmağım isə mənim həyatımın yalnız bir hissəsidir. Lakin mən hər şeydən əvvəl amerikalı idmançıyam. Fəxr edirəm ki, müxtəlifliyi, tolerantlığı dəstəkləyən bir ölkədə yaşayıram”.


Mark Tyuksberi (üzgüçülük, Kanada)


Mark 1992-ci ildə Barselonada keçirilən olimpiya oyunlarının çempionudur. O, gey olduğunu karyerasının son illərində etiraf edib. İndi isə 4 ildən bir keçirilən ümumdünya gey oyunlarının təşkilat komitəsində çalışır.


Tom Deyli (üzgüçülük, İngiltərə)

2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarının bürünc medalçısı Tom "Youtube"da yerləşdirdiyi çarxda bir kişi ilə münasibətdə olduğunu açıqlayıb: “Ötən yaz biriylə tanış oldum və həyatım tamamilə dəyişdi. Bu mənə özümü xoşbəxt və inamlı hiss etməkdə yardımçı oldu. Bu insan bir kişidir. Çox təəccüblüdür. Amma hər zaman belə bir şeyin ola biləcəyini düşünürdüm. Düzdür, hələ də bəzən qızlardan xoşum gəlir. Amma indi bir kişi ilə münasibətdəyəm və bundan artıq xoşbəxt ola bilməzdim”.


Bunlara da bax:

Comments


Abunə Ol

  • facebook
  • instagram
  • twitter

© 2017 - 2021 by Rəngarəng Azərbaycan

bottom of page