Adını Tarixə Yazmış QUEER Qadınlar
- rengarengazerbaycan
- 7 Mar 2019
- 4 dakikada okunur
8 mart. Bu tarix yəqinki heç kimə yad deyil. Beynəlxalq Qadınlar gününü Azərbaycanda və dünyanın əksər ölkəsində qadınlara gül dəstələri, müxtəlif hədiyyələr almaqla qeyd edirlər. Bəs bu günün tarixi haqqında nə bilirik? Doğrudan mı 365 günün bir günü qadınlara hədiyyə almaq üçün xüsusi gün kimi qeyd olunur?

Beynəlxalq Qadınlar gününün əsas məqsədi qadınların cəmiyyətdə üzləşdikləri sosial, siyasi, iqtisadi, və mədəni problemlərə diqqət çəkmək və müxtəlif sferalarda qadınların pozulmuş hüquqlarını qorumaqdır. Beynəlxalq Qadınlar günü ilk dəfə 1911-ci ilin mart ayının 19-da milyonlarla kişi və qadının qadın hüquqlarının müdafiəsi üçün küçələrdə yürüş təşkil etməsi ilə qeyd olunub. Bu gün 28 fevral 1909-cu ildə Amerika Sosiyalist Partiyası tərəfindən elan olunmuş Amerikanın Milli Qadınlar günün ardından beynəlxalq səviyyədə keçirilməyə başlanıb. Bu gün 1908-ci ilin fevral ayında minlərlə qadın fabrika işçisinin küçələrə çıxıb ağır iş şəraitinə və qeyr-bərabərliyə etiraz etməsinin ildönümü şərəfinə qeyd edilməyə başlanıb.
Bir sözlə bugün qadınlara müxtəlif hədiyyələr almaq günü deyil, bugün qadınların pozulan hüquqlarına diqqət çəkmək günüdür!
Bütün bunlardan əlavə haqq və hüquq pozuntularından söhbət açılmışkən qadınların sinfləndirilməsini unutmaq olmaz. Beləki tarix boyu queer qadınların (lezbiyan, biseksual, trans və digər qeyr-hetero qrupuna aid olan qadınlar) daha çox haqqları pozulub. Sizlərə haqqında danışılmayan lakin tarixdə dərin iz buraxmış queer qadınları təqdim edirik:
Elaine Noble

Amerika tarixində hökümətdə təmsil olunan ilk açıq lezbiyandır. Boston şəhərini təmsil edən siyasətçi 1975-79 illər ərzində Masaçusets Nümayəndələr Palatasında təmsil olunmuşdur. Seçkilər ərəfəsindəki “çox çirkin” adlandırdığı kompaniyası ərəfəsində Noble təhdidlərə məruz qalmış, evi, maşını və ofisinə hücumlar olmuşdu. Bütün bunlara baxmayaraq o seçkilərdə 59% səslə qalib gəlmiş və Ağ evdə ilk dəfə LGBT məsələlərini prezident Cimmi Karterlə müzakirə etmək üçün yaradılmış nümayəndəliyinin üzvü olmuşdu.
Adela Hernandez

Adela Kubada ictimai ofisə seçilən ilk transgender qadındır. 1980-ci illərdə cinsini dəyişən Adela atası tərəfindən polisə şikayət olunmuş və “sosial təhlükəli” olmaqda ittiham edilərək 2 il həbs edilmişdi. Azadlığa çıxdıqdan sonra Kaibarien bölgəsinə köçüb və orada tibb bacısı və elektrokardioqram texniki işləməyə başlayıb. Bu müddət ərzində o əhalinin sevimlisinə çevrilmiş və 2012-ci ildə seçkilərdə 450 səsdən 280-i qazanaraq Kaibarien nümayəndəsi olmuşdur. Bu hadisə homofob və transfob Kuba cəmiyyətində böyük bir irəliləyiş demək idi. Onun idarəçiliyi dövründə işəqəbulda lezbiyan və geylərə qarşı ayrı-seçkiliyi qadağa edən qanun qəbul edilmişdir.
“Lezbian İntiqamçılar” qrupu

1992-ci ildə Kentuki şəhərində homoseksuallıq qeyri-qanuni idi. Həmin ərəfədə Floridada LGBT fərdlərini qoruyan heç bir qanun yox idi və Los Anclesdə nifrət cinayətləri tarixdə ən yüksək səviyyəyə çatmışdı. Hökümətin və yerli idarəedici orqanların belə nifrətdolu addımlarına və LGBT fərdlərinə qarşı biganəliklərinə qarşı cavab olaraq Nyu-Yorkda lezbian aktivistlər “Lezbian İntiqamçılar” adlandırılan qrup yaradırlar. Ana Simo, Sarah Schulman, Maxine Wolfe, Anne-christine d’Adesky, Marie Honan və Anne Maguire birləşərək yaratdığı bu qrupun ilk addımı 1992-ci ilin 9 sentyabrında məktəblərdə ibtidai məktəblərdə inkluziv kurrikulumun tədris olunmağı üçün yaratdığı “Göyqurşağı Uşaqları” adlandırılan təşəbbüs qrupu idi. 1993-cü ildə onlar Vaşiqtonda keçirilən LGBT qürur yürüşü nəzdində tarixdə ilk dəfə Daykların yürüşünü təşkil etdilər.
Barbara Jordan

Sivil hüquq müdafiəçisi və ABŞ Konqresinin nümayəndəsi olmuş Barbara Texas ştatını Konqresdə təmsil edən ilk qaradərili qadındır. Konqresdə nümayəndiliyi dövründə Barbara azlıqların və qeyri imtiyazlı təbəqənin hüquqlarını müdafiə edən 70-dən çox qanun layihəsinin qəbulunda aktiv şəkildə iştirak etmişdir.
Juanita Diaz-Cotto

Puertarikolu alim Juanita “Latın Lezbiyanlarının Tarixi” layihəsinin qurucularından biridir. 1987-ci ildə bu layihə çərçivəsində yaradılmış kolleksiyaya latın lezbiyanlardan bəhs edən və onların müəllifi olduğu hekayələr, esselər, şeirlər, incəsənət işlərindən ibarət idi. Bu kolleksiyada 10 müxtəlif ölkədə doğulmuş 47 qadının aşkara çıxma, ailə və dostları ilə münasibətləri, siyasi təşkilatçılıqları haqqında fəaliyyətindən bəhs edirdi.
Kasha Nabagesera

Uqanda yüksək homofobiyaya sahib olsa da Kasha LGBT fərdləri üçün təhlükəsiz bir cəmiyyət yaratmaq üçün gecə-gündüz çalışmışdır. Ölkədə homoseksualları həbs hətta ölüm cəzası gözlədiyi bir vaxtda 19 yaşlı Kasha lezbiyan olduğunu açıq şəkildə etiraf etməkdən çəkinmirdi. Universitetdən homoseksual olduğu üçün qovulan Kasha aktivist olmağa qərar verir və Uqandada ilk dəfə LGBTİ fərdlərinin ayrı-seçkiliyə məruz qalmasına qarşı mübarizə aparan təşkilatın əsasını qoyur. Afrikada queer qadınların üzləşdikləri problemlərin həllinə yönələn feminist təşkilat “Azadlıq & Səyahət Uqanda” adlanırdı. 2010-cu ildə Uqanda qəzetlərinin birində dərc olunan 100 lezbiyan və geylərin adları arasında onun da adı var idi hansı ki bu siyahı onların homoseksualıqda günahlandırılaraq asılması üçün tərtib olunmuşdu. Kasha həmin nəşri məhkəməyə verərək qalib gəlmiş və bu hərəkətinə görə The Martin Ennals mükafatına layiq görülmüşdü.
Öz əfsanəvi işləri ilə adlarını tarixə yazdıran bəzi queer qadınlar haqda qısa məlumatlar:
Joan Crauford- Əfsanəvi aktrisa biseksual idi.

Mai Mai Sze- Çinli amerikan yazıçı, rəssam, şoumen və aktivist Sze bir ömürboyu kostyum dizayneri ilə eşq yaşamışdı.

Suniti Namjoshi- Hindi lezbiyan feminist yazıçı hər zaman qadınlar üçün daha yaxşı bir dünya yaratmaq üçün çalışıb.

Qlady Bentley- Draq Kinqliklə məşğul olan Bentley öz səhnə kostyumları ilə yeni cığır açmağı bacarmışdı.

Jane Addams- Sosial işçi və ACLU-nun qurucularından biri olan Addams feminist və lezbiyan idi.

Alice Dunbar-Nelson- 19-cu əsrin yazıçı, müəllim və aktivist biseksual qadını.

Bu queer qadınlar isə tarixdə ilkə imza atmaqları ilə seçiliblər:
Sophia B. Packard- Amerikanin qadınlar üçün ilk özəl liberal incəsənət kolleci, “Spelman”ın ilk prezidenti

Mary Edvards Valker- Tarixdə ilk və yeganə “Şərəf Medalı”nı qazanmış qadın

Selma Lagerlöf- Ədəbiyyatda Nobel mükafatını qazanmış ilk yazıçı qadın

Jane Addams- Tarixdə ilk Nobel Sülh mükafatını qazanmış qadın

Freda Du Faur- Yeni Zellandiyanın ən yüksək zirvəsinə qalxmış ilk qadın

Lili Elbe- Bizə məlum olan cinsiyyət dəyişdirmə əməliyyatını etdirmiş ilk qadın

Eleanor Rozvelt- ABŞın BMTnın insan hüquqları komisiyasında ilk nümayəndəsi

Nobuko Yoshiya- İlk yarışatına sahib yapon qadın. Həmçinin Yaponiyada ilk maşına sahib şəxslərdən biri

Frida Kahlo- Luvrda sərgilən ilk meksikalı rəssam

Helen Hull Jacobs- Vimbledon turnirində kişilərə xas köynək geyinən ilk qadın

Babe Didrikson Zaharias- Qolf üzrə məşhurluq qazanan ilk qadın

Comments