top of page

Biseksuallıq nədir?


Biseksuallıq - Həm öz, həm də qarşı cinsin nümayəndəsinə cinsi meylin olması deməkdir. Bu mövzuda çox az araşdırma aparıldığı üçün üçün, biseksuallığa nə qədər yayğın olduğunu söyləmək asan deyil. Cinsəllik haqqında çox araşdırma heteroseksuallıq və ya homoseksuallıq üstünə yönəlmişdir. Kinsey tərəfindən 1940 və 1950-ci illərdə edilən araşdırma, cinsi fəaliyyətləri və əlaqələrini əsaslanaraq, qadınların 15-25% və kişilərinsə 33-46% qədərinin biseksual ola biləcəyini ortaya qoymuşdur. Biseksuallar bir çox şəkillərdə əhalinin, cəmiyyətin içində gizlidir. Mədəniyyətimizdə, ümumiyyətlə bir kimsənin ya heteroseksual ya da (görünüşünə və ya davranış əsasında) homoseksual olduğu fərz edilər. Biseksuallıq bu standart kateqoriyalara uyğun gəlmədiyi üçün əsasən ya rədd ya da görməzlikdən gəlinir. Qəbul edildiyindəysə, tək öz başına bir şəxsiyyətdən daha çox “qismən heteroseksual qismən də homoseksual” bir şəxsiyyət olaraq görülər. Əksəriyyət, hətta homoseksualların çoxu elə düşünür ki, biseksuallıq ancaq kişilərdə ola bilər. Biseksuallıq təkcə kişilərdə yox, qadınlarda da ola bilər. Biseksuallıq ümumilikdə əvvəldə vurğulandığı kimi, həm eyni cinsinə, həm də qarşı cinsə ehtiras, maraq göstərər. Buna uyğun olaraq bir kişi həm qadına, həm də kişiyə, eynilə qadın qadına və kişiyə eyni anda ehtiras hiss edirsə, o zaman həmin insan biseksual sayılır. Oturuşmuş bir biseksual görünüş və ya davranış forması olmadığı üçün, Biseksual ümumiyyətlə ya heteroseksual ya da homoseksual olduqları düşünülmüşdür. Məlumatlılıq səviyyəsini yüksəltmək üçün, biseksuall insanlar dünyanın müxtəlif yerlərində öz təşkilatlarını yaratmağa başlayıblar.

1.346 görüntüleme
bottom of page